“Azərbaycan Hava Yolları” QSC (AZAL) mövsümlə əlaqədar kampaniya keçirir. Bu barədə “Report”a AZAl-dan bildirilib. Kampaniyanın şərltərində görə, aviaşirkətin reyslərində bir dəst xizək və ya snoubordun daşınmasına görə əlavə ödəniş tutulmayacaq. Sərnişinlər şəxsi xizəklərini ödənişsiz olaraq səyahətə apara bilərlər.Qeyd edək ki, dəstin maksimal çəkisi xidmət sinifinə uyğun olaraq hesablanacaq (ekonom 23 kg, biznes 32 kg).
Read More »“Pew Research Center”: Dağlıq Qarabağ münaqişəsi toplanmış imzaların sayına görə Ağ Evin petisiyaları arasında liderlərdən biridir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi Ağ Evin rəsmi saytında dərc olunan və “We The People” bölməsində ABŞ prezidentinə ünvanlanan petisiyalar arasında toplanan imzaların sayı baxımından ikinci yeri tutur.Bu barədə “Report” “Pew Research Center” araşdırma mərkəzinə istinadən məlumat verir. Mərkəz bölmənin yarandığı 2011-ci ildən bəri müraciət olunan bütün sorğuları təhlil edərək bu nəticəni əldə edib.“Ədalətin bərpa edilməsi və böyük fəlakətin …
Read More »“70 yaşın qutlu olsun, ölməz dost!”
Sabir Rüstəmxanlı Ömür vəfa qılsaydı 70 yaşını bayram edəcəkdik. Və yəqin ki, yaş onun yaxınlarına daim gülümsəyən üzündəki işığa kölgə sala, səmimiyyətinə heç bir təsir göstərə bilməyəcəkdi. Mən ondan yarim il böyükdüm və bu kiçik “böyüklükdən” imtiyaz kimi geninə-boluna istifadə edir, mahisəli məsələnin həllində bu bir neçə aylıq fərqdən yapışırdım. Ancaq məncə, uzun dostlugumuz ərzində elə bur ciddi fikir toqquşmamız …
Read More »Bakıda yük maşını yaşayış evinə girib, qaz xətti alışıb
Bakıda yük maşını yaşayış evinə çırpılıb. Şahidlərin APA-ya veriyi məlumata görə, hadisə ötən gecə Zığ yolunda qeydə alınıb. Qum ilə dolu “KamAZ” markalı yük maşını idarəetməni itirərək yol kənarındakı hasara, daha sonra yaşayış evinə çırpılıb. Yük maşını arxaya hərəkət etmək istəyərkən minik avtomobilini əzib. Qəza nəticəsində bir vətəndaşın hasarı uçub və digər bir vətəndaşa məxsus yaşayış evinə ciddi ziyan dəyib. Qəza …
Read More »Azərbaycanlı deputat “Gürcü Arzusu-sosial-demokratlar” fraksiyasının sədr müavini seçilib
Gürcüstan parlamentinin bu gün keçirilən növbədənkənar sessiyasında parlamentin sədri İrakli Kobaxidzenin sədrliyi ilə bir neçə məsələlər və yeni layihələr müzakirə olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sessiyada parlament nəzdində 3 fraksiyanın yaradılması və digər aktual məsələlər, habelə parlament nümayəndə heyətlərinin proporsional təmsilçilik məsələləri gündəliyə daxil edilib. Sessiyada “Gürcü Arzusu-mühafizəkarlar”, “Gürcü Arzusu-sosial-demokratlar” və “Gürcü Arzusu-regional inkişaf” fraksiyalarının yaradılması müzakirə olunub. Parlamentin …
Read More »Moskvada Ümumrusiya Azərbaycan Konqresinin IV Qurultayı keçirilir
Dekabrın 28-də Moskvanın “Ukrayna” otelində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) IV Qurultayı keçirilir. AZƏRTAC xəbər verir ki, qurultayda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Rusiyanın 78 bölgəsindən 200-dən artıq təmsilçi, həmçinin Rusiya və Azərbaycanın dövlət və hökumət nümayəndələri iştirak edirlər. Qurultayda ÜAK rəhbərinin təşkilatın 5 il ərzində gördüyü işlər haqqında hesabatı …
Read More »BDU-nun müəllimi “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə” medalı ilə təltif olunub
BDU-nun müəllimi “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə” həsr olunmuş medalı ilə təltif olunub. Bu barədə Trend-ə BDU-nun Mətbuat və İnformasiya şöbəsindən məlumat verilib. BDU-nun Filologiya fakültəsinin müəllimi, Abay adına qazax dili, tarixi və mədəniyyəti Mərkəzinin rəhbəri Fatima Dursunova ikitərəfli münasibətlərin inkişafı, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfəyə görə “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə” həsr olunmuş bayram medalı ilə təltif …
Read More »Bakıda qanunsuz valyuta satan şəxs cərimə edilib
Bakıda qanunsuz xarici valyuta satan daha bir şəxs cərimə edilib. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 27-də Bakı şəhər sakini Asəf Musayev paytaxtın Nizami rayonu ərazisində qanunsuz olaraq 200 ABŞ dollarını 370 manata dəyişdiyi üçün RPİ əməkdaşları tərəfindən saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.
Read More »Türkiyə HHQ İŞİD-ə qarşı əməliyyatları dayandırdı
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın Əl-Bab bölgəsində İŞİD terror qruplaşmasına qarşı əməliyyatları dayandırıb. Bu barədə Trend-ə ölkənin hərbi mənbələri məlumat verib. Hərbi hava əməliyyatlarının dayandırılmasına səbəb kimi əlverişsiz hava şəraiti göstərilir. Artıq iki gündür Türkiyə HHQ Əl-Babda əməliyyat keçirmir. Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əl-Bab şəhərinin İŞİD-çilərdən azad edilməsi üçün əməliyyatların yekun mərhələdə olduğunu bildirmişdi.
Read More »Kriştiano Ronaldo Avropanın ən yaxşısı oldu
“Real”ın və Portuqaliya milli komandasının futbolçusu Kriştiano Ronaldo 2016-cı ildə Avropanın ən yaxşı idmançısı seçilib. Trend bu barədə “İnterfaks” agentliyinə istinadən məlumat verir. Ronaldo Avropanın 27 informasiya agentliyi arasına keçirilən sorğuda ən çox səsi toplayıb. Bu il Ronaldo “Kral klubu”nun heyətində Çempionlar Liqasını, UEFA Superkubokunu və klublar arasında dünya çempionatını qazanıb. Milli komanda ilə isə 31 yaşlı portuqaliyalı Avropa çempionatının …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar