Cümə , 12 Dekabr 2025

Dünya

Əziz Seyidov Ali Məhkəmənin hakimi seçilib

Ali Məhkəməyə yeni hakim seçilib. “Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında Əziz Seyidovun Ali Məhkəmənin hakimi seçilməsi üçün namizədliyi irəli sürülüb. Layihə səsverməyə çıxarılaraq təsdiq edilib. Qeyd edək ki, Ə.Seyidov 2007-ci ilin aprel ayından Bakı Şəhər Prokuroru vəzifəsində çalışır.

Read More »

Hökumət “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar akkreditasiya tədbirləri haqqında” qərar qəbul edib

Nazirlər Kabineti “IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar akkreditasiya tədbirləri haqqında” qərar qəbul edib.“Report”un xəbərinə görə, sənədi baş nazir Artur Rasi-zadə imzalayıb.Sənədlə “Akkreditasiya olunacaq şəxslərin dairəsi”, “Akkreditasiyadan keçmə Qaydası” və “Akkreditasiya kartının forması” təsdiqlənib.Sənədlə Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd …

Read More »

Ukrayna Premyer Liqasının formatı dəyişdiriləcək

Gələn mövsüm Ukrayna Premyer Liqasında “pley-off” sistemi tətbiq olunacaq. “Report”un məlumatına görə, bu barədə Liqanın prezidenti Vladimir Geninson Kiyevdə klub rəsmiləri ilə görüş zamanı açıqlama verib. O bildirib ki, yeni format aprelin 26-dək qəbul olunacaq: “12 komandanın iştirakı ilə 4 dövrədən ibarət çempionat keçirəcəyik. 2 mərhələnin hər biri 2 dövrəli olacaq. Hazırkı mövsümlə müqayisədə əsas fərq “pley-off” sistemidir. Bizə iki …

Read More »

İtaliyanın Mədəni İrs, Mədəniyyət Fəaliyyəti və Turizm Nazirliyinin katib müavini Azərbaycana səfər edəcək

İtaliyanın Mədəni İrs, Mədəniyyət Fəaliyyəti və Turizm Nazirliyinin katib müavini Çazero Antimo Azərbaycana səfər edəcək. İtaliyanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, italiyalı məmur may ayının 4-6-da Bakıda keçiriləcək IV Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək. Bundan əlavə, Ç.Antimo Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Read More »

Növbəti diaqnostik qiymətləndirməyə start verilib

Növbəti diaqnostik qiymətləndirməyə start verilib.Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, diaqnostik qiymətləndirmədə Mingəçevir və Naftalan şəhər, Yevlax, Ağdaş, Goranboy, Göyçay, eləcə də bu rayonlardakı Kəlbəcər, Ağdam, Xocalı və Laçın rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 12 min nəfərə yaxın müəllim iştirak edəcək.Qiymətləndirməyə ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də cəlb olunub.Bərdə Olimpiya İdman Kompleksində keçirilən qiymətləndirmə 5 …

Read More »

Pakistanda törədilmiş partlayış nəticəsində azı 10 nəfər həlak olub

Pakistanın şimal-şərqindəki “Qəbilələr zonası”nda törədilmiş partlayış nəticəsində azı 10 nəfər həlak olub, 8 nəfər yaralanıb. Ölənlər arasında qadınlar və uşaqlar da var. Partlayıcı qurğu dayanacaqda, insanlar avtobusa minərkən işə salınıb. Hələlik partlayışa görə məsuliyyəti regionda fəaliyyət göstərən heç bir qruplaşma öz üzərinə götürməyib. “Qəbilələr zonası” Pakistanın Əfqanıstanla sərhədində yerləşir və ölkənin sabitlik olmayan ərazilərindən biridir. Bu ilin mart ayında Pakistan …

Read More »

Azərbaycanın neft-qaz sektoruna indiyədək 92 mlrd. dollar sərmayə yatırlıb

Azərbaycanın neft və qaz sənayesinə 1995-ci ildən indiyədək ümumilikdə 92 mlrd. ABŞ dolları həcmində investisiya yatırlıb. “Report” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov deyib.V.Bəylərbəyovun sözlərinə görə, son bir neçə ildə xam neft hasilatı azalıb: “Son bir neçə ildə neft hasilatı 7-10% azalıb. Düşünürəm ki, 2020-ci ildə bu proses stabilləşəcək”. “Bu gün “Şahdəniz”dən illik 10 mlrd. kubmetr həcmində …

Read More »

Ələt paytaxtın peyk şəhəri kimi inkişaf etdiriləcək

Gələcəkdə Ələtin paytaxt Bakının bir peyk şəhəri kimi inkişaf etdirilməsi nəzərdə tutulub. “Report”un xəbərinə görə, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Bakıda keçirilən II Beynəlxalq SOCAR Forumunda çıxışı zamanı bildirib. “Azərbaycan burada regional mərkəz yaratmaq niyyətindədir. Bu, Azərbaycanın fərqli layihəsidir. Ələtdə Bakı limanının 400 ha ərazisi və əlavə olaraq 450 ha azad ticarət zonası üçün …

Read More »

Prezident İlham Əliyev Yaponiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Teruyuki Katori fəxri qarovul dəstəsinin qarşısından keçdi. Teruyuki Katori etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı …

Read More »

Bakıda QDİƏT-in komitə iclası başlayıb

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin (PM) Mədəniyyət, təhsil və sosial, məsələlər üzrə komitəsinin 48-ci iclası keçirilir.“Report”un xəbərinə görə, iclasda Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin sədr müavini Asəf Hacıyev, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı …

Read More »