Şənbə , 13 Dekabr 2025

Elm

Həsən Həsənov: “Novruzun Türk-Azərbaycan və fars adət-ənənələri çox fərqlidir”

Yeni ili qarşılamaq çoxdan bütün xalqlar üçün ən mühüm adətlərdən biri olub və bu, Azərbaycan türklərinə də aiddir. Tədqiqatlar göstərir ki, azərbaycanlılarla farslar arasında bu ənənələr arasında çox ciddi fərqlər var, onların bir-birindən asılı olmayan öz mənşəyi və aydın fərqlər sistemi var. Bu o demək deyil ki, birininki daha yaxşı, digərininki isə daha pisdir. Söhbət ondan gedir ki, bu adət-ənənələr …

Read More »

Sabahdan ali məktəblərə və kolleclərə sənəd qəbulu başlayır

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlanır. Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu il ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı əri­zələrin qəbulu iki mərhələdə (V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılacaq. Ərizə qəbulunun 1-ci mərhələsi (bütün …

Read More »

AMEA prezidenti: “Azərbaycan sülhsevər, ədalətli ölkədir”

“Azərbaycan sülhsevər, ədalətli ölkədir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu Qarabağı, digər rayonlarə işğaldan azad edib. Xocalı soyqırımı qurbanlarının qisası alınıb. “Dövlətimiz Böyük Qayıdışla Qarabağı yenidən quraraq özünün sülhsevər siyasətini və siyasi varlığını …

Read More »

Bakı məktəblərində Xocalı soyqırımına həsr olunan xüsusi dərslər təşkil olunacaq

“Xocalı soyqırımının otuz birinci ildönümü ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmri imzalanıb. Boyukmillet.com xəbər verir ki, əmrə əsasən, fevralın 24-ü və 25-i təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan xüsusi dərslər təşkil olunacaq. Həmçinin təhsil müəssisələrində Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsi, xocalıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda soyqırımı şahidləri, həlak olmuş şəxslərin …

Read More »

Elm və Təhsil Nazirliyi institutlarda apardığı monitorinqlərin nəticələrini açıqlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm və Təhsil Nazirliyinin balansına keçən bəzi institutlarının loqoları hələ də yenilənməyib. Boyukmillet.com xəbər verir ki, bunu nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Effektiv kommunikasiya” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. O, nazirliyin kommunikasiya əməkdaşlarının elmi müəssisələrlə bağlı apardığı monitorinqlərin nəticələrini açıqlayarkən bildirib ki, nazirliyin tabeliyinə keçən bəzi institutların sosial şəbəkələrində hələ də AMEA-nın loqosu …

Read More »

İnklüziv təhsilin təşkili qaydası təsdiqlənib

İnklüziv təhsilin təşkili qaydası təsdiqlənib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1. fərdi tədris planı ‒ inklüziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşağın ehtiyaclarına və imkanlarına əsasən, təhsil proqramının uyğunlaşdırılması və ya təhsil proqramının sadələşdirilməsi nəzərə alınmaqla təlimin məqsədini, vəzifələrini, metod və …

Read More »

Azərbaycan alimləri bina və qurğuların zəlzələyə davamlığını müzakirə ediblər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasında “Seysmoizoledici qurğusu olan bina və qurğuların zəlzələyə davamlığının tədqiqi” mövzusunda elmi seminar keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a AzMİU-dan məlumat verilib. Seminarda kafedranın əməkdaşları və dəvət edilmış mütəxəssislər iştirak ediblər. Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasının dosenti Tükəzban Həsənova geniş məruzə ilə çıxış edib. Alim çıxışında …

Read More »

Bakı Ali Neft Məktəbində Gənclər Günü qeyd olunub

Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral – Gənclər Günü qeyd edilib. Boyukmillet.com xəbər verir ki, SOCAR, Gənclər və İdman Nazirliyi və Milli Məclis rəsmilərinin, həmçinin Bakı Ali Neft Məktəbinin rəhbərliyi, professor-müəllim heyəti, kollektivi və tələbələrin iştirak etdikəri tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu …

Read More »

Bu gün görkəmli alim Lütfi Zadənin doğum günüdür

Bu gün dünya şöhrətli azərbaycanlı alim, görkəmli elm xadimi, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin doğum günüdür. Boyukmillet.com xatırladır ki, alimin anadan olmasının 102-ci ildönümüdür. Qeyd edək ki, Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 1921-ci il fevralın 4-də Bakı şəhərində anadan olub. O, 1944-cü ildə Tehran Universitetini elektrik mühəndisliyi ixtisası üzrə bitirib. 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və …

Read More »

“Naxçıvan” Universitetinə yeni rektor təyin edilib

“Naxçıvan” Muxtar Respublikada yeganə özəl universitet olan Naxçıvan Universitetinə yeni rektor təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı təsisçi müvafiq qərar imzalayıb. Qərara əsasən, bu vəzifəyə Kazımov Anar Altay oğlu təyin edilib. Əvvəllər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışmış A.Kazımov bu gün kollektivə təqdim edilib. Universitetin sabiq rektoru Nurlana Əliyeva isə prorektor vəzifəsində universitetdəki fəaliyyətini davam etdirəcək. Məlumatı universitetin …

Read More »