Cümə , 3 May 2024

Gündəm

Azay Quliyev ATƏT tədbirində: “Azərbaycanın təklif etdiyi 6-lıq formatı bölgə üçün bir ümiddir”

Yanvarın 27-də ATƏT Parlament Assambleyasının (ATƏT PA) “Helsinki +50 istiqamətində: Ortaq məqsədin yenidən təsdiqlənməsi” mövzusunda dəyirmi masası keçirildi.Dəyirmi masa iştirakçıları ATƏT-in beynəlxalq institut kimi gələcək fəaliyyətinin səmərəli qurulması, institusional islahatlar və qəbul olunan qərarların icrasına nəzarət mexanizmləri kimi məsələləri müzakirə ediblər. Tədbirdə çıxış edən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev ATƏT-in regional dialoqun təkmilləşdirilməsində və regionda sülh yaradacılığı …

Read More »

Brayzadan önəmli mesajlar: ABŞ heç vaxt Qarabağı…

Konqresmen Adam Şiff Kaliforniya ştatında ABŞ-dakı erməni icmasının nümayəndələrinin yaşadığı bölgəni təmsil edir. O, həmişə erməni tərəfini dəstəkləyir. Lakin bu onun fikridir və Birləşmiş Ştatların, hətta Konqresin də siyasəti deyil. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza konqresmen Adam Şiffin “Artsax respublikası”nın müstəqilliyi ilə bağlı açıqlamasını şərh edərkən Media.az-a müsahibəsində bildirib.“Adam Şiffin nüfuzlu konqresmen olduğunu da …

Read More »

Dolların “qızıl dövrü” bitir?

Vasili Koltaşov: “2020-2023-ci illər dolların ucuzlaşma dövrü olacaq və ABŞ valyutasının beynəlxalq ticarətdən sıxışdırılmasına başlanılacaq” Dolların növbəti bir “qızıl dövrü” bitir – Amerika valyutası yeni problemlərin uçurumuna qərq olur. Bu vəziyyətdə qənaət və investisiyalar üçün yeni alətlər axtarmağa başlamaq məqsədəuyğundur. Bu fikri AYNA-ya müsahibəsində, Rusiyanın Yeni Cəmiyyət İnstitutunun Siyasi İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Vasili Koltaşov səsləndirib. İqtisadçı dolların yaxın keçmişi, …

Read More »

Həbs edilən xəstəxana direktorunun kimlərdən rüşvət adığı məlum oldu

Azərbaycan Respublikasında əlilliyi və sağlamlıq imkanları məhdud olan şəxslərin sosial təminatı sahəsində rast gəlinən korrupsiya hüquqpozmalarına yol verən vəzifəli şəxslərin ifşa olunması istiqamətində prokurorluq orqanlarının kompleks tədbirləri davam etdirilir. Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Belə tədbirlərdən biri kimi, uzun müddət Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyən Nəzərov Cəlil Oruc oğlunun həmin tibb müəssisəsinin həkim-məsləhət komissiyasının sədri …

Read More »

Qafanda dəhşət: erməni əsgər meyitləri çürüyür… – Video

Ermənistanın “Beşinci kanal” televiziyası Qarabağda ölən hərbçilərə laqeyd münasibət barədə reрortaj hazırlayıb. Boyukmillet.com Modern.az-a istinadən xəbər verir ki, yarıdağılmış binada Qarabağda ölən və kimliyi müəyyənləşməyən hərbçilərin cəsədlərinin çürüdüyü bildirilib. Özbaşınalıq və personalın biganəliyi fonunda hərbçi cəsədlərinin yaxınlarına təhvil verilməsi prosesi ciddi qayda pozuntuları ilə müşayiət olunur. “Tək ölənlərə deyil, hərbçi yaxınlarına da biganə münasibət ölən hərbçilərin cəsədlərinin tabutda deyil, bəzən paketlərdə …

Read More »

Ceyhun Bayramov hücum edilən Türkiyə gəmisinin kapitanı ilə danışıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilən Türkiyə şirkətinə məxsus “Motsart” adlı gəminin kapitanı ilə telefonla danışıb. Bu barədə Boyukmillet.com “NTV”-yə istinadən xəbər verir. Kapitanla həmçinin, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da əlaqə saxlayıb. Qeyd edək ki, Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib. Gəminin 19 …

Read More »

TƏBİB-dən tibb işçilərinə vaksinin məcburi vurulması iddialarına CAVAB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bəzi tibb müəssisələrində çalışan səhiyyə işçilərinin məcburi vaksinasiya olunması ilə bağlı iddialara münasibət bildirib. TƏBİB-dən bildirilib ki, peyvəndləmə heç bir halda məcburi ola bilməz. “Ümumilikdə ölkədə aparılan vaksinasiya könüllü və dövlət hesabınadır”, – qurumdan qeyd olunub. Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən etibarən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin istifadəsinə başlanılıb. Vaksinlə bağlı qəbul …

Read More »

Professordan bədbin proqnoz: Peyvəndləmə pandemiyanın sonu deyil

“Bu gün səhər 09:30-da Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Korpusunda COVID-19 infeksaiyasına qarşı Çin Xalq Respublikasının “Sinovac” şirkətinin istehsal etdiyi “Coronavac” peyvəndinin 1-ci dozası vuruldu. Bu mətni peyvənd vurulmasından 16 saat keçmiş yazıram. İynə yerində xəfif ağrıdan başqa heç bir diskomfort yoxdur”. Boyukmillet.com xəbər verir ki, bu sözləri professor Adil Qeybulla deyib. O qeyd edib ki, peyvəndləmə pandemiyanın sonu deyil. Amma …

Read More »

Sənədlərin notarial təsdiqinə görə rüsum 3 dəfə azaldılır

Azərbaycanda sənədlərin surətinin notarial təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilir. Boyukmillet.com xəbər verir ki, bunun üçün “Dövlət rüsumu haqqında” qanununda dəyişiklik edilir. Notariat xidmətlərinin göstərilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması məqsədilə hazırlanan qanun layihəsində sənədlərin surətinin təsdiqi üçün rüsumun miqdarı azaldılaraq 1,5 manat müəyyən edilib. Sənəddə təklif edilir ki, layihədə göstərilən bir sıra hallarda notariat hərəkətləri ilə əlaqədar xidmətə …

Read More »

Ermənistan üçün 5 FƏLAKƏT SSENARİSİ: bu ərazi Azərbaycan bölgəsi olacaq

Yaxın aylarda Ermənistanda 5 qaçılmaz hadisə baş verəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə erməni türkoloq türkoloq Varujan Qeqamyan deyib. “1. Dərin iqtisadi böhran, xüsusilə yerli istehsalın çökməsi, büdcənin azalması.2. Sünikə (Zəngəzur) ermənilərin köçürülməsinin tədricən zəifləməsi, nəticədə oranın Azərbaycan bölgəsinə çevrilməsi.3. Ordunun ixtisarı, özünümüdafiə mexanizminin ləğvi.4. Böyük regional müharibəyə cəlb edilməsi.5. Ölkədən kütləvi mühacirət”, – Qeqamyan bildirib. Qeqamyanın 5 proqnozundan …

Read More »