Cümə , 9 May 2025

Gündəm

Mübariz Mənsimova daha bir zərbə – Sabiq futbolçusu onu məhkəməyə verir

“Mübariz Mənsimovun həbs olunması xəbərini mətbuatdan oxudum. Açığı, çox məyus oldum. Çünki eyni hal həm də mənim başıma gəlmiş oldu. Başda Mübariz Mənsimov olmaqla, qardaşı Mais Mənsimov və Tuyğun Nadirov məni illərdir aldadırlar”. Boyukmillet.com xəbər verir ki, bu sözləri “Futbol+” qəzetinə açıqlamasında “Zirə”nin üzvü Adrian Skarlatake deyib.Rumıniyalı futbolçu tanınmış iş adamının yaxın adamlarının onun pulunu verməmək üçün hər cür yola əl …

Read More »

Nərmini qətlə yetirməkdə təqsirləndirilən şəxsdən YENİ XƏBƏR

Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirin müddəti uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Vəkil Əlibaba Rzayevin APA -ya verdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub və İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 aya qədər artırılıb. …

Read More »

AMEA koronavirus vaksininin hazırlanması qaydasını açıqladı

“İqlim və ekologiyanın sürətlə dəyişməsi, eləcə də insan-heyvan qarşılıqlı əlaqələrinin artması səbəbindən gələcəkdə yeni koronavirus infeksiyalarının yayılmasının qaçılmaz olması ehtimalı yüksəkdir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İradə Hüseynova bildirib. O, buna görə də koronaviruslara qarşı effektiv müalicə üsullarının hazırlanmasına zəruri ehtiyac olduğunu vurğulayıb: “Hazırda dünyada müxtəlif bakteriya və virus xəstəliklərindən qorunmaq üçün vaksinlərdən …

Read More »

Azərbaycan 123 vətəndaşını Macarıstandan gətirdi

Bu gecə “Azərbaycan Hava Yolları” QSC (AZAL) Macarıstanın paytaxtı Budapeştdən Bakıya çarter reysi həyata keçirib.  Boyukmillet.com AZAL-a istinadən xəbər verir ki, aviareyslə 123 nəfər Azərbaycan vətəndaşı vətənə qayıdıb. Bu, Azərbaycanın Milli aviadaşıyıcısının son günlər Avropadan yerinə yetirdiyi 2-ci çarter reysidir. Bundan əvvəl İtaliyanın paytaxtı Romadan Bakıya 161 nəfər gətirilmişdi.  Bundan başqa, AZAL ötən gün İstanbul-Bakı istiqaməti üzrə 237 nəfər Azərbaycan vətəndaşının olduğu çarter reysi həyata keçirib.  AZAL həmçinin Rusiyanın “Aeroflot” şirkəti əldə …

Read More »

Prezidentdən koronavirusla bağlı təcili qərar – Bir gecədə ölkəyə gətirildi

Koronovirusun yayıldığı ilk vaxtlardan Azərbaycan höküməti qabaqlayıcı tədbirlərə start verdi. Boyukmillet.com ATV-yə istinadla xəbər verir ki, ilk olaraq sərhəd keçid məntəqələrində və aeroportlardan ölkəyə daxil olan hər bir vətəndaş yoxlanıldı. Virusun geniş yayıldığı zamanlarda isə sərhədlər bağlandı. Gediş-gəlişə qadağa qoyuldu. Millət vəkili Qənirə Paşayeva bildirir ki, infeksiyanın yayılmasının qarşısını almaq üçün dövlət mühüm addımlar atır, hətta bu baxımdan bir sıra ölkələri …

Read More »

ÜST rəhbəri: “Koronavirusa qarşı peyvəndin ilk sınaqları başlayıb”

“Koronavirusa qarşı peyvəndin ilk sınaqlarına başlanılıb”. Boyukmillet.com-un məlumatına görə, bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus COVID19 ilə bağlı keçirdiyi brifinqdə bildirib. “Bu inanılmaz bir müvəffəqiyyətdir. Koronavirusla mübarizə çərçivəsində bir araya gələn tədqiqatçıları alqışlayırıq”, – deyə ÜST rəhbəri vurğulayıb. O, koronavirusun qarşısının alınmasına kömək edəcək peyvəndin ilk sınağına sözügedən virusun meydana gəlməsindən təxminən iki ay sonra …

Read More »

İlham Əliyevdən xalqa koronavirusla bağlı ÇAĞIRIŞ

“İndiki şəraitdə əsas vəzifə vaqonların dezinfeksiyasıdır. Bu sahəyə çox böyük diqqət göstərilməlidir. Çünki bütün dünya indi koronavirusdan əziyyət çəkir”. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışında deyib. Ölkə başçısı söyləyib ki, Azərbaycan bu istiqamətdə (koronavirusa qarşı mübarizə sahəsində) önləyici tədbirlər görüb. “Məhz ona görə hazırda ölkəmizdə koronavirusun yayılması o qədər …

Read More »

SOCAR Mübariz Mənsimovun həbsi ilə bağlı açıqlama yaydı: “Bu, bizim “Palmali”yə qarşı qaldırdığımız…”

Son günlərdə Türkiyədə “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan müxtəlif fərziyyələrdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) adı hallandırılıb. Boyukmillet.com xəbər verir ki, iddialarla bağlı  SOCAR açıqlama yayıb. Bildirilib ki, Mübariz Mənsimovun Türkiyə Cümhuriyyətində hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının SOCAR qrupuna qarşı London və Dubayda keçiriləcək arbitraj prosesləri ilə heç bir əlaqəsi yoxdur: “Mübariz Mənsimovun Türkiyədə saxlanılması, …

Read More »

DOLLAR BAHALAŞIR: Səbəblər və doğuracağı nəticələr

ABŞ dolları sürətlə bahalaşmaqda davam edir. Hazırda dünyanda dolların məzənnəsi son 3 ilin ən yüksək səviyyəsinə çatıb. Boyukmillet.com Sfera.az-a istinadən xatırladır ki, dolların ortaq dəyərini dollar indeksi müəyyənləşdirir. Dollar indeksi ABŞ dollarının dünyanın 6 əsas valyutasından ibarət valyuta səbətinə nisbətini göstərir. Bu valyutalar avro (səbətdə payı 57,6%), yapon yeni (13,6%), funt sterlinq (11,9%), Kanada dolları (9,1%), İsveç kronu (4,2%) və İsveçrə frankıdır …

Read More »

Azərbaycanda məscidlərə giriş qadağan olundu

Azərbaycanda koronavirus infeksiyasının törədə biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məscid və ziyarətgahlara giriş-çıxışa məhdudiyyətlər tətbiq edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələrlə birlikdə bu gün keçirilən iclasında qərar qəbul edilib. Qeyd olunub ki, hazırda bütün dünyada sürətlə yayılmaqda olan koronavirusun bilavasitə təmaslar vasitəsilə yoluxaraq insan həyatına ciddi təhlükə yaratmasını, Azərbaycan ərazisində bütün kütləvi …

Read More »