Çərşənbə , 15 May 2024

Gündəm

Azərbaycanda 10 yeni koronavirusa yoluxma faktı qeydə alındı

Azərbaycan Respublikasında 10 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir. İnfeksiyaya yoluxmuş həmin şəxslər müxtəlif vaxtlarda Almaniya, Fransa, Türkiyə və İrandan Azərbaycana qayıdıblar. Hazırda Azərbaycanda 33 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında …

Read More »

Koronavirusun yeni simptomları üzə çıxdı

Koronavirus epidemiyasının bilinən simptomlarından başqa yeni simptomları ortaya çıxıb. Almaniya alimləri COVID 19-a yoluxan insanların üçdə-ikisində bir müddət sonra qoxu və dad hisslərinin baş qaldırdığını açıqlayıb. “Frankfurter Allgemeine Zeitung”a açıqlama verən Bonn Universiteti Xəstəxanası Virologiya İnstitutunun rektoru Hendrik Strik bildirib ki, koronavirus xəstələrinin 30%-də ishal müşahidə edilir. Lakin bununla belə, xəstələrin əksər hissəsi yüngül simptomlar keçirir. SARS-dan daha az təhlükəli …

Read More »

Korona Avropanı parçalayır: AB dağılacaq?

Bu gün İtaliya koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkələr sırasındadır. Rəsmi Roma Avropa Birliyindən yardım tələb etsə də, müsbət cavab gəlməyib. Bu, bir daha onu göstərir ki, Avropa Birliyi düşünüldüyü kimi ideal bir təşkilat deyil. Boyukmillet.com bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov koronavirus pandemiyası səbəbilə İtaliyanın Avropa Birliyindən yardım istəməsinə müsbət cavab verilməməsini şərh edərkən deyib. O …

Read More »

Fuad Muradovun Ukrayna layihəsi iflasa uğradı- zorla birləşdirmə çat verdi…

Fuad Muradov Diasporla İş Üzrə Dövlət Komitəsinə sədr təyin olunan kimi ilk gördüyü və böyük uğur kimi piar olunan işlərindən biri Ukraynadakı diaspor təşkilatlarını Ukrayna Azərbaycanlıları Radası ətrafında birləşdirmək oldu. Artıq qurumun parçalandığını və əvvəlki ziddiyyətlərin davam etməsini təsdiq edən bəyanat yayılıb. Ukraynadan Azinforum.az-a göndərilən həmin bəyanatı təqdim edirik: “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Bəyanatı ! Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti …

Read More »

Mübariz Mənsimova daha bir zərbə – Sabiq futbolçusu onu məhkəməyə verir

“Mübariz Mənsimovun həbs olunması xəbərini mətbuatdan oxudum. Açığı, çox məyus oldum. Çünki eyni hal həm də mənim başıma gəlmiş oldu. Başda Mübariz Mənsimov olmaqla, qardaşı Mais Mənsimov və Tuyğun Nadirov məni illərdir aldadırlar”. Boyukmillet.com xəbər verir ki, bu sözləri “Futbol+” qəzetinə açıqlamasında “Zirə”nin üzvü Adrian Skarlatake deyib.Rumıniyalı futbolçu tanınmış iş adamının yaxın adamlarının onun pulunu verməmək üçün hər cür yola əl …

Read More »

Nərmini qətlə yetirməkdə təqsirləndirilən şəxsdən YENİ XƏBƏR

Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirin müddəti uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Vəkil Əlibaba Rzayevin APA -ya verdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub və İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 aya qədər artırılıb. …

Read More »

AMEA koronavirus vaksininin hazırlanması qaydasını açıqladı

“İqlim və ekologiyanın sürətlə dəyişməsi, eləcə də insan-heyvan qarşılıqlı əlaqələrinin artması səbəbindən gələcəkdə yeni koronavirus infeksiyalarının yayılmasının qaçılmaz olması ehtimalı yüksəkdir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İradə Hüseynova bildirib. O, buna görə də koronaviruslara qarşı effektiv müalicə üsullarının hazırlanmasına zəruri ehtiyac olduğunu vurğulayıb: “Hazırda dünyada müxtəlif bakteriya və virus xəstəliklərindən qorunmaq üçün vaksinlərdən …

Read More »

Azərbaycan 123 vətəndaşını Macarıstandan gətirdi

Bu gecə “Azərbaycan Hava Yolları” QSC (AZAL) Macarıstanın paytaxtı Budapeştdən Bakıya çarter reysi həyata keçirib.  Boyukmillet.com AZAL-a istinadən xəbər verir ki, aviareyslə 123 nəfər Azərbaycan vətəndaşı vətənə qayıdıb. Bu, Azərbaycanın Milli aviadaşıyıcısının son günlər Avropadan yerinə yetirdiyi 2-ci çarter reysidir. Bundan əvvəl İtaliyanın paytaxtı Romadan Bakıya 161 nəfər gətirilmişdi.  Bundan başqa, AZAL ötən gün İstanbul-Bakı istiqaməti üzrə 237 nəfər Azərbaycan vətəndaşının olduğu çarter reysi həyata keçirib.  AZAL həmçinin Rusiyanın “Aeroflot” şirkəti əldə …

Read More »

Prezidentdən koronavirusla bağlı təcili qərar – Bir gecədə ölkəyə gətirildi

Koronovirusun yayıldığı ilk vaxtlardan Azərbaycan höküməti qabaqlayıcı tədbirlərə start verdi. Boyukmillet.com ATV-yə istinadla xəbər verir ki, ilk olaraq sərhəd keçid məntəqələrində və aeroportlardan ölkəyə daxil olan hər bir vətəndaş yoxlanıldı. Virusun geniş yayıldığı zamanlarda isə sərhədlər bağlandı. Gediş-gəlişə qadağa qoyuldu. Millət vəkili Qənirə Paşayeva bildirir ki, infeksiyanın yayılmasının qarşısını almaq üçün dövlət mühüm addımlar atır, hətta bu baxımdan bir sıra ölkələri …

Read More »

ÜST rəhbəri: “Koronavirusa qarşı peyvəndin ilk sınaqları başlayıb”

“Koronavirusa qarşı peyvəndin ilk sınaqlarına başlanılıb”. Boyukmillet.com-un məlumatına görə, bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus COVID19 ilə bağlı keçirdiyi brifinqdə bildirib. “Bu inanılmaz bir müvəffəqiyyətdir. Koronavirusla mübarizə çərçivəsində bir araya gələn tədqiqatçıları alqışlayırıq”, – deyə ÜST rəhbəri vurğulayıb. O, koronavirusun qarşısının alınmasına kömək edəcək peyvəndin ilk sınağına sözügedən virusun meydana gəlməsindən təxminən iki ay sonra …

Read More »