Bazar ertəsi , 8 Dekabr 2025

Dünya

Braziliya Argentina millisini məğlub edib

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin Cənubi Amerika qrupu üzrə 11-ci turunun görüşləri oynanılıb. Turun ən maraqlı qarşılaşması Braziliya ilə Argentina milliləri arasında keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma Braziliya yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesabı matçın 25-ci dəqiqəsində Koutunyo açıb. İlk hissənin sonuncu – 45-ci dəqiqəsində Neymar hesab arasındakı fərqi iki topa çatdırıb. …

Read More »

Sabah 17 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə  9-11° isti, gündüz  14-17° isti, Bakıda gecə  9-11° isti, gündüz  15-17° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan yuxarı 766 …

Read More »

“Taliban” Almaniya konsulluğuna hücum etdi

“Taliban” silahlıları  dünən Almaniyanın Əfqanıstanın Məzəri-Şərif şəhərindəki konsulluğuna hücum ediblər.  APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, hücum nəticəsində 1 nəfər ölüb, 29 nəfər yaralanıb.  

Read More »

“Ərəb baharı” Yaxın Şərqə 614 milyard dollar ziyan vurub

BMT-nin Qərbi Asiya üçün İqtisadi və Sosial Komissiyasının apardığı araşdırmalar nəticəsində məlum olub ki, 2011-2015-ci illərdə “Ərəb baharı” ucbatından Yaxın Şərqdə iqtisadi artıma 614 milyard dollar və ya region üzrə ÜDM-in 6 faizi həcmində ziyan dəyib.   “BBC News” agentliyinin verdiyi məlumata görə, bu hesablamalar üçün ərəb ölkələrində iqtisadi artımın 2011-ci ilə qədər aparılmış proqnozlarından istifadə edilib, çünki ərəb ölkələrində …

Read More »

Milli Məclis 3 məcəlləyə dəyişiklik etdi

Xəbər verdiyimiz kimi bu gün Milli Məclisin iclası keçirilir. İclasda Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli söyləyib ki, hər üç layihə “Qiymətli kağızlar haqqında” qanuna edilən dəyişikliklərə uyğunlaşdırmadır. Burada təklif olunan əlavələr sözügedən qanunun müvafiq müddəlarındandır.  Hər üç layihə səsə qoyularaq qəbul olunub.    sia.az

Read More »

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 21 il keçir

Bu il Azərbaycan dövlətinin tarixində müstəsna əhəmiyyətli hadisənin – dövlət müstəqilliyinin bərpa edilməsinin iyirmi beşinci ildönümü geniş qeyd olunur. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmizin müstəqilliyi və suverenliyi beynəlxalq aləmə bəyan edildi və həmin gün çoxəsrlik dövlətçilik tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil oldu. Ötən 25 ildə Azərbaycan çətin tarixi …

Read More »

Güləş üzrə beynəlxalq “Qızıl Qran-pri” turnirində 700-dək idmançı iştirak edəcək

Noyabrın 24-dən 26-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə beynəlxalq “Qızıl Qran-pri” turnirinin final mərhələsi keçiriləcək. Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, sayca doqquzuncu dəfə keçirilən turnir Bakı İdman Sarayında təşkil olunacaq. Turnirdə 50-dən çox ölkədən 700-dək idmançı iştirak edəcək. Proqrama əsasən, yarışların birinci günündə sərbəst güləşçilər mübarizə aparacaqlar. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə …

Read More »

Heydər Əliyev Sarayında xeyriyyə konserti keçiriləcək

Dekabrın 1-də Heydər Əliyev Sarayında Beynəlxalq Əlillər Gününə həsr olunmuş xeyriyyə konserti keçiriləcək. Heydər Əliyev Sarayının təşkilatçılığı ilə reallaşacaq “Biz bir ailəyik” adlı konsertin hazırlanmasında məqsəd fiziki qüsurlu insanların istedadını nümayiş etdirməkdir. Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə fiziki qüsurlu istedadlı ifaçıların və “Hağışta” folklor qrupunun çıxışları dinləniləcək. Müğənniləri səhnədə fiziki qüsurlulardan ibarət “Duyğu” xalq çalğı alətləri ansamblı müşayiət edəcək. …

Read More »

Moskva meriyası Rusiyanın Suriyada hərbi əməliyyatlarda iştirakının əleyhinə mitinqə icazə verməyib

Moskvada Rusiyanın Suriyada hərbi əməliyyatlarda iştirakının əleyhinə mitinqin keçirilməsinə icazə verilməyib. APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə “5 Dekabr Partiyası”nın rəhbərlərindən olan Sergey Davidis məlumat verib. O, Moskva meriyasının noyabrın 20-ə planlaşdırılmış mitinqin keçirilməsinə icazə vermədiyini bildirib. S. Davidis meriyanın bu qərarı ilə bağlı aksiya təşkilatçılarının məhkəməyə müraciət edəcəklərini də qeyd edib. Qeyd edək ki, Rusiyada müxalifət partiyaları- “PARNAS”, …

Read More »

Azərbaycanla Rusiya gömrükçüləri sərhəddəki sıxlığı müzakirə edəcək

Bu gün saat 14:00-da Azərbaycan-Rusiya sərhədində iki ölkənin gömrük və sərhəd xidmətinin nümayəndələri arasında görüş keçiriləcək. Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən məlumat verilib. Görüşdə son 2 gündə Azərbaycan-Rusiya sərhədində yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük-keçid məntəqəsində müşahidə olunan nəqliyyat vasitələrinin nisbi sıxlığı müzakirə olunacaq: “Hazırda Azərbaycan tərəfdə nəqliyyat vasitələrinin keçidində hər hansı problem yoxdur, gömrük-keçid məntəqəsi …

Read More »