Çərşənbə , 15 May 2024

Gündəm

Samir Adıgözəlli: “Gərək Şeyx kimi nüfuzlu adam bizim vətəndaşlarımızın hesabına qazanılan qələbəyə Xamneyini də şərik etməsin”

Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadənin “Xameneinin fətvası qələbəmizin carçısı idi” bəyanatı ölkədə və qardaş Türkiyədə birmənalı qarşılanmayıb. Şeyxi bu çıxışına görə ittiham edənlər  Türkiyənin dəstəyini və döyüşən hərbçilərimizin rolunu qiymətləndirməməsindən təəssüfünü ifadə edib. Bu arada Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçilərindən biri-  M.Mücahit Küçükyılmaz da Şeyxə ironiyalı cavab yazıb: “Demək ki, Xamenei Ermənistana silah göndərəndə Azərbaycana da …

Read More »

Bu yol da Azərbaycanın nəzarətinə keçir – Video

İrəvan Zəngəzura gedən əsas “H-46” (M2) maqistral yolunun təmirinə 2020 ilin əvvəlində dövlət büccəsindən ayrılan pulları alternativ yolların yenidənqurulmasına yönəldir. Bu artıq konkret olaraq əsas strateji yol da daxil olmaqla, bütün Zəngəzurun Azərbaycanın nəzarətinə keçəcəyi deməkdir. Boyukmillet.com xəbər verir ki, bu fikirləri erməni ekspert, iqtisadçı Milena Qasparyan bildirib. Onun sözlərinə əsasən, Zəngəzura gedən əsas yolun təmirinə bir il bundan öncə 1 …

Read More »

Qapalı Maraşda 47 ildən sonra ibadətə açılan Bilal ağa məscidində ilk cümə namazı – VİDEO

Şimali Kipr Türk Cümhuriyyətinin Qapalı Maraş bölgəsində yerləşən və 20 iyulda 47 ildən sonra yenidən ibadətə açılan Bilal ağa məscidində ilk cümə namazı qılınıb.  Boyukmillet.com xəbər verir ki, 1974-cü il Kıbrıs Barış Hərəkatından bu yana qapalı olan, bərpa işləri tamamlandıqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın canlı yayımla qatıldığı Bilal ağa məscidində ilk cümə namazı qılınıb. Bilal ağa məscidindəki cümə …

Read More »

Hərbi ekspert: “Ermənistan bu cür addımları davam etdirsə, mövcudluğu sual altına düşəcək”

“Ermənistanın indiki siyasətinin arxasında onları himayə edən güclər durur. Bu məsələdə Qərb ölkələrinin maraqları var, müxtəlif vasitəçilik rolunu oynamaq istəyirlər. Münaqişənin bitməyi onlara sərf etmir. Onlar bu prosesi davam etdirib, öz çirkin maraqlarını həyata keçirirlər və Ermənistanı öz nüfuz dairələrində saxlayırlar. Ermənistan heç bir zaman müstəqil dövlət olmayıb. Xarici diasporadan, Rusiyadan, Fransadan asılı dövlət olub və belə də davam edir. …

Read More »

Azad olunmuş ərazilərdə tikiləcək TUNELLƏR – Ən böyüyü Kəlbəcərdə olacaq

“İşğaldan azad olunmuş ərazilərdə tikiləcək tunellərin ümumi uzunluğu təxminən 70 kilometr olacaq. Layihələndirmə işləri tikinti ilə paralel aparıldığına görə, bu rəqəm artıb-azala bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Qurum rəsmisi bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa yolunda 7 tunelin tikintisi nəzərdə tutulub. “Bu yolda tikiləcək tunelin ən böyüyünün uzunluğu 3,3 kilometr (km) …

Read More »

Laçın dəhlizində atışma olub? – MN məlumat yaydı

Laçın dəhlizi, Xocavənd və Naxçıvan istiqamətlərində guya atəş səslərinin müşahidə edilməsi və döyüşlərin getməsi barədə Ermənistan tərəfinin yaydığı məlumatların heç bir əsası yoxdur. Bu barədə Turkustan.info-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Əldə olunan məlumata əsasən, erməni hərbi qulluqçusu qarşılıqlı münasibətlərin pozulması və biri-birinə açılan atəş nəticəsində yaralanıb.

Read More »

Zəngəzur dəhlizinə kimlər mane olur? – Keçmiş nazir detalları açdı

Son günlər Ermənistan Azərbaycanla dövlət sərhədində aranı qarışdırmaqla məşğuldur. Naxçıvan və Kəlbəcər istiqamətində atəşkəs məhz İkinci Qarabağ savaşından sonra kapitulyasiyanı imzalayan ölkə tərəfindən pozulur. Bu qarşıqlıq dönəmində Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxın işğal olunmuş kəndlərinin həndəvərinə gedir. Bu arada Ermənistan mətbuatı xəbər yayır ki, Fransa Prezidenti Emanuel Makron regiona səfər edəcək, Ermənistanda olacaq. Həmin erməni mətbuatı onu da yazır …

Read More »

Sabah “Bakı bəyannaməsi” imzalanacaq

Sabah Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin Üçtərəfli Birinci toplantısı başlayır. Boyukmillet.com xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb. Toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanacaq. Üçtərəfli toplantıdan əvvəl iyulun 26-da Mustafa Şentop Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edəcək. İyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici …

Read More »

Şeyx özü istefa verməsə, hansı addım atıla bilər?

Şeyxülislam Allahşükür Paşazadənin məlum açıqlamasından sonra ictimaiyyət onun öz vəzifəsindən istefa verməsi ilə bağlı tələblər səsləndirməyə başlayıb. Bildirilir ki, şeyx öz vəzifəsinin tələbi olan birləşdiricilik deyil, daha çox parçalanmaya səbəb olan açıqlamalar verir və bu da narazılığı artırır. Amma şeyx QMİ-nin qurultayının qərarı ilə ömürlük olaraq bu posta seçilib. O özü istefa verməsə, hansı addım atıla bilər? Bunun hüquqi proseduru …

Read More »

Kəlbəcərdə 11 erməni əsgər nəyə “qurban” verildi?

Kəlbəcərdə baş verən hadisələr çoxlu suallar doğurur. Əvvəlcə Azərbaycan və Ermənistan Müdafiə nazirlikləri məlumat verdilər ki, Kəlbəcərdə atışma baş verib, amma bununla bağlı nə Rusiya sülhməramlıları, nə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən reaksiya gəldi. Bu barədə Axar.az-a açıqlamasında tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib. Onun sözlərinə görə, hesab etmək olardı ki, kiməsə sadəcə növbəti dəfə mediada münaqişəsini aktuallaşdırmaq üçün bir informasiya …

Read More »