Cümə , 3 May 2024

Gündəm

Ağ Ev yumşalır: İran dirçələcək?- “Müttəfiqlərə hər zaman təhlükə var”

Artıq ötən gündən etibarən ABŞ-ın 46-cı prezidenti Co Bayden and içərək vəzifəsinin icrasına başlayıb. Bu seçkinin nəticələrinin İran üçün faydalı olacağı gözlənilir. Ehtimal edilir ki, ABŞ-ın demokrat rəhbərliyi İrana qarşı loyal davranacaq. Maraqlıdır ki, sanksiyalar aradan qaldırılsa, İran bölgədəki mövqeyini bərpa edəcəkmi? İranın güclənməsi Azərbaycan üçün təhlükə yarada bilərmi? “İran siyasətində ciddi dəyişiklik olmayacaq” Mövzu ilə əlaqədar olaraq, Cebhe.info-ya açıqlamasında …

Read More »

Nikol Putini təkzib etdi: Bakının dayanması üçün 3 dəfə…

Müharibəni minimal ərazi itkisi ilə dayandırmaq imkanımız yox idi. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan parlamentində dünənki çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, müharibənin minimal ərazi itkiləri ilə dayandırılacağı ilə bağlı söhbətlərin mif olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanla üç dəfə atəşkəs əldə olunmasına cəhd edilsə də, bu, heç bir nəticə verməyib. Paşinyan çıxışı zamanı Qarabağla bağlı …

Read More »

Ermənilər Baydenin gəlişinə niyə sevinir?

Bayden and içdi. Yeni prezidentin ABŞ xarici siyasətinə hansı istiqamətdə yön verəcəyinin konturları müəyyən mənada bəllidir: İrana yumşaq, Rusiya sərt münasibət və s. Bizim üçün əsas məsələ Bayden Amerikasının Azərbaycanla münasibətləridir. – Azərbaycana qarşı 907-ci düzəlişin fəal dəstəkçisi idi; – ABŞ-da erməni diasporuna yaxınlığını gizlətmir; – Qarabağdakı separatçılara maliyyə dəstəyinin verilməsini dəstəkləyib; – Hələ and içməmişdi, iki erməniyə Ağ Evdə …

Read More »

Azərbaycanda daha 332 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirusa 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada 12 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3 044 nəfər vəfat edib. Hazırda 7 367 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 991, bu günə qədər isə …

Read More »

Ermənilər ilk məğlubiyyət acısını 1990-cı il yanvarın 19-20-də Sədərək döyüşlərində yaşadılar

Hiyləgərliklə həyata keçirilən planXəyanətkar qonşularımız olan ermənilər ana torpaqdan ayrı salınan Naxçıvanı işğal etmək, erməniləşdirmək üçün həyata keçirməyə çalışdıqları 200 illik planından heç vaxt əl çəkməyiblər. 20 Yanvar faciəsi ərəfəsində də belə oldu. Sovet rəhbərliyi ilə sıx münasibətdə olan erməni quldur dəstələri 1989-cu il dekabrın 14-dən başlayaraq sovet ordusunun dəstəyi ilə qədim diyarı işğal etməyə cəhd göstərdilər. Bakıda kütləvi qətllərin törədilməsinə …

Read More »

Paşinyan: “Yanvarın 20-də Bakıdakı qurbanları yad etdim”

Ermənistanın baş naziri Nikol Paşinyanın hələ jurnalist olduğu dönəmdə yazdığı məqalə yenidən gündəmə çıxıb. Boyukmillet.com xəbər verir ki, yazı 1998-ci il fevralın 11-də Ermənistanın “Molorak” qəzetində dərc olunub. Ermənilərin düşüncəsini sorğulayan N.Paşinyan “Ermənilər və azərbaycanlılar xoşbəxt xalqlardır” başlıqlı məqaləsində “Azərbaycan-türk qurbanları” ifadəsinin niyə “ermənilərin şüurunu qaraltdığını” sual edir. Daha sonra isə o qeyd edir: “Yanvarın 20-də mən də Bakıdakı 1990-cı …

Read More »

“Azərbaycan 20 Yanvar faciəsini Rusiya ilə əlaqələndirmir” – Polad Bülbüloğlu

“Faciə dəhşətlidir, çünki biz bir ölkənin vətəndaşları idik. Bunun Sovet dövründə olduğunu xüsusi vurğulamaq istəyirəm. Müasir Azərbaycan bu dəhşətli günü heç vaxt demokratik Rusiya ilə əlaqələndirmir. Qanlı faciə tariximizə qara ləkə kimi düşdü. Lakin müdrik Azərbaycan xalqı bu çətin dönəmi adlamağı bacarıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. “Bu gün onunla sakitlik tapırıq ki, keçən il …

Read More »

Siyavuş Novruzov Qüdrət Həsənquliyevi “beşinci kolon”un üzvü adlandırdı

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənovu və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevi “beşinci kolon”un üzvü adlandırıb. Azsiyasət.com xəbər verir ki, S.Novruzov jurnalist Əvəz Zeynallının “Rusiyanı dövriyyədən çıxara bilərikmi, yoxsa atom bombası atar?” sualına gülərək belə cavab verib: “Yox, o Qüdrət Həsənquliyevin, “beşinci kolon”un fikridir”.  Ə.Zeynallı “Əli …

Read More »

Türk-rus birgə layihəsi: 60 illik xəyal gerçəkləşir – Varank

“Akkuyu” Atom Elektrik Stansiyasının (AES) ilk reaktoru 2023-cü ilin sonunda istifadəyə veriləcək və elektrik istehsalına başlayacaq. Boyükmillet.com xəbər verir ki, bunu Türkiyənin Sənaye və texnologiya naziri Mustafa Varank açıqlayıb. Nazir bildirib ki, bu, Türkiyənin 60 illik arzusudur: “Lisenziyanı 1976-cı ildə almışdıq, lakin bu tarixə qədər burada nüvə stansiyası tikə bilməmişdik. Hazırda 10 kvadrat kilometr ərazidə 4 min 800 meqavat gücə sahib …

Read More »

Qeydiyatı Naxçıvanda olan vətəndaşlara Bakıda şəxsiyyət vəsiqəsinin verilməsi uğurla həyata keçirilir

Yanvarın 7-dən etibarən, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhəri ndə, ” Pasport və Qeydiyyat ” idarəsində Naxçıvan qeydiyyatı olan, Bakı şəhəri və respublikanın müxtəlif yerlərində yaşayan vətəndaşların sənədlərinin qəbulu başlayıb. Boyukmillət.com xəbər verir ki, bu günə qədər 1049 nəfərin sənədi qəbul edilmişdir. Onlardan, 481nəfərə şəxsiyyət vəsiqələri verilib. Sənədlərin qəbulu və verilməsi prosesi hal hazırda davam edir. Boyukmillet.com-a …

Read More »