Çərşənbə , 15 May 2024

Gündəm

“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq” – Baş infeksionist

Avropa ölkələrində yoluxmalar artsa da, karantin sərtləşdirilmir. Azərbaycan isə geriyə doğru irəliləyir. Ölkədə avqustun 1-dək xüsusi karantin rejimidir, iyulun 5-dək isə SMS-lə küçəyə çıxmağa icazə verilir. Ancaq məsələ burasındadır ki, əksəriyyət sərt karantin rejiminin tələblərinə əməl etmir. İnsanlar küçələrdə, yollarda, parklarda, marketlərdədir. Bir çox vətəndaş gündə iki SMS yazaraq hərəkət sərbəstliyi icazəsini alır. Bu halda iki həftəlik karantinin rejiminin bir …

Read More »

ÜST 11 ölkəni risk qrupuna aid etdi – Siyahıda Azərbaycan da var

Avropada karantin rejimini yumşaldan 30 ölkədə koronavirusun sürətlə yayılması halı müşahidə olunur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klüge açıqlama verib. O, Avropada gündəlik 20 min yoluxma və 700 ölüm faktının olduğunu deyib. “Son 2 həftədə 30 ölkədə yoluxma hallarının sürətlə artması müşahidə olunur. 11 ölkədə sürətli yoluxma çox ciddi problemlərə yol açıb və ciddi tədbilər …

Read More »

Koronavirusun təsvirinə yeni simptomlar əlavə edilib

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi yeni növ koronavirusun təsviri üçün simptomların siyahısını genişləndirib. Boyukmillet.com xəbər verir ki, koronavirus infeksiyası simptomlarının yenilənmiş siyahısına burun tıxanması, burun axması, ürək bulanması və ishal da daxil edilib. Xatırladaq ki, daha əvvəl sanitar tənzimləyici koronavirusun yalnız üç ümumi simptomunu – yüksək hərarət, öskürək və nəfəs darlığını göstərib. Ardından boğaz ağrısı, titrəmə, əzələ ağrısı, dad …

Read More »

Ramiz Mehdiyev bu şəxslərə qadağa qoydu – Əmr

AMEA prezidenti, akademik Ramiz Mehdiyev “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının iş rejimində məhdudiyyətlərin tətbiq edilməsi haqqında” Sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, AMEA-nın elmi müəssisə, təşkilat və xidmətlərində karantin rejimi müddətində işçilərin onların ümumi sayının 20 faizindən çox olmamaq şərti ilə həftələr üzrə qrafik müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməsinə icazə verilir. …

Read More »

Azərbaycan Ordusu 102 yaşında

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.Boyukmillet.com xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü …

Read More »

Azərbaycanda koronavirusla bağlı ümumi test sayı açıqlandı

Bu gün Azərbaycanda koronavirusla bağlı 7 274 test aparılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Bununla da koronavirusla bağlı aparılan testlərin ümumi sayı 449 235-ə çatıb.  Qeyd edilir ki, Azərbaycanda 547 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Read More »

SON DƏQİQƏ: NK bu sahələrdə “iş icazələri”ni 50 faiz azaltdı – SİYAHI

Nazirlər Kabinetinin 25 iyun tarixli 220 nömrəli Qərarına əsasın 19 iyun tarixli 208 – saylı Qərara dəyişikliklər edilib. Nazirlər Kabinetindən Turkustan.info-ya verilən məlumata görə, dəyişikliklər 3 hissədən ibarətdir. Birinci dəyişiklik ondan ibarətdir ki, vətəndaşlar evdən çıxmaq üçün təkcə SMS vasitəsi ilə deyil, həm də E-TƏBİB mobil tətbiqindən istifadə edərək icazə ala biləcəklər. İkinci dəyişiklik ondan ibarətdir ki, Nazirlər Kabinetinin 208 nömrəli …

Read More »

Azərbaycanda daha 547 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü – RƏSMİ

Azərbaycan Respublikasında 547 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 291 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Boyukmillet.com xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Read More »

“Cərimələrin tətbiqinin kifayət qədər müsbət nəticəsi olacaq, lakin..”

Əlisahib Hüseynov: “Cərimələrlə bərabər, maarifləndirmə işlərinin aparılması da ümumi işin xeyrinə olar” “Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə cərimələrin Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunda öz əksini tapmasını müsbət addım kimi dəyərləndirirəm. Bu qərar xüsusən də televiziyalarda dil normalarının pozulması hallarına diqqətin artmasına gətirib çıxaracaq”. Boyukmillet.com xəbər …

Read More »

Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin icrası ilə bağlı onlayn konfrans keçiriləcək

“Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçiriləcək Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 27 iyun 2020-ci il, saat 12:00-da “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirəcək. Şura sədri, Milli Məclisin deputatı Azay Quliyevin sədrliyi ilə keçiriləcək konfransda Şura üzvləri, tərəfdaş …

Read More »