Gənclərdən ibarət Azərbaycan millisinin futbolçusu Abdulla Rzayev Avropa klublarının maraq dairəsindədir. Boyukmillet.com xəbər verir ki, qış fasiləsində “Sabah”dan “Kəpəz”ə icarəyə verilən 21 yaşlı müdafiəçi Türkiyədəki təlim-məşq toplanışı zamanı bir neçə komandanın diqqətini çəkib: “Antalyada olanda bir neçə xarici menecer onunla maraqlandı. Türkiyə, Slovakiya və Macarıstan klubları Abdulla barədə məndən məlumat istədilər. “Kəpəz”in çempionatda dünən “Qəbələ” ilə keçirdiyi matçda da 90 …
Read More »“Neftçi” qanalı hücumçunun göndərilməsinə münasibət bildirib
“Neftçi” futbolçusu Qodsvey Donyonun Kiprin “Apollon” (Limassol) klubuna keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Paytaxt təmsilçisinin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev “Report”a açıqlamasında belə məsələnin gündəmdə olduğunu, lakin prosesin tam yekunlaşmadığını deyib. Klub rəsmisi Yaponiyanın “Cef Yunayted İtixara Tiba” klubunun braziliyalı hücumçusu Matheus Saldanyanın transferi üçün isə danışıqların davam etdiyini söyləyib. Qeyd edək ki, Qodsvey Donyo …
Read More »Azərbaycan Premyer Liqası Avropa reytinqində 14 pillə irəliləyib
Futbol üzrə Azərbaycan Premyer Liqası Avropanın illik reytinqində 14 pillə irəliləyib. Boyukmillet.com xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) araşdırmasına görə, Azərbaycan liqası 349,25 xalla qitənin 2022-ci il üçün reytinq cədvəlində 21-ci yerdə qərarlaşıb. 45 çempionatın yer aldığı siyahıya İngiltərə Premyer Liqası başçılıq edir. “Böyük beşlik” ölkələrinin digər təmsilçiləri İspaniya, Almaniya, İtaliya və Fransa ardıcıllığı ilə sıralanıblar. Türkiyə …
Read More »PSJ Messinin DÇ-2022-dəki qələbəni ev oyununda qeyd etməsinə icazə verməyib
Fransanın PSJ klubu futbolçusu Lionel Messiyə qadağa qoyub. Boyukmillet.com xəbər verir ki, Paris təmsilçisi evdə “Anje”yə qarşı keçirəcəkləri Liqa 1-in XVIII tur oyunundan öncə argentinalı hücumçunun dünya kuboku ilə stadion turu təşkil etməsinə icazə verməyib. Cənubi Amerika təmsilçisi DÇ-2022-nin finalında məhz Fransanı məğlub edərək titula sahib çıxıb. Yerli azarkeşlərin mənfi reaksiyasından ehtiyatlanan PSJ rəhbərliyi 36 yaşlı forvardın mundialdakı qələbəni “Park …
Read More »“Neftçi”yə qol vuran futbolçu: “Bakılılar çox yaxşı güc nümayiş etdirdilər”
“Neftçi” ilə oyunda bakılıların çox yaxşı güc nümayiş etdirdiklərini hiss etdik”. Boyukmillet.com xəbər verir ki, bunu Macarıstanın “Vaşaş” klubunun futbolçusu David Zimonyi Türkiyədəki təlim-məşq toplanışında “Neftçi” ilə keçirdikləri yoxlama görüşü ilə bağlı danışarkən deyib. Heç-heçə (1:1) nəticələnən görüşdə komandasının yeganə qolunun müəllifi olan 26 yaşlı macarıstanlı hücumçu qələbəyə layiq çıxış etdiklərini düşünür: “Bu bizim ilk sınaq matçımız idi. Məncə, birinci …
Read More »“Neftçi”nin sabiq baş məşqçisi yenidən “Şerif”in sükanı arxasına keçib
Moldova “Şerif”inin yeni baş məşqçisi bəlli olub. Boyukmillet.com xəbər verir ki, bu vəzifəyə Roberto Bordin təyin edilib. İtaliyalı mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb. 58 yaşlı baş məşqçi Tiraspol təmsilçisinin sükanı arxasında Stepan Toması əvəzləyib. Qeyd edək ki, Roberto Bordin 2017-2018-ci illərdə də “Şerif”ə rəhbərlik edib. O, 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək “Neftçi”nin baş məşqçisi olub.
Read More »Yubiley oyununda futbolçular arasında kütləvi dava olub
Kosta-Rika komandaları “Quanakasteka” ilə “Liberiya” arasında keçirilən yubiley oyununda futbolçular arasında kütləvi dava düşüb. Boyukmillet.com xəbər verir ki, birincilərin 50 illiyinə həsr olunan qarşılaşmanın birinci hissəsində oyunçular əlbəyaxa olublar. Hadisə “Liberiya” 2:1 hesabı ilə öndə olarkən 26-cı dəqiqədə baş verib. Kiçik mübahisə tezliklə dava-dalaşla əvəzlənib və hər iki komandanın oyunçuları futbol deyil, boks və karate hərəkətlərindən istifadə edərək, bir-birlərini vurublar. Sonda …
Read More »“Traktor” əzəli rəqibinə qalib gəlib
“Traktor” futbol klubu əzəli rəqibi “İstiqlal”a qalib gəlib. Boyukmillet.com xəbər verir ki, Təbriz təmsilçisi İran çempionatının XV turunda qəbul etdiyi “İstiqlal”ı 2:0 hesablı məğlubiyyətə uğradıb. Hər iki qola 25 yaşlı yarımmüdafiəçi Məhəmməd Qənbəri imza atıb. Bu qələbə sayəsində xallarının sayını 22-yə çatdıran “Traktor” turnir cədvəlində 6-cı pilləyə yüksəlib.
Read More »Azərbaycan yığmasına 18 oyunçu çağırılıb
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışına 18 oyunçu çağırılıb. Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, komanda Bakıda hazırlığa başlayıb. Yanvarın 15-dək davam edəcək toplanışda bu futzalçılar iştirak edəcəklər: Rəvan Hüseynov, Sunay Həsənov, Fərid Abbasov, Kənan Rovşani, Rüfət Məmmədli, Kərim Babayev, Qudrət Qasımzadə, Şahbaz Həndəmli, Əhməd İsmayılov, Nüsrət Fərzəli, Elşən Mahmudov, Rasim Mikayılov, Sadiq Əlizadə, Raul Məmmədov, Əli Quliyev, …
Read More »Messi millidə çıxışını davam etdirəcək
Futbol üzrə üçqat dünya çempionu Argentina yığmasının kapitanı, 35 yaşlı hücumçu Lionel Messi millidə çıxışını davam etdirəcək. Bu barədə Boyukmillet.com “TyC Sports”a istinadən xəbər verir. “Bu, sadəcə inanılmaz idi. Qələbə qazanacağımıza əmin idim. Bu, bizim üçün böyük sevincdir. Mən milli komandanı tərk etmək fikrində deyiləm. Argentina millisinin forması ilə dünya çempionu kimi oynamağa davam etmək istəyirəm”, – deyə Messi bildirib. Qeyd edək …
Read More »