“Turnirdə normal şəraitin təmin edilməsinə məsul olan şəxsin bayrağı təhqir edən barbar hərəkəti iyrənclikdən başqa bir şey deyil. Azərbaycanın sülhü bərqərar etməyə çalışdığı bir vaxtda Ermənistanda müəyyən dairələr sülh üçün şans verməməkdə qərarlıdırlar”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın idman sahəsindəki qeyri-hökumət təşkilatları (QHT) Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Dövlət bayrağımızın yandırılması faktı …
Read More »AİJ İB İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı etiraz tədbiri keçirib
Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi (AİJ İB) Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı baş vermiş təxribatla bağlı etiraz tədbiri keçirib. Boyukmillet.com xəbər verir ki, açılış mərasimində Azərbaycan bayrağının yandırılması sərt şəkildə qınanılıb. AİJ İB-in sədri Azər İsmayılov bildirib ki, bu hadisə Ermənistanın belə nüfuzlu tədbirlərin təşkilinə hazır olmadığının göstəricisidir: “Bu hadisəyə görə təəssüflənirik. …
Read More »Azərbaycanın MMA döyüşçüsü zədəsini sağaldıb
“Bellator”da çıxış edən Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev zədəsini sağaldıb. Bu barədə “Report”a 34 yaşlı idmançı məlumat verib. Musayev rusiyalı Aleksandr Şabli ilə görüşdə qabırğasından xəsarət aldığını xatırladıb: “Artıq sağlamlığımı bərpa etmişəm və Bakıda məşqlərə başlamışam. Bu qarşılaşmada zədə olmasaydı, döyüş sonadək davam edəcəkdi”. O, növbəti rəqibinin hələlik bəlli olmadığını, döyüşünün iyun və ya iyulda gerçəkləşə biləcəyini söyləyib. Qeyd edək …
Read More »Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşib
Aprelin 17-dən 23-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarışın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar. Baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Abubakr Abakarov (86 kq), Osman …
Read More »İnam Kərimovun federasiya prezidenti kimi fəaliyyəti dayandırılıb
İnam Kərimovun Ali Məhkəmənin hakimi və sədri təyin olunması ilə əlaqədar olaraq Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti kimi fəaliyyəti dayandırılıb. Boyukmillet.com xəbər verir ki, qurumun Ümumi Yığıncağının növbəti Seçki Konfransında yeni prezident seçiləcək.
Read More »Rəşad Nəbiyev Goranboy və Naftalandakı cüdo bölmələrinə baxış keçirib
Goranboy Olimpiya İdman Kompleksinin nəzdində yaradılan cüdo bölməsinə və Naftalanda fəaliyyət göstərən cüdo təlim mərkəzinə Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev tərəfindən baxış keçirilib. Boyukmillet.com xəbər verir ki, Goranboydakı görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Goranboy-Naftalan seçki dairəsinin millət vəkili Anar Məmmədov da iştirak ediblər. Onlar yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, hazırda cüdo bölməsində 60, …
Read More »Azərbaycan şahmatçısı dünya yığmasına dəvət olunub
FIDE Azərbaycan millisinin üzvü, Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadəni dünya yığmasına dəvət edib. Azərbaycan Şahmat Federasiyasında verilən məlumata görə, qrossmeyster Astana şəhərində Qazaxıstan yığmasına qarşı yoldaşlıq görüşü üçün dəvət alıb. Qarşılaşma aprelin 7-dən mayın 1-dək Astanada keçiriləcək çinli Dinq Lirenlə rusiyalı Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda oyuna həsr olunacaq. Məmmədzadə ilə yanaşı dünya komandasında Hou Yufan, Nana Dzaqnidze …
Read More »Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib
Azərbaycan cüdoçusu Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib. Boyukmillet.com xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Şarofiddin Boltaboyevi (Qazaxıstan) məğlub edib. Mollayi qızıl medal uğrunda Mattias Kasse (Belçika) ilə üz-üzə gələcək. 81 kq-dakı digər cüdoçu Zelim Tçkayev 1/8 finalda Alfa Umar Caloya (Fransa) yenilib. 73 kq-da Hidayət Heydərov yarımfinalda Manuel Lombardoya (İtaliya) …
Read More »Azərbaycan idmançılarının ötən ay qazandıqları medalların sayı bəlli olub
Azərbaycan idmançılarının ötən ay beynəlxalq turnirlərdə qazandıqları medalların sayı bəlli olub. Boyukmillet.com xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov mart ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində bildirib. Nazir ay ərzində yarışlarda 70-dək medalın əldə olunduğunu vurğulayıb: “Yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, idman gimnastikası, akrobatika gimnastikası, güllə atıcılığı, taekvondo, cüdo, paracüdo, boks, stolüstü tennis, karate, para-karate …
Read More »Azərbaycanın titullu güləşçisi: “Rusiyalı idmançıların yarışlardan kənar qalmasını istəmirəm”
“Rusiyalı idmançıların yarışlardan kənar qalmasını istəmirəm”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a müsahibəsində Azərbaycanın sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev deyib. 32 yaşlı idmançı Rusiya idmançılarının güləşdə ən yaxşılardan hesab olunduğunu bildirib: “Sözsüz ki, onların olmaması bizə böyük üstünlük verir. Rusiya güləşçiləri hər zaman gözəl nəticələr əldə ediblər”. Titullu pəhləvanın sözlərinə görə, idmanı siyasətə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
