Cümə axşamı , 2 May 2024

Gündəm

Bu şəxslər sizi koronavirusa yoluxdura bilər

“Test nəticəsi neqativ olan, amma ağciyərlərdə buzlu şüşə effekti yaranan şəxslərin yoluxdurma ehtimalı var.” Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Real İntervyu”nun qonağı olarkən deyib. “Bu şəxslər də Covid-19 xəstələri kimi ətrafdakılar üçün təhlükəli hesab olunur. Bu şəxslər ev şəraitində izolyasiya oluna bilməz. Buzlu şüşə sindromu varsa, onlar mütləq xəstəxana şəraitində müşahidə altında olmalıdırlar. Ev şəraitində …

Read More »

Azərbaycanlı şair koronavirusdan sağaldı

Şair, tərcüməçi Səlim Babullaoğlu koronavirusdan sağalıb.  Boyukmillet.com xəbər verir ki, şair özü bununla bağlı məlumat verib. O son testlərinin nəticəsi neqativ çıxdığını bildirib. “Artıq evdəyəm. Səhhətim normaldır. Bərpa prosesi keçməliyəm. Bütün dostlara, həkimlərə təşəkkür edirəm”. Qeyd edək ki, koronavirusa yoluxan S.Babullaoğlu iyunun 18-də xəstəxanaya yerləşdirilmişdi.

Read More »

Vilayət Eyvazovdan yeni təyinat

Daxili İşlər orqanında yeni təyinat olub. Boyukmillet.com xəbər verir ki, polis polkovniki Vüqar Axundov Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis şöbəsinin rəis müavini təyin olunub. Bununla bağlı Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Read More »

Azərbaycanda 5G texnologiyası tətbiq olunur? – Nazirlik açıqladı

“Covid-19” pandemiyası dövründə dünyada, o cümlədən Azərbaycanda 5G texnologiyasının bu xəstəliyin daha çox yayılmasına səbəb olduğu barədə fikirlər səsləndirilir. Boyukmillet.comxəbər verir ki, 5G yeni 5-ci nəsil internet texnologiyasıdır. Bu texnologiya bizi super sürətli və kəsintisiz internetlə təmin edir. Belə ki, 5G texnologiyasında tətbiq edilən radiotezliklər ionlaşdırmayan radiospektr diapazonunda yerləşir. İonlaşdırmayan radiotezliklərinin insan sağlamlığına təsirləri mütəmadi olaraq beynəlxalq institutlar tərəfindən tədqiq …

Read More »

Gənc müğənnilərlə bağlı sosial şəbəkələrdə təhqir yazanlar saxlanıldı

Polisləri təbrik etmək məqsədilə videoçarx hazırlayan bir qrup gənc müğənni barədə sosial şəbəkələrdə özlərinin və ailə üzvlərinin ünvanına təhqiramiz şərhlər yazılanlar saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib. O qeyd edib ki, əsassız olaraq təhqirə məruz qalan şəxslərin müraciətləri əsasında sosial şəbəkələrdə onları aşağılayan, şərəf və ləyaqətlərini təhqir edənlər müəyyən …

Read More »

Maska taxmamağa görə cərimələr iki dəfə artırılır

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Boyukmillet.com xəbər verir ki, dəyişikliklə Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr artırılır. Belə ki, dəyişikliklə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin …

Read More »

Nazirlər Kabinetində koronavirusla mübarizənin vəziyyəti müzakirə olunub

Boyukmilet.com xəbər verir ki, bu gün Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş videomüşavirədə ölkəmizdə pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub. Müzakirədə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Birinci vitse-prezidentin köməkçisi Andrey Sipilin, Səhiyyə naziri Oqtay Şirəliyev, Səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi sığorta Agentliyinin sədri Zaur Əliyev, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir …

Read More »

Azərbaycanda koronavirusla bağlı testlərin sayı məlum olub

Azərbaycanda indiyə qədər koronavirusa görə aparılan testlərin sayı məlum olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bu gün 5 646 koronavirus testi aparılıb. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 461 min 861 test aparılıb.

Read More »

Baş Nazir xəstəxanalarda çarpayıların sayının artırılması üçün tapşırıq verdi

İyunun ortalarından başlayaraq ölkəmizdə COVID-19-a yoluxma halları çoxalıb və bu hökuməti ciddi narahat edir. Open.az xəbər verir ki, bu barədə bu gün ölkəmizdə pandemiya ilə mübarizəyə dair son vəziyyətin müzakirəsi ilə əlaqədar Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş videomüşavirədə bildirilib. Baş Nazir Əli Əsədov qeyd edib ki, Prezident İlham Əliyev Gəncə şəhərindəki çıxışı zamanı ölkəmizdə Pandemiya ilə mübarizənin milli …

Read More »

“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq” – Baş infeksionist

Avropa ölkələrində yoluxmalar artsa da, karantin sərtləşdirilmir. Azərbaycan isə geriyə doğru irəliləyir. Ölkədə avqustun 1-dək xüsusi karantin rejimidir, iyulun 5-dək isə SMS-lə küçəyə çıxmağa icazə verilir. Ancaq məsələ burasındadır ki, əksəriyyət sərt karantin rejiminin tələblərinə əməl etmir. İnsanlar küçələrdə, yollarda, parklarda, marketlərdədir. Bir çox vətəndaş gündə iki SMS yazaraq hərəkət sərbəstliyi icazəsini alır. Bu halda iki həftəlik karantinin rejiminin bir …

Read More »