Çərşənbə axşamı , 21 May 2024

Dünya

Ordubad və Culfa gəncləri “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” aksiyasına qoşulublar

Gənclər ətraf mühitin çirklənməsinə yox deyir” devizi altında keçirilən aksiyada bu dəfə Ordubad və Culfa rayon gəncləri iştirak edib. Naxcivantv.az xəbər verir ki, Həsən Əliyev adına Zəngəzur Milli Parkında olan gənclərə “5 iyun-Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” ilə bağlı məlumat verilib. Təbiətin, ətraf mühitin qayğısına qalmağın və mühafizəsinin vacib amil olduğu diqqətə çatdırılıb. Parkın flora və fauna nümunələrinin sərgiləndiyi muzeyə baxış …

Read More »

Dünyanı idarə edənlərin gizli toplantısı başladı

Bilderberq klubu özünün illik konfransının tarixini açıqlayıb. Axar.az xəbər verir ki, klubun saytında görüşün 1-4 iyun tarixlərində ABŞ-ın Virciniya ştatının Şantili şəhərində keçiriləcəyi bildirilib. Görüşdə əsas müzakirə mövzusu “Tramp Administrasiyası: görülən işlər barədə hesabat” adlandırılıb. Bununla bərabər klubun qapalı görüşündə Transatlantik münasibətlər, NATO, Avropa Birliyinin inkişafı, qloballaşma, informasiya müharibəsi, Rusiyanın dünyada rolu, Yaxın Şərq və Çin də müzakirə olunacaq. Builki …

Read More »

Bakı bulvarında keçirilən aksiyadan FOTOLAR

Bu gün iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Trend-in məlumatına görə, bu gün münasibətilə ilə Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların istifadəsi ödənişsizdir. Dənizkənarı Bulvar İdarəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi bu aksiyada yaşı 16-ya qədər uşaqlar bu gün saat 10:00-dan 15:00-dək bulvardakı əyləncə vasitələrindən istifadə edəcəklər. Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, …

Read More »

Azərbaycanda vərəmdən ölüm halları 2 dəfə azalıb

Son 10 il ərzində Azərbaycanda vərəmdən ölüm halları 2 dəfə azalıb. Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib. Azərbaycanda vərəmin qasrşısının alınması üçün dövlət proqramının olduğunu deyən E.Ağayev əlavə edib ki, vərəmlə mübarizə sahəsində QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə keçirilən layihələrin xüsusi rolu olub. E.Ağayev qeyd edib ki, ölkədə vərəmin multirezident …

Read More »

Prezidentin köməkçisi Administrasiyadakı son struktur dəyişikliyini şərh etdi- eksklüziv

Əli Həsənov: Struktur dəyişikliyi Administrasiyasının fəaliyyətində dinamikliyin, çevikliyin və optimallığın təmin edilməsi məqsədi daşıyır Ölkə prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu dəyişib. Həmçinin dövlət başçısı özünə yeni köməkçilər təyin edib. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Musavat.com-un əməkdaşının suallarını cavablandırıb və imzalanan sərəncamı şərh edib. Dövlət rəsmisi bunları bildirib: “Bildiyimiz kimi, 2016-ci …

Read More »

Avropa Azərbaycanlıları Konqresinin yeni rəhbərliyinin ilk toplantısı keçirilib

Avropa Azərbaycanlıları Konqresinin (AAK) yeni rəhbərliyinin Avropa Birliyinin paytaxtı Brüsseldə toplantısı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, toplantıda AAK prezidenti Sahil Qasımov, Konqresin vitse-prezidentləri – Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Rusiyada fəaliyyət göstərən hüquqşünas, iş adamı Samir Məmmədov, Almaniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Yaşar Niftəliyev iştirak edib. Tədbirə qatıla bilməyən 1-ci viste-prezident Füzuli …

Read More »

Ziyafət Əsgərov: Metsamor AES böyük təhlükə mənbəyidir

Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyası (AES) region və Avropa üçün ən təhlükəli atom elektrik stansiyasıdır. Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov AŞPA-nın Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında çıxışı zamanı bildirib. Z.Əsgərov deyib ki, Metsamor AES sovet texnologiyası ilə tikilib və orada bir hadisə baş versə, nəinki region, Avropa üçün …

Read More »

Azərbaycanda iki bankın birləşməsi prosesi başa çatdı

Azərbaycanda iki bankın birləşməsi prosesi başa çatıb. Trend-in məlumatına görə, bu gün keçirilən mətbuat konfransında “Atabank”ın İdarə Heyətinin sədri Dəyanət Quliyev bildirib ki, iki bank – “Atabank” və “Caspian Development Bank”ın birləşməsi prosesi başa çatıb. AtaBank ASC-nin aktivləri 607.3 mln. manat təşkil edərək ölkə banklan arasında 31İ bank arasında 8-ci yerdə olub. AtaBank ASC-nin kredit portfeli 546.1 mln manat təşkil …

Read More »

Bu Sim-kartların satışı dayandırıldı

İyunun 1-də Azərbaycanda olan xarici vətəndaşlara Sim-kartların sadələşdirilmiş satış sisteminin müddəti başa çatıb. Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib. Mobil nömrələrin sadələşdirilmiş satış sistemi IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar turistlərin və yarış iştirakçıların mobil rabitədən istifadəsi zamanı problem yaranmaması üçün aprelin 15-dən iyunun 1-dək fəaliyyət göstərirdi. Söhbət xarici vətəndaşlar üçün nəzərdə tutulan müəyyən sayda Prepaid Sim-kartlardan gedir. …

Read More »

ƏƏSMN-in “Çağrı mərkəzləri” 13,5 mindən çox müraciəti cavablandırıb

May ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 və 190 “Çağrı mərkəzləri” tərəfindən 13,5 mindən çox müraciət cavablandırılıb. Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Cari ilin may ayında ƏƏSMN-in 142 və 190-“Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən 13 505 müraciət daxil olub. Vətəndaşlar əsasən sosial təminat növləri, əmək qanunvericiliyi, sosial sığorta münasibətləri, məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və …

Read More »