Cümə axşamı , 26 Fevral 2026

Dünya

Şəmkirdə məcburi köçkünün tövləsi yanıb, 67 baş iribuynuzlu heyvan tələf olub

Şəmkir rayonunda tövlədə baş verən yanğın heyvanların tələf olması ilə nəticələnib.  “Report”un məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində məskunlaşan məcburi köçkün Əkbər Sovet oğlu Ələkbərova məxsus təsərrüfatda baş verib. Yanğın zamanı Laçın rayonundan olan məcburi köçkünün tövləsində olan 67 baş iribuynuzlu mal-qara yanaraq tələf olub. Yanğının baş verməsinin səbəbləri araşdırılır.

Read More »

Qəzada ölən neftçi dəfn olunub

Xəzər dənizində baş verən hadisə nəticəsində həyatını itirən və meyiti tapılan Bakı şəhəri, Ələt qəsəbəsinin sakini, 1958-ci il təvəllüdlü İlham Əlihüseyn oğlu Qafarovla vida mərasimi olub.“Report”un müxbiri xəbər verir ki, “Azneft” İstehsalat Birliyinin Nəriman Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin əmtəə operatoru İlham Qafarov bu gün doğulduğu Hacıqabul rayonunun Atbulaq kənd qəbirstanlığında torpağa tapşırılıb.Dəfn mərasimində SOCAR rəsmiləri, ictimaiyyət …

Read More »

Sabaha olan hava proqnozu açıqlanıb

Dekabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən, yağmursuz, səhər zəif dumanlı və çiskinli olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya bildirilib ki, axşama doğru bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 0-3° isti,Bakıda gecə 0-2° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir. Atmosfer təzyiqi …

Read More »

Aİ miqrasiyanı müzakirə etmək üçün Türkiyə ilə növbəti sammit keçirə bilər

Avropa İttifaqı gömrük əməkdaşlığı və miqrasiyanı müzakirə etmək üçün yaxın aylarda Türkiyə ilə növbəti sammit keçirə bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk bildirib. “Bu gün bizim təsisatlarımız və Türkiyə hökuməti arasında sammit keçirilməsinin mümkünlüyü müzakirə edilib. Deyə bilərəm ki, gələn ay bu cür sammit təşkil etmək üçün mandatımız var. Biz Türkiyə …

Read More »

Qafqaz Universitetində 6 prorektor və 20-dək əməkdaş işdən azad olunub

Qafqaz Universitetinə yeni rektor təyin olunandan indiyədək 20-yə yaxın əməkdaş işdən azad olunub. Ali məktəbin rektoru Havar Məmmədov APA-ya deyib ki, əməkdaşlar funksional vəzifələrini yerinə yetirməməsi, işinə uyğun gəlməməsi və digər səbəblərdən öz ərizələri əsasında çıxarılıblar. H. Məmmədov qeyd edib ki, onların arasında işində verdiyi müəyyən nöqsanlara görə 5-6 mühafizə işçisi, 2 komendant, kadrlar şöbəsinin müdiri var. İki nəfərin ixtisara …

Read More »

Prezident İlham Əliyev Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri geri çağırıb

Prezident İlham Əliyev Azər Hüseynin Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, dövlət başçısının digər sərəncamları ilə Rövşən Cəmşidov Azərbaycan Respublikasının Avstraliya İttifaqında və eyni zamanda Fici Respublikasında, Yeni Zelandiyada fövqəladə və səlahiyyətli səfiri, Mir-Həmzə Əfəndiyev isə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi …

Read More »

“Gənc çağırışçıların sağlamlığının qorunması ilə bağlı maarifləndirmə işlərinin aparılması” layihəsinə start verilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi “Gənc çağırışçıların sağlamlığının qorunması ilə bağlı maarifləndirmə işlərinin aparılması” layihəsi çərvəsində olan görüşlərə Nərimanov rayonunda yerləşən 39 saylı orta məktəbdə start verib. Keçirilən tədbirdə birliyin sədri Emin Həsənli çıxış edib. O, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində aparılan işlərdən danışaraq, gənclərimizin torpaqlarımızın müsafiəsi istiqamətində hər an …

Read More »

Qar Lənkəranın bir sıra kəndlərini işıqsız qoyub

 Lənkəran rayonunun bir sıra kəndləri qar yağması səbəbindən işıqsız qalıb.  “Report”un Cənub bürosunun verdiyi xəbərə görə, ötən gecə Lənkəran rayonu ərazisində “Azərişığ”a məxsus 1 №-li yarımstansiyanın 3 №-li hava xəttində qısaqapanma baş verməsi səbəbindən Sütəmurdov, Velədi kəndləri və bu ərazilərdə Ələt-Astara magistralı boyunca yerləşən obyektlərin elektrik enerjisi verilişində problem yaranıb. Ötən gün saat 21:00-dan etibarən işıqlar sönüb. Bundan əlavə, digər yaşayış məntəqələrində də …

Read More »

GUAM BMT ilə əməkdaşlıq üçün “Yol xəritəsi” hazırlayacaq

GUAM Katibliyi Birləşmiş Millət Təşkilatı (BMT) ilə əməkdaşlıq üçün birgə “Yol xəritəsi” hazırlayacaq. “Report”un xəbərinə görə, bunu Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın (GUAM) Parlament Assambleyasının Bakıda keçirilən 9-cu sessiyasında çıxışı zamanı deyib. Nazir bildirib ki, təşkilat üçün bu məsələ çox vacibdir.

Read More »