Cümə axşamı , 2 May 2024

Gündəm

Bakıdan Füzuliyə təyyarə ilə ilk uçuş – FOTO

Bu gün Bakıdan Qarabağa ilk sınaq uçuşu baş tutub. Boyukmillet.com xəbər verir ki, Bakıdan uçan “Azərbaycan Hava Yolları” na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanına doğru havaya qalxıb. Uçuşu həyata keçirən təyyarə “Qarabağ” adını daşıyır. Bu gün həmçinin Azərbaycanın “Silk vay” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri …

Read More »

Saakaşvili iqtidara səsləndi: “Sonunuz yaxınlaşır”

“Ölkəyə qarşı soyqırım törədirlər. Yalan danışmağı dayandırın! Yekunda qələbə bizə qalacaq. Bunların (hakimiyyətin-red) sonu isə yaxınlaşır”. Boyukmillet.com Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri sabiq prezident Mixeil Saakaşvili sosial media vasitəsilə etdiyi video müraciətində qeyd edib. Saakaşvili həmçinin İvanişvilini yalançılıqda ittiham edərək əhaliyə qarşı soyqırım etdiklərini bildirib: “İvanişvili görünməmiş bir yalan danışır. O deyir ki, Saakaşvilinin hakimiyyəti dövründə 200 000 …

Read More »

Erməniləri niyə sevmirəm? Cavabım budur – Kuznetsov

Rusiya DİN-in Ekstremizmə qarşı mübarizə idarəsinin əməkdaşları məndən dəfələrlə soruşublar ki, niyə erməniləri sevmirəm? Boyukmillet.com xəbər verir ki, bu sözləri tanınmış rusiyalı tarixçi alim, hərbi ekspert Oleq Kuznetsov qeyd edib. O bildirib ki, zamanla bu suala onda universal cavab formalaşıb: “Mən – aliməm, Qafqazı öyrənirəm, ermənilər – mənim elmi marağıma daxil olan obyektdir və bir alim kimi, öz tədqiqat obyektimi …

Read More »

Rusiya MN-in təxribatı: Bakı belə cavab versə… – VİDEO

Rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Rusiya Müdafiə Nazirliyinin elan etdiyi tenderdə “Dağlıq Qarabağ Respublikası” ifadəsinin işlədilməsi məsələsini şərh edib. Boyukmillet.com həmin şərhi təqdim edir: “Dövlət satınalmaları saytındakı tenderdə Rusiya sülhməramlılarının “Dağlıq Qarabağ Respublikası”ndakı hərbi şəhərciklərinə xidmətlə bağlı elan yerləşdirilib. Əlbəttə, bundan ötrü saç yolmaq, əsəbləşib qeyzə gəlmək, Rusiya səfirini Azərbaycan XİN-ə çağırıb, yüzlərlə nota təqdim etmək – şifahi, yaxud …

Read More »

İran və Ermənistan Zəngəzur dəhlizinə qarşı – ORTAQ MÖVQE

Son vaxtlar Ermənistan rəsmiləri İran-Ermənistan-Gürcüstan marşrutu üzrə nəqliyyat dəhlizinin yaradılması fikrini davamlı olaraq vurğulayırlar. İran rəsmiləri də bu ideyaya isti münasibət göstərirlər. Boyukmillet.com xəbər verir ki, ötən gün Ermənistan və İranın yeni xarici işlər nazirləri arasında telefon danışığında da bu dəhlizdən bəhs olunub.  Tərəflər, Kəngər körfəzindən Qara dənizə qədər olan nəqliyyat dəhlizinin əhəmiyyətini, eyni zamanda müvafiq müqavilələrin bağlanmasının vacibliyini vurğulaybılar. …

Read More »

ÜST və UNICEF Azərbaycanı məktəbləri açmağa çağırır

Yeni tədris ili ilə əlaqədar olaraq uşaqların məktəbə qayıtmağa hazırlaşdığı bir dövrdə virusun ötürülməsini minimuma endirmək üçün tədbirlərin görülməsi hər zamankından daha böyük və həlledici əhəmiyyət kəsb edir. ÜST və UNICEF-in bəyan etdiyi kimi, bu tədbirlərə müəllimlər və digər məktəb işçilərinin peyvəndlənməyə əlçatanlığın təmin edilməsi, eləcə də sinif otaqlarının daha yaxşı havalandırılması, siniflərdə daha az şagird sayı, fiziki məsafənin gözlənilməsi, …

Read More »

Azərbaycanda 3 rayona yeni polis rəisi təyin edildi

Daxili işlər orqanlarında yeni kadr təyinatları olub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) rəisi Eldar İlyasov vəzifəsindən azad edilərək, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) rəis, Səbail RPİ-nin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq, Sabunçu RPİ-nə rəis təyin edilib. Bundan başqa, Samux RPŞ-nin rəisi Polad Qarayev …

Read More »

Sahib İbrahimovun məhkəməsinə gəlməkdən boyun qaçıran şahidlə bağlı xəbərdarlıq edilib

“STS” şirkəti və “Sahil-D Kompani” MMC-nin təsisçisi Sahib İbrahimovun cinayət işi üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb. Boyukmillet.com xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrliyi ilə baxılmalı idi. Prosesin əvvəlində elan olunub ki, iş üzrə dindirilməli olan Əliağa Zeynalov 2 prosesdir ki, koronavirusa yoluxduğunu deyərək iclasa gəlmir. Lakin bununla bağlı da heç bir sənəd …

Read More »

Xankəndinin su dərdi: “İlk yağışı gözləyirik” – Aramyan

Quraqlıq səbəbindən Xankəndi şəhərini su ilə təmin edən 3 çaydan biri tamamilə quruyub, 2 çayın suyu isə xeyli azalıb. Bu baxımdan, şəhərin 30 faizinin su ilə təminatı sıfıra düşüb. Hazırda, su olmayan məhələlərə su maşınla daşınır. Boyukmillet.com xəbər verir ki, bölgədə olan Rusiya hərbçiləri su təchizatı ilə bağlı xüsusi fəallıq göstərirlər. Şəhər təsərrüfatını idarə edənlər su probleminin Azərbaycanın nəzarətinə keçən …

Read More »

Şoyqu: “Rusiya sərhədi boyu bizə qarşı “dərin iş” aparılır”

“Rusiyaya qarşı “dərin iş” gedir. Ölkə sərhədi boyu anti-Rusiya təbliğatı mərkəzləri yaradılır”. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. Şoyqu anti-Rusiya təbliğatı mərkəzlərinin yaradıldığı şəhərləri də açıqlayıb. Onun sözlərinə görə, bu mərkəzlər Riqa, Tallin, Varşava və Helsinkidir: “Əvvəla, bunlar ölkəmizin daxili işlərinə qarışmaq cəhdləridir. Tədricən, addım-addım bizə qarşı “dərin işlər” aparılır, Kalininqraddan Kamçatkaya qədər… Rusiyanın bir müdafiə sistemi qurması lazımdır” …

Read More »