Cümə , 4 Oktyabr 2024
Drone Cameras

Ucarda partlayışda yanan ailənin 3 üzvünün vəziyyəti ağırdır

Ucarda evdə baş verən partlayış nəticəsində xəsarət alan bir ailənin 3 üzvünün vəziyyəti həddindən artıq ağırdır. Bu barədə Trend-ə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Plastik və Konstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib.

Şöbə müdiri bildirib ki, hadisə nəticəsində xəsarət alanlardan Zakir Məlikov və həyat yoldaşı Şamama Şərifovanın bədəninin 80 faizi, övladları Ağa Məlikovun isə 75 faizi yanıb. Hər 3 yaralı şok vəziyyətində reanimasiya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, noyabrın 14-də axşam saatlarında Ucar rayon sakini Z.Məlikov evində motorlu mişarı təmir edərkən partlayış baş verib. Hadisə nəticəsində rayon sakinləri – 1979-cu il təvəllüdlü Z.Məlikov, onun həyat yoldaşı, 1978-ci il təvəllüdlü Ş.Şərifova və övladları, 2008-ci il təvəllüdlü A.Məlikov yanıq xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir