Çərşənbə , 8 May 2024

Gündəm

General Hüseyn Əştəri İranın Azərbaycan sərhədlərinin yaxınlığına yeni qoşun göndərdiyini açıqladı

İran polisinin komandiri, briqada generalı Hüseyin Əştəri bildirib ki, İranın şimal-qərb sərhədlərinə yeni qüvvə və texnika göndərilib. Azadlıq Radiosunun İran xidməti (Radio Fərda) tərəfindən yayılan məlumata görə, bu gün səhər Hüseyn Əştəri jurnalistlərə deyib ki, “bütün maneələr aradan qaldırılıb və təhlükəsizlik problemi yoxdur”. Radio Fərda bu xəbərə şərh edərək yazır ki, İranın şimal-qərb sərhədindəki vəziyyətin gərginləşməsi, İranın Azərbaycanın azad etdiyi …

Read More »

SON DƏQİQƏ! Ocaq Necatın Hüseyiniyyə məscidindəki əşyaları yığışdırılır

Ölkəmizi tərk edən İranın ali dini rəhbəri Seyid Əli Xameneyinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaq Necatın əşyaları toplanır. Boyukmillet.com xəbər verir ki, Ocaq Necatın Huseyiniyyə məscidindəki əşyaları yük maşınlarına yüklənərək ölkədən aparılır. Məlumata görə, Hüseyniyyə məscidi artıq fəaliyyət göstərməyəcək.

Read More »

Bakı İranın krim-tranzitini məhv etdi – Perenciyev

İranın xarici işlər nazirinin Moskvaya səfəri çoxşaxəli idi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran-Azərbaycan münasibətlərinin pisləşməsindən narahatlığını ifadə etsə də, əsas müzakirə rəsmi Moskva ilə Tehran arasında iqtisadi əməkdaşlıq oldu. Azərbaycana aid mövzu isə 2016-cı ilin avqustunda Bakıda Azərbaycan, Rusiya və İran liderlərinin görüşü zamanı start verilən “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması çərçivəsində nəzərdən keçirildi. Bu sözləri Axar.az-a Plexanov adına …

Read More »

“Əgər İran Azərbaycanla sərhəddə bir fişəng belə partlatsaydı…” – ŞƏRH

Bu fikirləri İranın son həftələrdə Azərbaycana qarşı aqressiv davranışlarının artmasına münasibət bildirən Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin üzvü, Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı Yenicag.az-a açıqlamasında deyib. DAK nümayəndəsinin sözlərinə görə, İran Azərbaycanla sərhədə qoşun yığsa da, bu cəhdlərinin boş olduğunu özü də bilir: “İranın ictimai rəyi bu ölkənin Azərbaycanla sərhədə qoşun yığmasına, Azərbaycanın qanuni haqlarını pozmağa təşəbbüs göstərməsinə çox mənfi …

Read More »

“Azərenerji” qanuni sənədləri olan eyni “obyekti” ikinci dəfə dağıtdı – Videoreportaj

“Azərenerji” ASС-nin Ziya Bünyatov prospekti 2062-ci məhəllə ünvanında yerləşən (Dərnəgül bazarı-red) və tam qanuni əsaslarla fəaliyyət göstərən ticarət obyektini yerlə-yeksan etdiyi haqda reportaj təqdim etmişdik. Həmin bazarda çalışan sahibkarlar bildirirlər ki, ticarət obyektinin qanuni fəaliyyət üçün bütün lazımi sənədləri qaydasındadır. Buna baxmayaraq, “Azərenerji” bir neçə rəhbər işçi səviyyəsində günün-günorta çağı həmin obyektə təşrif buyurub və ağır texnikaya “obyekti” dağıtmaq göstərişini …

Read More »

Məhkəmə şöbədə arvadını güllələyərək öldürən polislə bağlı qərar verib

Binəqədi Rayon Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Məmmədovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Boyukmillet.com xəbər verir ki, məhkəmə təqdimatı təmin edib. Qərara əsasən, İ.Məmmədovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, hadisə sentyabrın 30-da səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində qeydə alınıb. Belə ki, Nizami RPİ-nin Post Patrul …

Read More »

Ərdoğandan ABŞ-a xəbərdarlıq: “Ya təyyarələrimizi, ya da pullarımızı verəcəklər”

“Bizim əlimizdə çoxlu pul olsa da, onları ətrafa səpələyən ölkə deyilik”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib. Jurnalistin “Amerika ilə bağlı çox açıq bəyanatlar verdiniz. “G-20” Zirvə Toplantısında ABŞ dövlət başçısı Cozef Baydenlə görüşəcəyiniz barədə məlumatlar var. ABŞ-Rusiya tarazlığını saxlamaq üçün “G-20” Zirvəsindəki görüşdə siz harada yer …

Read More »

Hulusi Akardan Şoyquya ŞOK müraciət – “Rusiya bombaları…”

Türkiyənin müdafiə naziri Hulusi Akar, Rusiyalı həmkarı Sergey Şoyqu ilə İdlibin deeskalasiya zonasında hava zərbələrinin sayının artması mövzusunu müzakirə edəcəyini istisna etməyib. Bu barədə “Anadolu” xəbər verir. Jurnalistlərə verdiyi müsahibədə Akar vurğulayıb ki, Rusiya tərəfi hava zərbələrinin Suriyadakı “terror qrupları” na edildiyini iddia edir, lakin reallıqda, qurbanların arasında və ya bu hava hücumlarından xilas olunanların arasında bir dənə də olsun …

Read More »

Elin qızı, gəlini, şad gündə qırmızı geyinər

Anım tədbirinə qırmızı libasla gələrək gündəmə çevrilən Abşeron rayon Səhiyyə Şöbəsinin müdiri Mehriban Qaralovanın bu davranışı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Boyukmillet.com saytının redaktoru Sima Babayeva da rəsmi facebook hesabında, bu davranışa etiraz məqsədi ilə paylaşım edib. Həmin paylaşımı təqdim edirik: Elimizin adəti vardır. Elin qızı, gəlini, şad gündə qırmızı geyinər, xalqın bəd günündə isə qara (saya) geyinər. Kiminsə …

Read More »

Bakının yağış altında qalan küçələri: Problemin səbəbləri və həlli yolları

Yağış yağdığı zaman Bakının yollarında, küçə və prospektlərində, ayrı-ayrı yaşayış massivləri və məhəllələrdə acınacaqlı vəziyyət yaranır, küçələr su altında qalır, su ilə dolmuş məhəllələrdə insanların küçəyə çıxması çətinləşir, yollarda avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaranır. Yol-nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev “Report”a açıqlamasında bu problemin səbəblərindən danışıb: “Bu problem dünyanın hər yerində var. Amma bizdə problem yağış sularının dərhal küçələrdən axıb getməsini …

Read More »