Cümə axşamı , 26 Fevral 2026

Dünya

“ASAN xidmət”ə 13 milyondan çox müraciət daxil olub

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinə yarandığı vaxtdan bu günə qədər 13 milyondan çox müraciət daxil olub. “Report” xəbər verir ki, “ASAN xidmət” mərkəzlərinə 1 366 gün ərzində ümumilikdə 13 123 891 müraciət daxil olub. Onlardan 12 207 191-i mərkəzlər, 916 700-ü isə səyyar xidmət üzrə olan müraciətlərin sayıdır. Regionlar üzrə ümumi müraciətlərin çoxunu – Gəncə şəhəri …

Read More »

Ötən il 996 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

2016-cı il ərzində 996 min avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub. Bu barədə Trend-ə İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib. Bildirilir ki, 2016-cı ilin yanvar-dekabr ayları ərzində İSB-nin informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 996 632 müqavilə qeydiyyata alınıb. Bunların 130 655-i xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil …

Read More »

Türkiyənin baş nazirinin İraqa səfəri təxirə salınıb – YENİLƏNİB

Türkiyənin baş naziri Binəli Yıldırımın İraqa rəsmi səfəri təxirə salınıb.“Report” “Haber7″yə istinadən xəbər verir ki, hökümət başçısı Bağdada yanvarın 7-də gedəcək. *** 12:49Türkiyənin baş naziri Binəli Yıldırım bu gün İraqa rəsmi səfər edəcək.“Report” “Haber7″yə istinadən xəbər verir ki, o, İraqın mərkəzi hökumətinin və ölkənin şimalındakı kürd muxtariyyətinin rəhbərliyi ilə görüşəcək.Məlumata görə, görüşlərdə terrorçu PKK-nın İraqın Kandil və Şengal bölgələrindən çıxarılması, …

Read More »

İŞİD əmiri öldürülüb

Türkiyə Silahlı Qüvvələri Suriyada apardığı “Fərat qalxanı” əməliyyatının 135-ci günündə də İŞİD mövqelərinə zərbələr endirib. Trend-in Türkiyə SQ Baş Qərargahına istinadən verdiyi məlumata görə, antiterror əməliyyatı çərçivəsində İŞİD-in 74 mövqeyi müəyyən edilərək döyüş postları, səngərlər, avtomobillər atəşə tutulub. Baş Qərargahın məlumatına əsasən, 20 terrorçu zərərsizləşdirilib. Onlardan birinin İŞİD əmiri olduğu deyilir. Bundan başqa, Türkiyə qırıcılarının zərbələri nəticəsində 28 İŞİD hədəfi …

Read More »

Moskvada 19 aviareys təxirə salınıb, 27 reys yubanır

Moskva aeroportlarında 19 reys təxirə salınıb, 27 reys isə yubanır. Trend-in məlumatına görə, “Domodedovo” hava limanında 13 reys yubanır, 6-sı təxirə salınıb, “Şeremetyevo”da isə 14 reys yubanır, 13-ü təxirə salınıb. “Vnukovo” və “Jukovski” aerportlarından uçuş cədvəllərində dəyişikliklə bağlı hələ məlumat yoxdur. Reyslərin təxirə salınması və yubanmasının səbəbləri göstərilmir.

Read More »

Kirayədə yaşadığı evdə qohumunu qətlə yetirdi

Bakıda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 4-də Naxçıvan şəhər sakini Təhmasib Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qohumu – Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Cəfərova bıçaqla xəsarət yetirib. R.Cəfərov hadisə yerində ölüb. Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Fərəcov tutulub.

Read More »

Dəm qazı daha bir can aldı

Paytaxtda daha bir nəfər dəm qazından zəhərlənib ölüb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 4-də Səbail rayonunda yaşayan Sədaqət Tokan evində dəm qazından zəhərlənərək ölüb. Hadisə ilə bağlı araşdırma aparılır.

Read More »

Tanınmış terrorçu qadın həbs edildi

Yunanıstanın Antiterror Xidməti səhər saatlarında uzun müddətdir axtarışda olan terrorçu qadın – 48 yaşlı Panayota (Pola) Rupanı həbs edib. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir. P.Rupa tanınmış terrorçu Nikos Maziotisin həyat yoldaşıdır. O, bir sıra terror aktlarında, o cümlədən 2007-ci ildə ABŞ-ın Afinadakı səfirliyinin qumbaraatandan atəşə tutulmasında ittiham olunur. Polanın da iştirakçısı olduğu “İnqilabi mübarizə” anarxist terror təşkilatı …

Read More »

Dövlət İmtahan Mərkəzi nəzarətçi-müəllimlər üçün seminar-məşğələlər keçirəcək

 Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçiriləcəyi imtahanlarda nəzarətçi kimi ilk dəfə iştirak edəcək, eləcə də təcrübəsi az olan və ya nəzarətçi kimi göstəriciləri qənaətbəxş olmayan müəllimlər üçün yanvarın 10-dan etibarən seminar‑məşğələlər keçirəcək. Mərkəzdən “Report”a verilən məlumata görə, fevralın 1-dək davam edəcək bu seminarlar Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları tərəfindən aparılacaq. Seminarların respublikanın bütün şəhər və rayonlarında keçirilməsi nəzərdə tutulur …

Read More »

Vergilər Nazirliyində növbəti struktur dəyişiklikləri

Azərbaycan Vergilər Nazirliyində bir sıra idarələr departamentlərə çevrilib. Trend-in nazirliyə istinadən verdiyi məlumata görə, dəyişikliklər vergi siyasəti və strateji araşdırmalar, daxili təhlükəsizlik, vergi risklərinin təhlili və nəzarət, eləcə də hüquq idarələrində baş verib. Bundan başqa, Vergi ödəyicilərinə xidmət Baş idarəsi Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamenti, Ərazi vergi orqanları ilə iş üzrə Baş İdarə Ərazi vergi orqanları ilə …

Read More »