Bazar ertəsi , 6 May 2024

Dünya

Bakıda TürkPA-nın yeni binasının açılış mərasimi olub

Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) yeni binasının rəsmi açılış mərasimi keçirilib.“Report” xəbər verir ki, açılış mərasimində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, eləcə də Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Qazaxıstan parlamentinin aşağı palatasının sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov iştirak edib.

Read More »

Moskvada metro keçidində partlayış olub, yaralananlar var

Rusiya paytaxtı Moskva şəhərinin cənubunda yerləşən “Kolomensk” metro stansiyasının keçidində partlayış olub. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Moskvanın təcili xidmətlərindən bildiriblər.  Məlumata görə, partlayış Andropov prospektindəki “Kolomensk” metrosunun yeraltı keçidində baş verib. Hadisə nəticəsində iki nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib.  Şahidlərin dediyinə görə, partlayış nəticəsində 5 kv.m. sahədə yanğın olub. Məlumata …

Read More »

Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, dekabrın 23-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənən mülayim cənub küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 3° şaxtadan 1°-dək isti, gündüz 5-9° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz …

Read More »

Azərbaycan və Özbəkistan XİN-lərarası məsləhətləşmələr keçirib

Daşkənddə Azərbaycan və Özbəkistan arasında münasibətlərin inventarlaşdırılması və hüquqi bazanın təkmilləşdirilməsi üzrə XİN-lərarası məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.“Report” Özbəkistan KİV-inə istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyətinə beynəlxalq hüquq və sazişlər şöbəsinin müdir müavini Ceyhun Şahverdiyev başçılıq edib.Tərəflər əməkdaşlığın hüquqi bazasını inventarlaşdırıb, ikitərəfli sənəd layihələri üzrə fikir mübadiləsi aparılıb, eləcə də qarşılıqlı əməkdaşlığın hüquqi əsaslarının inkişaf etdirilməsi və …

Read More »

Prezident İlham Əliyevin ünvanına yubiley təbrikləri gəlməyə başlayıb

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 55 yaşı tamam olur.“Report”un xəbərinə görə, müxtəlif ölkələrin rəhbərlərindən dövlət başçısı İlham Əliyevin ünvanına yubiley təbrikləri gəlməyə başlayıb.Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin təbrik məktubunda deyilir:“Hörmətli İlham Heydər oğlu.Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik etmək istəyirəm.Biz Sizin Azərbaycan cəmiyyətinin quruculuğu işinə, eləcə də ölkənin təbliğinə və onun iqtisadi inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndiririk. …

Read More »

Los Ancelesdə Azərbaycana dair sənədli filmlərdən ibarət toplu buraxılıb

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə Los Ancelesdə Azərbaycana dair sənədli filmlərdən hazırlanmış DVD disklər toplusu buraxılıb. Konsulluqdan Trend-ə verilən məlumata görə, nəfis şəkildə tərtib olunmuş “Azərbaycan İnciləri” adlı topluya 5 sənədli film daxildir. Filmlərin çəkilişi və istehsalı Los Ancelesdə fəaliyyət göstərən ECONEWS teleradio şirkəti tərəfindən həyata keçirilib. Qeyd edək ki, üç dəfə məşhur Emmi mükafatına namizəd olmuş …

Read More »

“Borçalı” İctimai Birliyi Prezident İlham Əliyevə müraciət edib

Kütləvi informasiya vasitələrindən məlum olduğu kimi, 28 noyabr 2016-cı ildə “Borçalı” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində ümummilli bir məsələnin – Gürcüstanda soydaşlarımızın təhsili, Azərbaycan dilinin tədrisinin vəziyyəti ilə bağlı narahatlıqlar müzakirə edilmişdir. Tədbirdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Nəsimi adına Dilçilik İnstitutunun rəhbər vəzifəliləri, tanınmış elm və təhsil işçiləri, politoloqlar, qəzet-jurnal redaktorları və təhsil ekspertləri iştirak …

Read More »

“Azəravtoyol” “Uğur” Milli Mükafatına layiq görüldü

Azəravtoyol” ASC 2016-cı il ölkədə yol infrastrukturun yenidən qurulması və inkişafına verdiyi töhfələrə görə “Uğur” Milli Mükafatına layiq görülüb. İnterpress.az xəbər verir ki, cəmiyyət 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, həmçinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”larına uyğun olaraq yol infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr …

Read More »