Bazar , 19 May 2024

Dünya

Nihat Zeybekçi: Səfirə sui-qəsd Türkiyə-Rusiya münasibətlərinin güclənməsinə qarşı yönəlib

Rusiyanın Ankaradakı səfirinə sui-qəsd Türkiyə-Rusiya münasibətlərinin güclənməsinə qarşı yönəlib. Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Türkiyənin iqdisadiyyat naziri Nihat Zeybekçi deyib. Nazir qeyd edib ki, bu hadisənin arxasında dayananlar heç vaxt məqsədlərinə çatmayacaqlar. N.Zeybekçi əlavə edib ki, səfirin öldürülməsi Türkiyə və Rusiya arasında iqtisadi və siyasi münasibətlərinə təsir etməyəcək: “Tam əksinə, münasibətlərimizin daha da güclənəcəyini düşünürük”. Qeyd edək ki, Rusiyanın …

Read More »

Nizami Kino Mərkəzində bayram konserti olacaq

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət evlərinin mahnı və rəqs ansamblarından ibarət bayram konserti keçiriləcək. İdarədən Trend-ə verilən məlumata görə, konsert dekabrın 17-də saat 14-00-da Nizami Kino Mərkəzində baş tutacaq. Bayram konsertinə müğənnilər Niyam Səlami, Əbdül Xalid, Orxan Babazadə, Rahidə Baxışova, Leyla Ramazanlı, Səbinə Əskərova, Könül Şıxəliyeva, …

Read More »

Polis Berlindəkı terror hadisəsində şübhəli şəxsi saxladı

Polis ötən gün Almaniyanın paytaxtında baş vermiş terror hadisəsində şübhəli bilinən şəxsi saxlayıb. Trend bu barədə TASS-a istinadən məlumat verir. Lakin hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həmin şəxs hadisəni icra edən şəxs deyil. Almaniya hüquq-mühafizə orqanları qısa zamanda hadisəni məhz icra edəni aşkar edəcəklərinə ümid edirlər.

Read More »

Türkiyədən türkdilli ölkələrə TƏKLİF – Ticarətdə milli valyutalara keçilsin

Türkdilli ölkələr ticarətdə milli valyutaların istifadəsinə keçməlidir. Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin altıncı iclasında Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib. Onun sözlərinə görə, Türkiyə Azərbaycanla qarşılıqlı ticarətdə milli valyutalara keçməyi planlaşdırır. Bundan başqa, nazir qeyd edib ki, Azərbaycan və Türkiyə bir sıra məhsulların ticarəti ilə bağlı gömrük prosedurlarını sadələşdirmək niyyətindədir. N.Zeybekçi …

Read More »

Ekoloji qanunvericiliyin pozulması ilə bağlı hüquq-mühafizə orqanlarına 17 iş göndərilib

1-15 dekabr tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi …

Read More »

Şəhid-heykəltəraş Samir Kaçayevin həyat və yaradıcılığı “Xalq Əmanəti”ndə

Xalq Bankın “Xalq Əmanəti” mədəniyyət layihəsi bu ilin aprel ayında erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi təxribat nəticəsində başlayan döyüşlərdə qəhrəmancasına şəhid olmuş Samir Kaçayevin həyat və yaradıcılığına müraciət edib. Bankdan Trend-ə verilən məlumata görə, layihənin sayca on dördüncü nəşri – “Heykəltəraşlıq” bədii albomu gənc sənətkarın qısa, lakin olduqca dolğun ömür və yaradıcılıq yolunu ehtiva edir. Samir Ziyatin oğlu Kaçayev …

Read More »

Gömrükdə bəyan edilməmiş 610 qram qızıl-zinət əşyaları müsadirə edilib

Gömrükçülər gömrük nəzarəti zamanı bəyan edilməmiş 610 qram qızıl-zinət əşyaları aşkar ediblər. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Azərbaycan istiqamətindən Rusiya istiqamətinə gedən Rusiya Federasiyası vətəndaşının üzərində aparılmış şəxsi yoxlama zamanı onun üzərindən – əynindəki gödəkçənin ciblərindən gömrük nəzarəti zamanı bəyan edilməmiş 610 qram qızıl-zinət əşyaları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Read More »

Bakıda partlayıcı oyuncaq satışının qarşısı alınıb

Paytaxtda partlayıcı oyuncaq satışının qarşısı alınıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində səyyar ticarətlə məşğul olan Şahbaz Cəlilovdan yüksək səsyayıcı xüsusiyyətə malik olan 18 min ədəd partlayıcı oyuncaq götürülüb.

Read More »

Azərbaycan BƏƏ əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarovla bu ölkənin Baş nazirinin müavini, daxili işlər naziri general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyan arasında görüş keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşd səfir Azərbaycan-Ərəb Əmirlikləri əlaqələrinə toxunub. O qeyd edib ki, bu əlaqələrin xüsusən də siyasi tərkib hissəsi yüksək səviyyədədir. BƏƏ vitse-prezidenti, Baş naziri, Dubayın hakimi Şeyx Məhəmməd bin Raşid …

Read More »

Əmək və sosial müdafiə sahələri üzrə xidmətlərin elektronlaşdırılması müraciətlərin sayını azaldıb

Əmək və sosial müdafiə sahələri üzrə xidmətlərin elektronlaşdırılması cari ildə bu sahələrlə bağlı müraciətlərin sayının azalması ilə müşahidə edilib. Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. ƏƏSMN tərəfindən əmək və sosial müdafiə, tibbi sosial ekspertiza və reabilitasiya sahələrində xidmətlərin məmur-vətəndaş təmasları mümkün olmadan, avtomatlaşdırılmış infrastrukturunun genişləndirilməsi nazirliyə qəbul üçün müraciət edənlərin sayının …

Read More »