Cümə , 3 May 2024

Dünya

Doqquz ölkənin daşınmaz əmlak şirkətləri Bakıda bir araya gələcək

Bakı Expo Mərkəzində keçiriləcək “RecExpo II” sərgisi beynəlxalq inşaat, daşınmaz əmlak və investisiya şirkətlərinə layihələrini nümayiş etdirmək üçün çox əhəmiyyətli bir platformadır. AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 22-24-də keçiriləcək Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi ilə bağlı mətbuat konfransında Əmlak Məsələləri Dövlət Komitəsinin Aparat rəhbəri Azər Bəşirov bildirib. O qeyd edib ki, sərgidə Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, …

Read More »

Gülağa Aslanlı: “Bu, o demək deyil ki, həmin partiyalar birləşirlər”

 Müsavat Partiyası, Real Hərəkatı, Nida Vətəndaş Hərəkatı, D18 Hərəkatı funksional əməkdaşlığın edilməsi ilə bağlı danışıqlar aparırlar. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı “Report”a açıqlamasında deyib ki, partiya üç təşkilatla bu istiqamətdə danışıqları davam etdirir. G.Aslanlının sözlərinə görə, danışıqların indiki vəziyyəti ümidvericidir və funksional əməkdaşlıqla bağlı sənəd imzalana bilər. Müsavat funksioneri vurğulayıb ki, bəzi siyasətçilər yanlış olaraq funksional əməkdaşlığı …

Read More »

Rusiyanın əməkdar artisti teatr səhnəsində dünyasını dəyişib

Rusiyanın əməkdar artisti Boris Lifanov Tver akademik dram teatrının səhnəsində oynadığı tamaşadan dərhal sonra dünyasını dəyişib. Bu barədə “Report” gazeta.ru saytına istinadən xəbər verir. “Boris Lifanov “Səkkiz sevən qadın” tamaşası bitdikdən sonra tamaşaçılara təzimdən sonra teatr səhnəsində vəfat edib”, – teatrın yaydığı məlumatda bildirilir. Qeyd edək ki, Boris Lifanov Tver dram teatrına 1983-cü ildə gəlib və həyatının 30 ilini həmin …

Read More »

Rusiyameyilli İqor Dodon Moldova prezidenti seçilib

Moldovada keçirilən prezident seçkilərinin ikinci turunda Rusiyameyilli Moldova Respublikasının Sosialist Partiyasının (MRSP) lideri İqor Dodon qalib gəlib.“Report” xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, o, bülletenlərin 98%-nin hesablanmasından sonra, səslərin 54,4%-ni toplayıb.Dodonun rəqibi – Avropayönlü müxalifətdən olan yeganə namizəd – Fəaliyyət və Həmrəylik Partiyasının rəhbəri Mayya Sandu seçicilərin 45,5 %-nin dəstəyini qazanıb.Qalan bülletenlərin (2%) hesablanması vəziyyəti dəyişə …

Read More »

Bakıda metro çıxışında 34 yaşlı kişiyə 12 bıçaq zərbəsi vurulub

Bakı şəhəri, Nizami rayonunda 34 yaşlı kişi münaqişə zəmnində bıçaqlanıb. “Report”un xəbərinə görə, hadisə metronun “Xalqlar dostluğu” stansiyasının çıxış pilləkənlərındə qeydə alınıb. Belə ki, 1982-ci il təvvəllüdlü Namiq Qaralova tanışı 1979-cu il təvvəllüdlü Fərman Mustafayev 12 bıçaq zərbəsi vurub. Ağır yaralanan şəxs yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən F.Mustafayev tutulub. Faktla bağlı cinayət işi başlanılıb.

Read More »

MTRŞ-nın şöbə müdiri: “Əminəm ki, hazırda “Səni axtarıram” verilişində neqativ hallara yol verilmir”

Milli Televiziya və Radio Şurası (MTRŞ) Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişi ilə sosial şəbəkələrdə yayılan kadrlara münasibət bildirib. Şuranın şöbə müdiri Təvəkkül Dadaşov “Report”a bildirib ki, “Meydan TV” 2014-cü ildə olub-bitmiş kadrarxası məsələləri gündəmə gətirib: “Bəzi jurnalist dostlarımız da bu barədə bizdən açıqlama istəyir. Mən də deyirəm ki, nə cavab verə bilərəm? Axı, həmin kadrlar efirə getməyib. Biz efirdə …

Read More »

Türkiyədə dollar sürətlə bahalaşır

Türkiyədə ABŞ dollarının cari məzənnəsi yeni psixoloji və tarixi rekord səviyyəyə – 3,30 TRY/USD-yə yaxınlaşır.  “Report”un analitik qrupu bildirir ki, dolların məzənnəsi ABŞ seçkilərinin nəticlərinin açıqlandığı noyabrın 9-da 3,3053 TRY/USD səviyyəsinə yüksəldikdən sonra bir qədər azalsa da, yenidən artmağa başlayıb və hazırda 3,29 TRY/USD həddini keçib: “Türkiyədə dolların güclənməsinə əsas səbəb ABŞ valyutasının qlobal bazarda möhkəmlənməsi, Türkiyədəki geosiyasi vəziyyət, ölkənin yüksək xarici borcu, ticarət balansında …

Read More »

Azərbaycan müdafiə nazirinin rəhbərliyi ilə səhra şəraitində müşavirə keçirilib

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Nazir ərazidə idarə, xidmət, qoşun növlərinin yerləşmə nöqtələri, operativ idarəetmə qrupları və məntəqələrindəki fəaliyyətlərlə tanış olub.Müşavirədə təlimlərə cəlb edilən birləşmə, hərbi hissələrin komandir və rəis heyətinin fəaliyyətləri, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələr dinlənilib.Müşavirədə çıxış edən müdafiə naziri təlimlərin …

Read More »

Prezident İlham Əliyev: “Azərbaycan maliyyə qabiliyyətli etibarlı tərəfdaşdır”

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janqı qəbul edib.“Report” xəbər verir ki, Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın səviyyəsinin razılıq doğurduğunu qeyd edən dövlət başçısı qurumun prezidenti Takehiko Nakao ilə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının ötən il Bakıda keçirilən 48-ci illik toplantısı zamanı görüşünü məmnunluqla xatırladıb. Ölkəmizin ev sahibliyi etdiyi bu tədbirin uğurla …

Read More »

Moldovanın Bakıdakı səfirliyi prezident seçkiləri ilə əlaqədar keçirilmiş səsvermənin nəticələrini açıqlayıb

Moldovanın Bakıdakı səfirliyi ölkədə keçirilmiş prezident seçkiləri ilə əlaqədar səfirlikdə açılmış seçki məntəqəsində qeydə alınan səsvermə nəticələrini açıqlayıb. Moldova səfirliyindən “Report”a verilən məlumata görə, ümumilikdə məntəqəyə 51 nəfər gəlib və bu göstərici seçkilərin ilk turunda qeydə alınmış rəqəmlə müqayisədə təxminən iki dəfə çoxdur. Məluamata görə, Azərbaycanda yaşayan moldovalılardan savayı, məntəqəyə Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Qazaxıstan və Özbəkistanda yaşayan Moldova vətəndaşları …

Read More »