Çərşənbə , 8 May 2024
Drone Cameras

Türkiyənin hərbiyönümlü QHT-lərindən Qarabağ bəyanatı

“AZƏRBAYCAN DÖVLƏTİ ƏRAZİSİNƏ QEYRİ-QANUNİ DAXİL OLAN ƏCNƏBİLƏRLƏ BAĞLI TƏDBİRLƏR GÖRMƏKDƏ HAQLIDIR”

Türkiyənin İstefada olan Zabitlər Birliyi və Türkiyə Müharibə Veteranları Təşkilatı Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ torpaqlarına qanunsuz səfər edən Türkiyə vətəndaşları ilə bağlı bəyanat yayıb. 
 
Qeyd olunub ki, sentyabrın 22-də ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağa gedən Türkiyə vətəndaşları bununla Azərbaycan qanunlarını kobud şəkildə pozublar:
 
“Azərbaycan dövləti ərazisinə qeyri-qanuni daxil olan əcnəbilərlə bağlı tədbirlər görməkdə haqlıdır”.
 
Bidlirilib ki, Qarabağ tarixi Azərbaycan torpağıdır və Türkiyə vətəndaşlarının həmin əraziləri qeyri-qanuni səfər etməsi iki xalq arasındakı tarixi dostluq və qardaşlıq əlaqələrinin ruhuna ziddir.
 
Türkiyənin İstefada olan Zabitlər Birliyi və Türkiyə Müharibə Veteranları Təşkilatı Azərbaycanın suvereneliyi, ərazi bütövlüyü və milli maraqlarına qarşı yönələn bu davranışları şiddətlə qınayır və qəbuledilməz hesab edir.
 
Qeyd edək ki, bu yaxınlarda Türkiyədə səfərdə olan “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli sözügedən təşkilatlarla birgə əməkdaşlığa dair müqavilə imzalamışdı. 
 
Sazişə uyğun olaraq bu qurumlar müntəzəm olaraq Azərbaycan və Türkiyədə görüşlər keçirir, hər iki dövlətin haqq işini müdafiə edən mövqe ifadə edirlər. (525.az)
 
Boyukmillet.com

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir