Cümə axşamı , 18 Aprel 2024

Gündəm

Azərbaycan İrandan Qarabağa daşınan yüklərə görə hərəkətə keçdi

“Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb”. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Məktublarda qeyd olunmuşdur ki, bu kimi hallar Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata ziddir …

Read More »

Baş Prokurorluq: “Mahir Xəttab Ramiz Göyüşovdan pul alarkən yaxalanıb”

Baş Prokurorluq sayt rəhbərinin həbsi ilə bağlı daha bir məlumat yayıb. Qurumun Mətbuat xidmətindən  daxil olan məlumatda deyilir: “Vəzifəli şəxsdən pul alan xəbər portalının rəhbəri cinayət başında yaxalanıb. Müxtəlif qanunsuz üsullarla, o cümlədən sosial şəbəkə və informasiya resurslarından öz maraqları naminə istifadə etməklə vətəndaşların şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verməklə qanunsuz gəlir əldə edən şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb …

Read More »

MTN generalının şantaj yolu ilə rüşvət aldığı şəxslərin adları məlum olub

Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Nizami Şirinov və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə zərəçəkmiş şəxslərin adları məlum olub. Boyukmillet.com xəbər verir ki, cinayət işində 4 zərəçəkmiş – Emin Abbasov, Rahib Ağayev, Vüqar Ağayev və Mirzəli Yusifov var. …

Read More »

Ağstafanın həbsdə olan sabiq icra başçısı ölüb

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev vəfat edib. Boyukmillet.com xəbər verir ki, sentyabrın 8-də Gəncədə yerləşən modul tipli xəstəxanada koronavirusdan ölüb. Keçmiş icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir. Qeyd edək ki, N.Quliyev 1954-cü ilin sentyabr ayının 1-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olub. 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Daha sonra Ağstafa Rayonu İcra …

Read More »

Paşinyan Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib

Ermənistanın Baş naziri Nikol Paşinyan rəsmi İrəvanın Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu açıqlayıb. Boyukmillet.com  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, N.Paşinyan bu barədə hökumətin bugünkü iclasında danışıb. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı açıqlamasını xatırladıb: “Biz bu bəyanatlarda Ermənistan-Türkiyə münasibətlərinin normallaşması barədə müzakirələri görürük. Eləcə də avtomobil və dəmir yollarının bərpası məsələsi var. Biz daha geniş kontekst ala …

Read More »

Türkiyədə sərnişin qatarı qəzaya uğrayıb, yaralananlar var

Türkiyənin İstanbul şəhərində qatar qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə şəhərin Tuzla rayonunda qeydə alınıb. Belə ki, Adapazarı-Pendik marşrutu üzrə hərəkət edən sərnişin qatarı Tuzladakı stansiyada dayanan sürətli qatara çarpılıb. Məlumata görə, qatarlar eyni relsdə olub. Hərəkətdə olan qatarın maşınistinin son anda diqqətli davranması nəticəsində qəza ölümlə nəticələnməyib. Qatarı saxlamağa çalışan maşınist buna müvəffəq olmasa da, sürəti azaltmağa …

Read More »

“Paşinyan bir dəfə də “Qarabağ Ermənistandır” desə…”

“Tutaq ki, Nikol Paşinyan Qarabağa getdi və “respublika”nın (Qondarma qurum nəzərdə tutulur-red.) təhlükəsizliyini təhdid altında qoydu. Bu, doğru olardı, ya yox?” Boyukmillet.com “AzPolitika.info”-ya istinadən xəbər verir ki, erməni mətbuatına açıqlamasında bu fikirləri söyləyən tanınmış politoloq Arqişti Kiviryan Paşinyanın ümumiyyətlə, hər hansı bir tarixdə Qarabağa səfər etməsinin Ermənistan və Qarabağdakı ermənilər üçün böyük fəlakətlə nəticələnə biləcəyini deyib.  Politoloqun fikrincə, artıq Qarabağa Ermənistandan …

Read More »

“Bu, onların növbəti tarixi səhvi olacaq” – Hikmət Hacıyev + VİDEO

“Cənab Prezident İlham Əliyevin göstərişi və təlimatlarına uyğun olaraq Azərbaycanın işğaldan azad edilən ərazilərində geniş miqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Prezidentimizin də söylədiyi kimi, Azərbaycan dövlətinin istəyi ondan ibarətdir ki, bizim məcburi köçkünlərin ən tez bir zamanda öz torpaqlarına təhlükəsiz formada qayıtması təmin edilsin”. Bu açıqlamanı “HaberGlobal”a müsahibəsində Füzuli Beynəlxalq hava limanın açılışı zamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev səsləndirib. …

Read More »

Rusiya rəsmi saytından “Dağlıq Qarabağ Respublikası” ifadəsi hələ də çıxarılmayıb – FOTO

Rusiyanın GOV.RU hökümət domenində fəaliyyət göstərən zakupki.gov.ru rəsmi saytındakı tender haqqında məlumatda “Dağlıq Qarabağ Respublikası” ifadəsi çıxarılmayıb. Boyukmillet.com bildirir ki, iki gün əvvəl Azərbaycan XİN-i Rusiya saytında bu ifadədən istifadə olunması ilə bağlı rəsmi Moskvaya etirazını bildirib. Azərbaycan XİN rəsmisinin açıqlamasından 2 gün keçsə də, adı çəkilən Rusiya saytında “Dağlıq Qarabağ Respublikası” ifadəsi hələ də qalmaqdadr.  Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ticarət …

Read More »

Bakıdan Füzuliyə təyyarə ilə ilk uçuş – FOTO

Bu gün Bakıdan Qarabağa ilk sınaq uçuşu baş tutub. Boyukmillet.com xəbər verir ki, Bakıdan uçan “Azərbaycan Hava Yolları” na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanına doğru havaya qalxıb. Uçuşu həyata keçirən təyyarə “Qarabağ” adını daşıyır. Bu gün həmçinin Azərbaycanın “Silk vay” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri …

Read More »