Cümə axşamı , 26 Noyabr 2026
Drone Cameras

Türkiyədə 236 hərbçi barəsində həbs qətimkan tədbiri seçilib

Türkiyə Silahlı Qüvvələrində “ByLock” kompüter proqramından istifadə etməkdə şübhəli bilinən 530 hərbçidən 236-sı barəsində həbs qətimkan tədbiri seçilib.

“Report” “Haber7″yə istinadən xəbər verir ki, prokurorluğun Terror və mütəşəkkil cinayətlərə qarşı mübarizə bürosu, polis əməkdaşları birlikdə ölkənin 58 əyalətində eyni zamanda əməliyyat keçiriblər.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrində vəzifə daşıyan Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində 280 zabit və 250 gizirin tutulması haqqında qərar qəbul edilib. Onların 236-sı barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “ByLock” FETÖ-çülərin bir-biri ilə əlaqə saxlamaq üçün istifadə etdiyi proqramın adıdır. 

Check Also

Şimali Koreya İsveçrə diplomatını ölkədən çıxarır

Şimali Koreya İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin əməkdaşını arzuolunmaz şəxs elan edərək 48 saat ərzində ölkəni …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir