Azad edilmiş ərazilərdə yeni hərbi obyektlər istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir, müasir standartlara cavab verən yeni inşa edilmiş hərbi obyektlər istifadəyə verilir. İyunun 9-da Azərbaycanın …
Read More »Dövlət Komitəsinin nümayəndələri “N” hərbi hissəsində olub
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, hərbi qulluqçulara vətənpərvərlik hissinin aşılanması məqsədilə həyata keçirilən tədbirlər davam edir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri “N” hərbi hissəsində olub, hərbi qulluqçularla görüşüblər. Tədbirlər çərçivəsində hərbi xidmətə yeni çağırılan …
Read More »BQXK nümayəndələri Azərbaycanda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər
İyunun 7-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələri bu yaxınlarda (mayın 26-da) Azərbaycanda saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər. Bu barədə komitənin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova “Report”un sorğusuna cavab olaraq bildirib. “Onlarla təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma …
Read More »Ermənilər Azərbaycan Ordusunun Laçındakı mövqelərini atəşə tutub
İyunun 7-si saat 22:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 8-i saat 07:40-da isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa şəhəri istiqamətində …
Read More »Polkovnik Laçından Prezidentə müraciət yaydı
Laçın rayonunda xidmət edən Azərbaycan Ordusunun polkovniki, Qarabağın general qubernatoru olmuş Xosrov bəy Sultanovun qardaşı nəvəsi Elçin Kamal oğlu Paşayev Prezident, Ali Baş Komandan İlham Əliyevə müraciət yayıb. Boyukmillet.com müraciətin mətnini təqdim edir: Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan! Siz müzəffər sərkərdəlik məharətinizlə, cəsarətinizlə, müdrik düşüncəniz və bənzəri olmayan rəhbərlik bacarığınızla soydaşlarımızın 30 ildən çox davam edən əzablı ayrılığına həmişəlik …
Read More »Hərbi Prokurorluqdan kütləvi məzarlıqlarla bağlı açıqlama
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi və siyasi-diplomatik yolla bir qərinəyə yaxın müddətdə işğal altında olan tarixi torpaqlarımız azad olunub. Prezidentimizin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi və xalqımızın əzmkarlığı ilə həmin ərazilərdə yüksək intensivliklə abadlıq-quruculuq işləri həyata keçirilir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar …
Read More »MN: “Qanunsuz erməni silahlılarının fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb”
Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa, Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Read More »Ermənilər Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atəşə tutub
Ermənilər Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 6-sı saat 11:40-dan saat 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, saat 16:25 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı …
Read More »Qeyri-qanuni erməni silahlı dəstələrinin fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb
Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam, Xocavənd, Füzuli və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib. “Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, – məlumatda qeyd edilib.
Read More »Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
İyunun 5-i saat 22:50-dən iyunun 6-sı saat 04:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələrində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
