Quba-Zərqova kənd yolunda torpaq sürüşməsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumat görə, sürüşmə yolun üç hissəsində qeydə alınıb. Son günlər havaların yağıntılı keçməsi yolda çökməyə və çatların yaranmasına da səbəb olub. Kənd sakinlərinin sözlərinə görə, 9 kəndi rayon mərkəzi ilə birləşdirən yoldan 4 mindən artıq sakin istifadə edir. Kənd sakini Mahir Xudaverdiyev bildirib ki, ərazidə sürüşmə baş verdiyindən avtomobillərin …
Read More »Bakı Beynəlxalq Teatr Konfransına 38 ölkədən 150-yə yaxın teatr xadimi qatılacaq
Noyabrın 7-8-də Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. APA-nın məlumatına görə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, “Multikulturalizm və teatr” mövzusuna həsr olunan tədbirdə 38 ölkədən 150-yə yaxın teatr xadimi iştirak edəcək: “Xüsusi vurğulamaq istəyirəm ki, beynəlxalq konfransın …
Read More »Moskvada keçirilən paradda erməni təxribatının qarşısını alınıb
Bu gün Moskvada Kreml meydanında “Xalqların Birliyi Günü” adlı parad keçirilib. Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva üzrə rəhbəri Şamil Tağıyev APA-ya bildirib ki, paradda azərbaycanlılar fəal iştirak ediblər. ÜAK, “Azərbaycan mədəniyyətinin inkişaf və intibah” Fondu və “Azərbaycan-Slavyan” Gənclər Assosiasiyasının qatıldığı paradda xeyli sayda Azərbaycan bayraqları, milli mədəniyyət nümunələri, Azərbaycanla bağlı şüarlar, o cümlədən “Qarabağ” ansamblının musiqi nömrələri nümayiş etdirilib. Ş. …
Read More »Neftimiz yenə ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 3-də 46,3 dollar/barel təşkil edib ki, bu da noyabrın 2-nə olan göstəricidən 0,28 dollar/barel azdır. Bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 3-də 45,73 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,27 dollar/barel azdır. Novorossiysk …
Read More »“Fənərbağça” “Mançester”dən intiqam aldı
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin IV turunun oyunları keçirilir. Trend-in məlumatına görə, “Fənərbağça” İstanbulda ilk oyunda 4:1 hesabı ilə məğlub olduğu “Mançester Yunayted”i qəbul edib. Oyuna meydan sahibləri fəal başlayıblar. 2-ci dəqiqədə Mussa Sou möhtəşəm qola imza atıb. İkinci hissəyə də türklər qolla başlayıblar – 59-cu dəqiqədə Lens Yeremen ingilisləri məyus edib. 89-cu dəqiqədə isə Runi “Mançester”in təsəlli …
Read More »Maaşların artımı gözlənilir
Gələn il ölkədə əmək haqlarının artımı gözlənilir. Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, 2017-ci il dövlət büdcəsinin layihəsi bu günlərdə müzakirə üçün Milli Məclisə təqdim ediləcək. Komitə sədri qeyd edib ki, ilkin danışıqlara əsasən, büdcə proqnozları formalaşdırılarkən 1 barel neftin orta illik qiymətinin 40 dollar götürülməsi nəzərdə tutulur. Z.Səmədzadə …
Read More »Türkiyədə saxlanılan deputatlardan biri sərbəst buraxıldı
Türkiyə polisi Xalqların Demokratik Partiyasının (HDP) deputatı Ziya Piri ifadəsi alındıqdan sonra sərbəst buraxıb. Trend bu barədə Türkiyənin “Hurriyet” qəzetinə istinadən məlumat verir. Prokurorluq həmçinin HDP həmsədri Səlahəddin Dəmirtaşın ifadəsini alıb və onun həbsi barədə məhkəməyə məktub ünvanlayıb. Qeyd edək ki, HDP-nin 12 deputatı ifadə verilməsi üçün prokurorluğun cağırışını nəzərə almayıblar. Saxlanılanlar arasında HDP həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağdan …
Read More »Azərbaycan alimləri Tbilisidə Şota Rustavelinin 850 illiyinə həsr olunmuş konfransda iştirak edirlər
Noyabrın 4-də Tbilisidə dahi gürcü şairi Şota Rustavelinin anadan olmasının 850-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb. İki gün davam edəcək konfransda bir sıra ölkələrdən alimlər, yazıçılar iştirak edirlər. Azərbaycanı bu tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. Ş.Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun direktoru İrma Ratiani tədbiri açaraq dahi …
Read More »Sabah Bakıda 16 dərəcə isti olacaq
Azərbaycanda noyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam isə buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 8-10° isti, …
Read More »Kahramanmaraşda Qarabağ parkı açılacaq
III Beynəlxalq Kitab və Mədəniyyət Sərgisində iştirak edən millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupu üzvü Qənirə Paşayeva Kahramanmaraş bələdiyyə başqanı Mehmet Fatih Erkoçla görüşüb. Trend-in məlumatına görə, Mehmet Fatih Erkoç görüş zamanı Kahramanmaraşda Qarabağ Parkının salınması ilə bağlı Azərbaycan Təhsil, Mədəniyyət və Dayanışma Dərnəyinin, qurumun rəhbəri Tural Şahbazlının bələdiyyə başqanı kimi ona müraciətinə və millət vəkili Q.Paşayevanın ötən görüşlər zamanı …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
