Bazar ertəsi , 20 May 2024

Dünya

Obama və Ərdoğan İŞİD-lə mübarizəni müzakirə ediblər

ABŞ prezidenti Barak Obama və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.APA-nın xəbərinə görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.“Söhbət zamanı prezident Obama İŞİD terror qruplaşması ilə mübarizədə səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Obama Türkiyənin İŞİD-ə qarşı İraqda hansı səviyyədə iştirakını müəyyənləşdirmək üçün rəsmi Ankara və Bağdad arasında davam edən dialoqu alqışlayıb. Hər iki lider İraqın suverenliyi və …

Read More »

İŞİD Somalidə qəsəbəni ələ keçirib

Terrorçu İŞİD qruplaşması Somalinin strateji Kandala liman qəsəbəsini ələ keçirib. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, Kandala ölkənin Puntland bölgəsində yerləşir. Məlumata görə, dünyadakı ticarət məhsullarının 20 faizi bu limandan keçir. Qəsəbənin 20 min əhalisi var. Xəbərdə bildirilib ki, İŞİD ilk dəfədir Somalidə qəsəbəni ələ keçirir. 

Read More »

Nazirlik: İmkanı olan bələdiyyələr tibb müəssisələri yarada bilər

Azərbaycanda potensialı, imkanı olan bələdiyyələr tibb müəssisələri yarada bilərlər. Bunu Trend-ə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib. Bələdiyyə müəssisələrinin yaradılması imkanının Azərbaycan qanunvericiliyində nəzərdə tutulduğunu deyən E.Əzizov qeyd edib ki, Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi” əsasında bələdiyyələrə tibb müəssisəsi yaratmaq imkanı …

Read More »

Qadın güləşçilərimiz Ukraynada 1 qızıl və 3 bürünc medal qazandı

Ötən həftə Ukraynanın Xmelniski şəhərində əməkdar məşqçi Vladimir Stadnikin xatirəsinə həsr olunmuş qadın güləşi üzrə 2-ci açıq Respublika turniri keçirilib. Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, Turnirdə Ukrayna güləşçiləri ilə yanaşı, Azərbaycan, Belarus, Litva və Moldova təmsilçiləri də iştirak edib. Güləşçilərimiz 1 qızıl və 3 bürünc medal qazanıb. Qızıl medalı yığmamıza 60 kq-da mübarizə aparan Tatyana Omelçenko qazandırıb. Həlledici …

Read More »

Normadan artıq yüklənmiş maşınlara qarşı mübarizə gücləndirilib

“Azəravtoyol” ASC Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birlikdə, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələbləri pozanlara qarşı mübarizəyə başlayıb. “Azəravtoyol”dan “APA-Economics”ə verilən məlumata görə, bu ilin oktyabr ayından başlanılan yoxlama tədbirlərinin son 10 günü ərzində 200-ə yaxın yük maşını sürücüsünə DYP əməkdaşları tərəfindən protokol tərtib …

Read More »

Fuad Poladov: “Azdrama”dan getmişəm

Xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrından istefa verməsi haqqında yayılan xəbərlərə aydınlıq gətirib. Xalq artisti APA-ya açıqlamasında bildirib ki, teatrdakı işindən uzaqlaşıb: “Bəli, yayılan xəbərləri təsdiqləyirəm, teatrdakı işimdən getmişəm. Rəsmi müraciət etməmişəm, ərizə yoxdur. Sabah son tamaşamdır, “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında oynayacağam. Məsələnin təfərrüatı haqqında açıqlama vermək istəmirəm”. *** Akademik Milli Dram Teatrı xalq artisti Fuad …

Read More »

Son zəlzələ İtaliyanı dağıtdı – bir neçə min adam evsiz qaldı

Mərkəzi İtaliyada baş vermiş son yeraltı təkanlardan sonra bir neçə min adam evsiz qalıb. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir. Məlumata görə, zəlzələ ötən gün yerli vaxtla saat 19:11-də İtaliyanın mərkəzi hissəsində 5,4 bal gücündə baş verib. Zəlzələnin episentri Maçerata vilayətində 9 km dərinlikdə qeydə alınıb. Daha sonra saat 21:18-də 5,9 bal gücündə, üçüncü titrəyiş gecə saatlarında 4,6 …

Read More »

“Forbes” Azərbaycanın müasir Ələt limanı haqqında süjet hazırlayıb

Ələt qəsəbəsində yerləşən yeni Bakı limanı regionun dəyişən nəqliyyat sxemində mühüm hissə və inkişaf edən Yeni İpək Yolunun mərkəzində istehsalat mərkəzi olacaq. Trend-in məlumatına görə, bu barədə “Forbes”in videosüjetində deyilir. Qeyd olunur ki, liman Qazaxıstandan Avropaya, Rusiyadan İrana iki mühüm nəqliyyat dəhlizinin kəsişməsində yerləşir. Bildirilir ki, yeni Bakı limanının sahəsi 20 kvadrat kilometrdir və gələcəkdə burada azad ticarət zonası yaradılacaq. …

Read More »