Cümə axşamı , 26 Fevral 2026

Dünya

Sabah 32 rayonda analoq TV yayımı dayandırılacaq

Sabah Ağsu, İsmayıllı, Kürdəmir, Zərdab, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Ucar, Gəncə, Samux, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax, Tovuz, Tərtər, Naftalan, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda analoq TV yayımı dayandırılacaq. APA-nın xəbərinə görə, dekabrın 10-dan bu rayonlarda rəqəmli TV yayımı həyata keçiriləcək. Regionlarda analoq yayımın dayandırılması 3 mərhələdə həyata keçirilir. Analoq yayımın …

Read More »

Hamburqda “Ermənistan-Azərbaycan Sülh Platforması” müzakirə edilib

ATƏT Parlament Assambleyasının (PA) Humburqda keçirilən büro iclasında “Ermənistan-Azərbaycan Sülh Platforması” müzakirə edilib. Bu barədə AZƏRTAC-a “Eurasia Diary” beynəlxalq informasiya portalının Hamburqa ezam olunmuş müxbiri Ayaz Mirzəyev məlumat verib. ATƏT PA-nın vitse–prezidenti Azay Quliyev iclasda çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının narahatlıq doğurduğunu söyləyib. Vitse-prezident deyib: “Aprel hadisələri göstərdi ki, bu münaqişə ilə bağlı yaranmış vəziyyət çox təhlükəlidir və …

Read More »

Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçəcək

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksində gücləndirilmiş iş rejiminə keçiləcək. AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib. O bildirib ki, gücləndirilmiş iş rejimi dekabrın 25-dən yanvarın 7-dək davam edəcək. Bayram günləri istifadəyə veriləcək əlavə nəqliyyat vasitələri barədə məlumat …

Read More »

Ukrayna və Azərbaycan muzeylər arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Milli İncəsənət Muzeyi və Ukraynanın Taras Şevçenko adına Milli Muzeyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Milli İncəsənət Muzeyindən AZƏRTAC-a bildirilib ki, müqavilə hər iki muzeyin qarşılıqlı elmi-tədqiqat işinin aparılması, muzey işçilərinin təcrübə mübadiləsinin yaradılması, birgə sərgilərin hazırlanması və Ukrayna-Azərbaycan mədəni əlaqələrinin qurulmasına təkan verəcək. Eyni zamanda, bu əməkdaşlıq müqaviləsi Azərbaycanda Ukrayna mədəniyyətinin, Ukraynada isə Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edəcək. Əməkdaşlıq …

Read More »

Misirin keçmiş prezidenti Məhəmməd Mursinin oğlu həbs edilib

Misirin keçmiş prezidenti Məhəmməd Mursinin oğlu Üsamə Mursi Şərkiyə adlanan inzibati mərkəzdə həbs edilib. “Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə “Əl-Vətən” xəbər portal bildirib. Məlumata görə, keçmiş prezidentin oğlu polis tərəfindən Zakazig şəhərində tutulub. O, ölkədə qadağan edilmiş “Müsəlman qardaşları” hərəkatının təşkil etdiyi ixtişaşlara qoşulmaqda ittiham olunur. 

Read More »

Türkiyə hökuməti 2017-ci ili “Təsərrüfat ili” elan edib

Türkiyə hökuməti 2017-ci ildə ölkə iqtisadiyyatını daha əsaslı idarə etmək, o cümlədən milli valyutanın məzənnəsinin sabitliyini qorumaq üçün geniş tədbirlərə başlayıb. Baş nazir Binəli Yıldırım problemli kreditlərin idarə olunması, yeni kredit mənbələri, istehsalın artımı, daxili bazarın tənzimlənməsi, yeni iş yerlərinin açılması və s. məsələlərə dair qəbul olunan hökumət qərarları barədə geniş məlumat verib. O, 2017-ci ilin ölkədə “Təsərrüfat ili” elan …

Read More »

Malena Mard: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflər arasında dialoq çox vacibdir

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli sülh yolu ilə həllini dəstəkləyir. Trend-in məlumatına görə, bunu jurnalistlərə ötən gün Hamburqda keçirilmiş ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasını şərh edən Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib. M.Mard bildirib ki, Avropa İttifaqı, həmçinin ATƏT-in Minsk qrupunun vasitəçilik fəalyyətini dəstəkləyir: “Biz hesab edirik ki, münaqişə tərəfləri arasında dialoq çox vacibdir”. Azərbaycan Xarici İşlər …

Read More »

Koreya parlamenti Prezidentə impiçment elan etdi

Koreya Respublikasının parlamenti ölkə Prezidenti Pak Kın Heyə impiçment elan edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, qərarın lehinə 234, lehinə isə 56 deputat səs verib. İmpiçment Koreya Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təsdiq və ya rədd edilə bilər.

Read More »

Azərbaycan taekvandoçusu Milad Beigi Harçeqani Qran-pri turnirinə qələbə ilə başlayıb [YENİLƏNİB]

Millimizin üzvü Roman Samodurov ilk görüşündə koreyalı idmançı Tae-hun Kimə məğlub olaraq mübarizəni erkən dayandırıb. X X X 11:15 Taekvandoçumuz Milad Beigi Harçeqani beynəlxalq turnirə qələbə ilə başlayıb. Səkkizdəbir finalda avstriyalı Hayder Şkaranı tam üstünlüklə məğlub edən M.Harçeqani növbəti mərhələdə Heyeon-Vu Kim (Koreya Respublikası) ilə qarşılaşacaq. X X X 10:50 Dekabrın 9-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində taekvando üzrə Qran-pri yarışının …

Read More »

UEFA Avropa Liqası: “Qəbələ” cari mövsümdə çıxışını başa vurub

Dekabrın 8-də “Qəbələ” UEFA Avropa Liqasının cari mövsümündə çıxışını başa vurub. AZƏRTAC xəbər verir ki, qrupdan çıxmaq şansını itirən Roman Qriqorçukun komandası Almaniyanın Maynts şəhərində eyniadlı komanda ilə qarşılaşıb. Bundesliqa təmsilçisi ilk hissədə vurduğu iki cavabsız qolla qalib gəlib. Bununla da “Qəbələ” qrupda keçirdiyi 6 matçın hamısında uduzaraq mübarizəni xalsız başa vurub.

Read More »