Bazar , 28 Aprel 2024

Hərbi

Müdafiə Nazirliyi və Dini Komitə birgə tədbirlər planı imzalayıb

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2024-cü il üçün birgə tədbirlər planı imzalanıb. Birgə tədbirlər planına əsasən Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair keçiriləcək tədbirlərin yeri, icra vaxtı və icraya məsul şəxslər müəyyən olunub. Tədbirlərin Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə, hərbi hissələr və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil olunması nəzərdə tutulub. Cari …

Read More »

Laçında avtomobil qəzasında həlak olan hərbçi ilə Gəncədə vida mərasimi keçirilir

Azərbaycan Ordusunun yanvarın 4-də Laçında avtomobil qəzasında həlak olan hərbçisi Həsən İsmayılovla Gəncədə vida mərasimi keçirilir. Boyukmillet.com xəbər verir ki, mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edirlər. Mərasim başa çatdıqdan sonra mərhum Şəhidlər xiyabanında dəfn olunacaq. Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun …

Read More »

Laçında hərbçilərin avtoqəzaya düşməsi ilə bağlı cinayət işi açılıb

Laçında hərbçilərin avtoqəzaya düşməsi ilə bağlı cinayət işi açılıb. Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, daxil olan məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilmiş, izahatlar alınmış və digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin …

Read More »

SHXÇDX Laçında həlak olan hərbçilərə şəhid statusunun verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu gün Laçında həlak olan hərbçilərə şəhid statusunun verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov  bildirib ki, şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən verilən bildiriş əsasında verilir. Laçında həlak olan hərbi qulluqçular – Həsən …

Read More »

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun doğum günüdür

 Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Boyukmillet.com xəbər verir ki, P.Həşimovun dünyaya gəlişindən 49 il ötür. P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək …

Read More »

Ali Baş Komandanın tapşırıqları Azərbaycan Ordusunun şəxsi heyətinə çatdırılıb, planlar müzakirə olunub

Azərbaycan Ordusunun Baş Qərargahı, Müdafiə Nazirliyinin baş idarə, idarə, xidmət və müstəqil şöbələri, eləcə də bütün qoşun növləri və xüsusi təyinatlı təhsil müəssisələrində 2023-cü ilin sonuna dair yekun iclaslar keçirilib. Nazirlikdən  verilən məlumata görə, keçirilən iclaslar zamanı Azərbaycan Ordusunun cari ildəki fəaliyyəti geniş təhlil edilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu qarşısında qoyduğu tapşırıqlar bir …

Read More »

Azərbaycan hərbi hava bölmələrində döyüş atışları icra olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Plana uyğun olaraq döyüş heyətləri tərəfindən S-125 zenit-raket komplekslərinin (ZRK) start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması üzrə normativlər yerinə yetirilib. Şəxsi heyətin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsi …

Read More »

Ermənilərin Qarabağda silah anbarı kimi istifadə etdiyi növbəti mülki obyekt aşkarlanıb

Qarabağ bölgəsinin Ortakənd yaşayış məntəqəsində yerləşən və vaxtilə ermənilər tərəfindən silah-sursat anbarı kimi istifadə olunmuş mülki təyinatlı obyektə baxış keçirilən zaman içərisində xeyli sayda müxtəlif növ mina, kustar üsulla hazırlanmış əldəqayırma partlayıcı qurğu və çoxlu sayda digər döyüş sursatları aşkar edilib. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Həmin mina və əldəqayırma partlayıcı qurğular Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən müsadirə …

Read More »

Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib

Dekabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub. Azərbaycanın Müdafiə Nazirliyindən  verilən məlumata görə, general-polkovnik Z.Həsənov 2023-cü ilin 22-23 dekabr tarixlərində İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbərdən kədərləndiyini bildirib. Bir daha terrorun bütün növ …

Read More »