Çərşənbə axşamı , 31 Mart 2026

Dünya

“Retro” istirahət mərkəzində qadını öldürən şəxs özünü qismən təqsirli bilib

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. “Report”un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. E.Əhmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib. Daha sonra zərərçəkmişin hüquqi varisinin məhkəməyə gəlmədiyi elan olunub. Hakim bildirib ki, həmin şəxs məhkəməyə məktub göndərib: “O, …

Read More »

Azərbaycanda meşələri və digər yaşıllıqları məhv edənlər 7 ilədək azadlıqdan məhrum olunacaqlar

Azərbaycanda meşələrin və yaşıllıqların qanunsuz kəsilməsi ilə bağlı cəzalar sərtləşdirilib.“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı Cinayət Məcəlləsinin iki maddəsinə dəyişiklik edilməsini nəzərdə tutan layihə müzakirəyə çıxarılıb. Cinayət Məcəlləsinin 259-cu maddəsinə edilən dəyişikliyə görə, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, …

Read More »

Nyu-Yorkda Tramp əleyhinə etirazlarda 30 nəfər saxlanılıb

ABŞ-ın Nyu-York şəhərində ölkənin yeni seçilmiş prezidenti Donald Tramp əleyhinə keçirilən etiraz aksiyası zamanı polis 30 nəfəri saxlayıb. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir. D.Trampa qarşı etiraz edən minlərlə sakin şəhər küçələrinə çıxaraq Trump Tower göydələninə qarşı yürüş keçirməyə cəhd göstərib. Etiraz aksiyaları Çikaqo, Filadelfiya və Bostonda da keçirilib. Xatırladaq ki, D.Tramp noyabrın 8-də ABŞ-da keçirilən prezident …

Read More »

Üzərində 20.000 dollar hava limanında saxlanıldı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Bakı-Tbilisi aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı vətəndaşın şalvarının və pencəyinin ciblərində, əvvəlcədən gömrük …

Read More »

Türkiyədə partlayış: icra başçısı yaralandı

Türkiyənin Mardin vilayətinin Derik rayonunda yerli icra orqanının inzibati binası qarşısında partlayış baş verib. Trend-in “Haber 7” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində icra başçısı Fatih Safitürk yüngül xəsarət alıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası göndərilib.

Read More »

Əhəd Abıyev səhvini etiraf etmək əvəzinə, jurnalistləri təhqir etdi – Buna onun nə mənəvi, nə də hüquqi haqqı çatır

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin 9 noyabr tarixində keçirilmiş tədbirdə Ermənistan bayrağı əvəzinə Kolumbiya bayrağının maketini sındırması barədə söz-söhbətlər cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Qeyd edək ki, həmin tədbirdə Əhəd Abıyevin sındırdığı şifer parçasının araşdırılması zamanı məlum olub ki, onun üzərindəki simvolikalar Ermənistan bayrağına deyil, Kolumbiya bayrağına uyğun gəlib. Bun sübut etmək o qədər də çətin deyil. Çünki …

Read More »

Qahirədə Azərbaycan-Misir münasibətlərinə həsr olunan konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) və ölkəmizin Misirdəki səfirliyinin iştirakı ilə Xarici Məsələlər üzrə Misir Şurası, nüfuzlu “Əl-Əhram” və “Əl-Cumhuriyyə” müəssisələri, “Əl-Hivar” Siyasi və Media Araşdırmaları Mərkəzi, Mədəniyyət Forumu Mərkəzində bir neçə görüş və tədbir keçirilib. Bundan başqa, Qahirə Universitetinin iqtisadiyyat və siyasi elmlər fakültəsinin nəzdində fəaliyyət göstərən Tədqiqatlar, Siyasi Araşdırmalar və Mədəniyyətlərarası Dialoq Mərkəzində konfrans təşkil …

Read More »

Mingəçevirdə küçədən qumbara tapılıb

Mingəçevir şəhərində küçədən qumbara aşkar edilib. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Mingəçevir ŞPŞ əməkdaşları tərəfindən şəhər ərazisində 2 ədəd “RQD-5” qumbarası tapılıb.

Read More »

Tbilisi yaxınlığında NATO-Gürcüstan təlimləri başlayıb

Tbilisi yaxınlığındakı NATO və Gürcüstan birgə məşq və qiymətləndirilmə mərkəzinin (JTEC) ərazisində yerləşən “Vaziani” bazasında “NATO-Gürcüstan 2016” təlimləri başlayıb.Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.“Genişmiqyaslı təlimlərdə 12 NATO üzvü və iki tərəfdaş ölkə iştirak edəcək. Təlimlərə 250 hərbçi cəlb edilib. Birgə təlimlərin əsas məqsədi Gürcüstan və NATO-nun silahlı qüvvələrinin birgə fəaliyyətidir”, – Gürcüstan Müdafiə Nazirliyindən bildiriblər.Nazirlikdən onu da əlavə …

Read More »

Naxçıvanda gənclər arasında karate üzrə beynəlxalq turnir keçiriləcək

Noyabrın 15-də Naxçıvan Muxtar Respublikasının  Şərur şəhərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş beynəlxalq karate turniri təşkil ediləcək. AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Naxçıvan MR-nın Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Karate Federasiyası (AMKF) və Naxçıvan MR-nın Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq turnir Şərur Olimpiya İdman Kompleksində keçiriləcək. Turnirə qatılacaq 10-17 yaşlı uşaqlar, …

Read More »