Şənbə , 18 May 2024

Dünya

Əliyar Ağayev “Şalke”nin oyununu idarə edəcək

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa növbəti təyinat alıb. Trend-in PFL-in saytına istinadən verdiyi məlumata görə, gənc FİFA referimiz Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun “Şalke” (Almaniya) – “Nitsa” (Fransa) oyununu idarə edəcək. Ə.Ağayevə yan xətt hakimləri kimi Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Görüşdə 4-cü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Orxan Məmmədov və …

Read More »

UNICEF: Uğur uşaq hüquqlarını qorumaqdan keçir

Ümumdünya Uşaqlar Günü: uğur uşaq hüquqlarını qorumaqdan keçir. “Bu gün, Ümumdünya Uşaqlar Günündə Azərbaycan öz tarixinə yeni və möhtəşəm səhifələr yazmağa davam edir və bu tarixə bütün uşaqların cəlb edilməsi üçün bundan yaxşı məqam ola bilməz”. UNICEF-in Bakı ofisinin Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, bunu UNICEF-in Azərbaycandakı nümayəndəsi Edward Carwardine deyib: “Uşaqların potensialını inkişaf etdirmək və …

Read More »

XİN: Rusiyanın 3200-dən çox vətəndaşı Suriya və İraqda terrorçular tərəfindən döyüşür

Rusiyanın 3200-dən çox vətəndaşı münaqişənin əvvəlindən müharibədə terrorçular tərəfindən döyüşmək üçün Suriya və İraqa gedib.“Report” xəbər verir ki, bu barədə RİA “Novosti”yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Yeni Çağırışlar və Təhlükələr Departamentinin direktoru İlya Roqaçyov bildirib.“Son illərdə qlobal terror təhlükəsi İŞİD terror qruplaşmasının yaranması və fəallığı ilə yeni keyfiyyət əldə edib. Bu qruplaşmanın fəaliyyətinin əsasını İraq və Suriya təşkil edir… …

Read More »

Türkiyə prezidenti: “Dostlarımızın silahı terrorçuların əlindədir”

 “Bizim terror qruplaşması elan etdiklərimizin əlindən İraq və Suriyada dostlarımızın silahı aşkar edildi”. “Report” Haber7-yə istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci Baş Məclisindəki çıxışında bildirib. O, müttəfiqlərin Türkiyəyə terrora qarşı mübarizədə göstərdikləri yardıma görə, təşəkkürünü bildirib: “Eyni dəstəyi başda terrorçu İŞİD və PKK qruplaşmaları olmaqla bütün terrorçulara qarşı mübarizəmizdə gözləyirik.Terror …

Read More »

Bakıda İndoneziya mədəniyyəti festivalı keçirilib

Bakıda İndoneziya mədəniyyəti festivalı keçirilib.“Report” xəbər verir ki, tədbirin açılışında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və İndoneziyanın Azərbaycandakı səfiri Husnan Fanani çıxış edib.İki gün davam edən festivalda İndoneziyanın müxtəlif bölgələrinin ənənəvi rəqsləri, moda nümayişi təqdim edilib, eləcə də İndoneziyanın turizm sərgisi keçirilib.

Read More »

MTRŞ-nın sədr müavini: “Azərbaycan efirində qadınlarla bağlı çox yaxşı verilişlər yayımlanır”

“Azərbaycan televiziy­alarında qadınlarla ba­ğlı müntəzəm olaraq verilişlər, proqramlar ­yayımlanır. Azərbaycanda son ill­ər çəkilən seriallard­a da cəmiyyətdə olan ­bütün məqamlar, analarımız­ın, bacılarımızın prob­lemləri öz əksini tapır”. “Report” xəbər verir ki, bunu “Qadınlara qarşı zorakılığa YOX deyək” mübarizə Konsepsiyasına həsr olunmuş konfransda Milli Televiz­iya və Radio Şurasını­n sədr müavini Qafar Cəbiyev­ deyib. O bildirib ki, Azərbaycanda serial çəkilişləri yeni olduğu üçün son …

Read More »

“Günəşli” yatağındakı 7 saylı özüldə kran aşıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Günəşli” yatağındakı 7 saylı özüldə baş vermiş hadisə ilə əlaqədar ilkin məlumat yayıb.“Report” xəbər verir ki, məlumata görə, noyabrın 20-də saat 22:30 radələrində “Günəşli” yatağındakı 7 saylı dərin dəniz özülündə “SOCAR AQŞ” MMC tərəfindən istismar edilən “HİDROAKTİF HİDROLİK VİNÇ İŞ MAKİNALARI İMALAT İHRACAT İTHALAT SAN.TİC. LTD.” şirkətinin istehsalı olan, 2015-ci ildə quraşdırılmış 28 tonluq HAK-300 …

Read More »

Türkiyə prezidentinin müşaviri Azərbaycana gəlib

Türkiyə prezidentinin müşaviri, bu ölkənin keçmiş mədəniyyət naziri Yalçın Topçu Azərbaycana gəlib.Bu barədə “Report”a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.Səfər zamanı Y.Topçu rəsmi şəxslər, QHT nümayəndələri ilə görüşəcək, eləcə də bu gün Yunus Əmrə İnstitutu tərəfindən Bakıda təşkil edilən Türk Kinosu Həftəsinin açılışında iştirak edəcək.

Read More »

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Ukraynanın yüksək dövlət ordeninə layiq görülüb

Ukrayna prezidenti Petro Poroşenkonun sərəncamına əsasən Ukraynada aqrar islahatların inkişafında yüksək xidmətləri olan bir qrup şəxs “Dövlətə Xidmət Ordeni” ilə təltif olunub. “Report” xəbər verir ki, təltif olunanlar arasında Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Sumu Vilayətində həyata keçirilən aqrar islahatların və aqro sənaye komplekslərinin inkişafındakı səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli dövlətə xidmət ordeninə layiq görülüb. Prezidentin sərancamında qeyd …

Read More »

Sabah Bakıda qar yağacaq

Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var.Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.Havanın temperaturu Abşeron yarımadasında gecə 0-2, gündüz 2-5 dərəcə isti, Bakıda gecə 0-2, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək 779 mm civə sütunundan 784 mm …

Read More »