Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan yığmasının futbolçuları ilə görüşüb. Milli assosiasiyadan “Report”a verilən məlumata görə, qurumun vitse-prezidenti Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və baş katib Sərxan Hacıyevin iştirak etdiyi görüşdə AFFA prezidenti millinin oyunçularını Novruz bayramı münasibətilə təbrik edib, 2024-cü ildə Almaniyada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələ …
Read More »Xərçəng xəstəliyinə qalib gələn futbolçu 531 gündən sonra oyuna çıxıb
Xərçəng xəstəliyinə qalib gələn İngiltərənin “Bornmut” klubunun futbolçusu Devid Bruks 531 gündən sonra ilk dəfə oyuna çıxıb. Boyukmillet.com xəbər verir ki, bu, Premyer Liqanın XXVIII turunun “Aston Villa” ilə matçına təsadüf edib. 26 yaşlı uelsli yarımmüdafiəçi komandasının 0:3 hesabı ilə məğlub olduğu səfər qarşılaşmasının 79-cu dəqiqəsində əvəzetmədən oyuna qoşulub. Qeyd edək ki, 2021-ci ilin oktyabrında Devid Bruksa xərçəng xəstəliyi diaqnozu …
Read More »Şahin Diniyev: “Bir xal bizim üçün qızıla bərabərdir”
“Qələbə bizim üçün çox vacib idi. Amma 1 xal qızıla bərabərdir. Ümid edirəm ki, bu xal may ayında bizə çox lazım olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev evdə “Turan Tovuz”la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur oyunundan sonra mətbuat konfransında deyib. 57 yaşlı mütəxəssis hər iki komandanın meydana qələbə qazanmaq üçün çıxdığını …
Read More »Rusiya klubuna məxsus stadionun yaxınlığında qumbara tapılıb
Rusiyanın “Saturn” klubuna məxsus stadionun yaxınlığında qumbara tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb. Ərazi mühasirəyə alınıb, 12 nəfər, o cümlədən stadionun üç əməkdaşı oradan təxliyə edilib. İstehkamçılar hələlik qumbaranın aşkarlandığı yerə gəlib çatmayıblar. Qeyd edək ki, “Saturn” hazırda II Liqada çıxış edir.
Read More »“Qarabağ” “Qalatasaray”la matça başqa klublardan futbolçu cəlb edə bilər
“Qarabağ” “Qalatasaray”la keçiriləcək yoldaşlıq matçı üçün Premyer Liqamızda çıxış edən digər klublardan oyunçular dəvət edə bilər. Boyukmillet.com xəbər verir ki, bunu “ARB 24”ə açıqlamasında komandanın baş məşqçisi Qurban Qurbanov deyib. O, qeyd edib ki, xeyli futbolçusu milli komandaların düşərgəsində olacağından bu addımı ata bilərlər: “Oyunçu baxımından bir az ehtiyatlanmaq istəyirəm. Çünki oyunçularımızın sayı yetəri qədər deyil. Cəmi 11-12 futbolçumuz qalacaq. …
Read More »Çempionlar Liqası: Daha iki komanda 1/4 finala yüksəlib
UEFA Çempionlar Liqasında (ÇL) 1/8 finalın daha iki cavab oyunu keçirilib. Boyukmillet.com xəbər verir ki, “Mançester Siti” İngiltərədə Almaniya “Leyptsiq”ini qəbul edib. İlk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşan “şəhərlilər” evdə rəqibinə 7 cavabsız qolla qalib gələrək 1/4 finala yüksəlib. Digər matçda isə İtaliya “İnter”i Portuqaliyada “Portu” ilə qolsuz heç-heçə etməklə adını növbəti mərhələyə yazdırıb. Milan təmsilçisi evdəki ilk qarşılaşmada 1:0 …
Read More »Türkiyədə daha bir klub prezidenti istefa verib
Türkiyədə daha bir klub prezidenti istefa verib. Boyukmillet.com xəbər verir ki, “Antalyaspor”un rəhbəri Aziz Çetin vəzifəsindən ayrılmaq qərarına gəlib. Super Liqa təmsilçisində boş qalan postu prezidentin müşaviri Sabri Gülel tutub. “Antalyaspor” hazırda 28 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşır. Qeyd edək ki, bir neçə gün əvvəl “Trabzonspor”un prezidenti Ahmet Ağaoğlu istefa verib.
Read More »“Qarabağ” və “Qalatasaray” yoldaşlıq görüşü ilə bağlı paylaşım ediblər
“Qarabağ” və “Qalatasaray” klubları martın 26-da keçiriləcək yoldaşlıq oyunu ilə bağlı paylaşım ediblər. Boyukmillet.com xəbər verir ki, “köhlən atlar” rəsmi feysbuk hesabında “Yoldaşlıq deyil, Qardaşlıq oyunu” yazıb. Azərbaycan çempionu qarşılaşmadan əldə olunacaq bütün gəlirlərin Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcəyini vurğulayıb. Türkiyə təmsilçisi də tviter hesabında görüşün tarixi ilə bağlı paylaşım edib. “Sarı-qırmızılar” da hazırlıq matçındakı gəlirlərin …
Read More »“Qalatasaray” “Qarabağ”ın rekordunu qırıb
Türkiyənin “Qalatasaray” klubu “Qarabağ”ın 2022/2023 mövsümündə qazandığı ardıcıl 13 oyunluq qələbə rekordunu qırıb. Boyukmillet.com xəbər verir ki, İstanbul təmsilçisi Super Liqanın XXV turunda “Kasımpaşa”nı 1:0 hesabı ilə məğlub edərək, yeni rekordun müəllifi olub. “Cim-bom” ötən ilin oktyabrından bəri ölkə çempionatında keçirdiyi 14 qarşılaşmada rəqiblərinə heç bir şans verməyib. Qeyd edək ki, “Qarabağ” mövsümün startında Azərbaycan Premyer Liqasının ardıcıl 13 oyununda …
Read More »Premyer Liqa: “Turan Tovuz” və “Qəbələ” start heyətini açıqlayıblar
Azərbaycan Premyer Liqasının XXVI turunda günün ilk oyunu “Turan Tovuz”la “Qəbələ” arasında keçiriləcək. Boyukmillet.com xəbər verir ki, komandalar start “11-lik”lərini açıqlayıblar. “Turan Tovuz”: 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 8. Şakir Seyidov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar