Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq məmurlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmədə RYTN-in sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” …
Read More »Donald Tramp Məxfi Xidmətin başçısını işdən azad edib
ABŞ-ın Məxfi Xidmətinin başçısı Cozef Klensi bu il martın 8-də tutduğu vəzifəni tərk edəcək. “Report” “ABC” telekanalına istinadən xəbər verir ki, ölkə prezidenti Donald Tramp onun tutduğu vəzifədən azad edilməsi barədə fərman imzalayıb. İnformasiyaya əsasən, buna səbəblərdən biri kimi insanların qanunsuz olaraq, Ağ evin ərazisinə daxil olması göstərilir. Məlumata görə, son illər Məxfi Xidmət ciddi tənqidlərə məruz qalıb. Xəbərdə bildirilib …
Read More »Kosovo öz ordusunu yaradır
Kosovo parlamenti çərşənbə axşamı tamhüquqlu silahlı qüvvələrin yaradılması haqqında qətnamə qəbul edib. “Report” xəbər verir ki, qətnamə səsvermədə iştirak edən bütün deputatlar (68) tərəfindən təsdiq edilib və prezident Haşim Taçinin hakim koalisiyası ilə baş nazir İsa Mustafanın rəhbərlik etdiyi kosovo-alban müxalifətini birləşdirib. Milli azlıqların “Serbiya siyahısı” partiyasının deputatları iclası boykot edib.
Read More »“Azərbaycan Dəmir Yolları”nın xəstəxana və tibbi məntəqələrinin hansı səbəbdən bağlandığı məlum olub
Maliyyə Nazirliyinin 17 noyabr 2016-cı il tarixli məktubuna əsasən, yanvarın 1-dən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tibbi xidmət göstərən müəssisələri təsərrüfat hesabına keçib. QSC-dən Trend-ə verilən məlumata görə, artıq dövlət büdcəsindən bizə maliyyə ayrilmadığına görə rentabellilik səviyyəsi aşağı olan xəstəxanaların fəaliyyəti dayandırılıb. Həmçinin Salyan Dəmiryol Xəstəxanasının da rentabellik səviyyəsi aşağı olduğuna fəaliyyətinin dayandırılması qərara alınıb. Ümumilikdə “Azərbaycan Dəmir Yolları” …
Read More »Azərbaycanın lokomotiv parkı yenilənir
Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi zamanın tələbidir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Şərq-Qərb Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsini təşkil edən Bakı-Böyük Kəsik dəmir yolu xəttində elektrik təchizatı sisteminin sabit cərəyandan …
Read More »Mərkəzi Bank milli valyuta barədə videoçarxlar hazırlayıb
Mərkəzi Bankın həyata keçirdiyi maliyyə savadlılığı işləri çərçivəsində milli valyutanın kağız pul nişanlarını əhaliyə daha yaxından tanıtmaq və onları milli atributumuz barədə maarifləndirmək məqsədilə manatın vahid konsepsiyası və ayrılıqda hər bir nominal haqqında xüsusi videoçarxlar hazırlanıb. Bankdan Trend-ə verilən məlumata görə, videoçarxlarda hər nominalın fiziki göstəriciləri, dizayn və mövzusu ilə yanaşı, onların üzərindəki təhlükəsizlik və mühafizə elemetləri də əks olunur. …
Read More »Lapşinin həyat yoldaşı vəkillə telefonla danışıb
Həbsdə olan bloger Aleksandr Lapşinin həyat yoldaşı Yekaterina vəkil Səfər Hüseynovla telefonla danışıb. Bu barədə Trend-ə S. Hüseynov məlumat verib. Onun sözlərinə görə.,A.Lapşinin həyat yoldaşı iki dəfə onunla əlaqə saxlayıb: “Bu gün də telefonla danışmışıq, Lapşinin saxlanma şəraiti və səhhəti ilə maraqlanıb, həmçinin istintaqın gedişini soruşub. Ona Lapşinin saxlanma şəraitinin və səhhətinin normal olması barədə məlumat verirəm. Həmçinin, Lapşin səfirlik …
Read More »Prezidentdən məcburi köçkünlər üçün mühüm fərman
“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin …
Read More »İqdır Azərbaycan Evi Dərnəyi Xocalı müsabiqəsi keçirir
Azərbaycanın Qarsdakı Baş Konsulluğunun dəstəyi ilə Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) İqdır Azərbaycan Evi Dərnəyi Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı hekayə,şer, inşa yazı və rəsm müsabiqəsi keçirir. Bu barədə «OLAYLAR»-a məlumat verən İqdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal deyib ki, orta məktəb tələbələri arasında keçirilən müsabiqə fevralın 14-də başa çatıb. Münsiflər Heyətinin qərarı ilə ilk 3 yeri …
Read More »Əslən Şərurdan olan terrorçuyla bağlı sensasion faktlar
2014-cü ildə İraqda öldürülən, daha sonra isə sosial şəbəkələrdə yayılan fotoları ilə hər kəsi heyrətləndirən 18 yaşlı azərbaycanlı terrorçu Həmzə Azəri (Hamzat Laro) ləqəbli Həmzə Əliyevin özü və ailəsi haqqında sensasion məlumatlar yayılıb. BakiPost.az xəbər verir ki, yayılan məlumatlarda terrorçunun ailəlikcə İŞİD-də qoşulması, onların ayrı-ayrı olkələrdəki fəaliyyətləri və ən əsası Azərbaycanla əlaqələri barədə informasiyalar əks olunur. Məlum olur ki, Həmzə Azəri …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
