Çərşənbə axşamı , 31 Mart 2026

Dünya

12 rayonda torpaqların elektron uçotunun aparılması yekunlaşıb

Müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə hazırda dövlət, xüsusi və bələdiyyə mülkiyyətində olan bütün kateqoriyalı torpaqların elektron uçotu aparılır. Artıq 12 rayonda işlər tamamlanıb. Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) Trend-ə verilən məlumata görə, bunu ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr …

Read More »

Nazirlərin fevral ayı üçün qəbul cədvəli açıqlanıb – SİYAHI

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayı üçün şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəli açıqlanıb. “Report” qəbul cədvəlini təqdim edir. Qeyd edək ki, vətəndaşların qaldırdıqları məsələlər qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanının səlahiyyətlərinə aid olmalıdır. Mərkəzi icra hakimiyyəti orqanı Qəbulgünü Qəbulun keçirildiyi şəhər Əhatə olunan şəhər və rayonlar Mikayıl CabbarovTəhsil naziri 06 Şabran Şabran, Siyəzən, Xızı, Quba, Qusar, Xaçmaz …

Read More »

Avrokomissiya: Aİ Azərbaycanla əlaqələri genişləndirməyə çalışır

Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielson ADA universitetində “Aİ və Azərbaycan arasında əməkdaşlığın qlobal kontekstdə çağırışları və imkanları” mövzusunda mühazirə oxuyub. Trend-in məlumatına görə, o, Bakı və Brüssel arasında ikitərəfli əməkdaşlığın əsas aspektlərinin energetika, siyasi əməkdaşlıq, humanitar əlaqələrin genişləndirilməsi məsələləri olduğunu deyib. K.Danielsonun sözlərinə görə, bu gün Brüssel ikitərəfli əməkdaşlığı daha da gücləndirəcək …

Read More »

Qafqaz Universiteti tələbələrinin hansı ali məktəbə yerləşdiriləcəyi açıqlanıb

Azərbaycan Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib. Nazirlikdən “Report”a verilən məlumata görə, kollegiyada Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub.Müzakirələr nəticəsində irəli sürülmüş bir neçə təklif arasında qış imtahan sessiyasından sonra bütün tələbələrin bir universitetdə – Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılmış Bakı …

Read More »

Sabah qar yağacaq, şaxta olacaq, yollar buz bağlayacaq

Fevral ayının ilk günü ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.Havanın temperaturu Abşeronda gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.Atmosfer təzyiqi 765 mm civə sütunundan …

Read More »

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 133 il ötür.“Report” xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə …

Read More »

İSİYAD Azərbaycan nümayəndəliyi yaradılıb

İstanbul Sənayeci və Yatırımçı İş Adamları Dərnəyinin (İSİYAD) Azərbaycan nümayəndəliyi yaradılıb. İSİYAD İdarə Heyətinin qərarı ilə İsmayıl Ağayev Azərbaycan İSİYAD şöbə başqanı və təmsilçisi olaraq təyin edilib. Eyni zamanda İSİYAD İdarə Heyətinin qərarı ilə Rusiya Federasiyası və MDB ölkələrində İSİYAD təmsilçiliklərinin açılması səlahiyyətləri İSİYAD Azərbaycan təmsilçisi İsmayıl Ağayevə həvalə edilib. Yaxın günlərdə İSİYAD Azərbaycan təmsilçiliyinin İdarə Heyəti formalaşdırılacaq və burada …

Read More »

Arizonada təyyarə qəzaya uğrayıb

ABŞ-ın Arizona ştatında beynəlxalq hava limanında baş vermiş təyyarə qəzasında ən azı bir nəfər ölüb. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə qəza yerində yanğın baş verib. Yanğın hal-hazırda söndürülür.

Read More »

Kanadada “qara qızıl” dənizə dağıldı

Kanadanın Saskaçevan əyalətində neft kəmərində baş vermiş qəza ilə bağlı 200 min litr neft dənizə axıb. Trend-in “Globe and Mail” mətbuatına istinadən verdiyi məlumata görə, hökumətin nümayəndəsi Keti Yanq bildirib ki, neft axıntısı Stoun şəhərindən 10 km məsafədə baş verib. Məlumata görə, neft çayların suyuna qarışmayıb. Qəza baş verən neft kəmrinin “Tundra Energy Marketing” şirkətinə məxsus olduğu bildirilir. Hökumət nümayəndəsi …

Read More »

Çin tarixində ilk dəfə xarici QHT-lərə ölkədə fəaliyyət göstərmək üçün icazə verilib

Çin Xalq Respublikasında ilk dəfə olaraq xarici ölkələrin qeyri-hökumət təşkilatlarının Çində fəaliyyət göstərməsinə icazə verilib. Pekin, Şanxay və Quancouda 30-dan çox xarici QHT-yə müvafiq qeydiyyat sertifikatları təqdim edilib. Sertifikat alan QHT-lər arasında Dünya İqtisadi Forumu kimi tanınmış təşkilatlarla yanaşı, Çinin xüsusi inzibati rayonu olan Honq Konqun, habelə Tayvanın da QHT-ləri var. Qeyd edək ki, xarici ölkələrin QHT-lərinin Çində fəaliyyətinə icazə …

Read More »