Bazar , 15 Sentyabr 2024

Hərbi

Azərbaycan Ordusunun polkovnik-leytenantı qəflətən vəfat edib

Azərbaycan Ordusunun zabiti, 1978-ci il təvəllüdlü polkovnik-leytenant Ağayev Vüqar Şümşəd oğlu kəskin miokard infarktından vəfat edib. Bu barədə  Müdafiə Nazirliyindən bildirilib. Nazirliyin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbir diləyir. Allah rəhmət eləsin!

Read More »

Müdafiə Nazirliyi “Dəniz komando təməl kursu”na qəbul elan edir

Müdafiə Nazirliyinin Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Dəniz komando təməl kursu”na könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər cari ilin fevral ayının 20-dən mart ayının 25-dək müvafiq sənədlərlə birlikdə HDQ-nin qərargahında fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. “Dəniz komando təməl kursu”na qəbul olunmaq üçün …

Read More »

Zakir Həsənov azad edilmiş ərazilərə gedib, aparılan tikinti işləri ilə tanış olub

Müdafiə naziri Zakir Həsənov azad edilmiş ərazilərdə aparılan tikinti işləri ilə tanış olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir hərbi infrastrukturun yaradılması, eləcə də bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər …

Read More »

Daha bir qazimiz Vətənə qayıdıb

Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanan qazimiz Ağayev Elsevər Sarvan oğlu Türkiyədəki müalicəsini tamamlayaraq Vətənə qayıdıb. “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Read More »

Hərbi qulluqçumuz Türkiyədə kursu birinciliklə bitirib

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu kapitan Yaqubov Tural Ağaəli oğlu Türkiyə Respublikasında təşkil olunan kursu birinciliklə bitirib. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Hava Tədris Komandanlığının məktəblərindən birində keçirilən ingilis dili kursunda Azərbaycan, Türkiyə, Qırğızıstan, Gürcüstan, Ukrayna və Mavritaniyadan olan hərbi qulluqçular iştirak ediblər. Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunub.

Read More »

Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbulu qaydaları açıqlanıb

Müdafiə Nazirliyinin hərbi liseylərinə 2023/2024-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları açıqlanıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan dilində tədris aparılacaq təhsil müəssisəsində təhsil forması əyani olaraq 2 il müəyyən edilib. Bu il ümumtəhsil müəssisələrində orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan Azərbaycanın kişi cinsli vətəndaşları qəbul edilirlər. Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində …

Read More »

ATU-nun Hərbi Tibb Fakültəsinə qəbul qaydaları açıqlanıb

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi tibb və Hərbi feldşer işi ixtisasları üzrə 2023/2024-cü tədris ili üçün qəbul qaydaları açıqlanıb. Boyukmillet.com xəbər verir ki, Azərbaycan dilində tədris aparılacaq təhsil müəssisəsində təhsil forması əyani olaraq 6 il müəyyən edilib. Hərbi tibb və Hərbi feldşer işi ixtisası üzrə Hərbi Tibb Fakültəsinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından hərbi xidmətə yararlı qərarı ilə …

Read More »

NATO-nun Bakıda keçirilən təlim kursu başa çatıb

Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda keçirilən “Operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” təlim kursu başa çatıb. Əvvəlcə kursun yekunlarına dair brifinq təqdim edilib. Çıxış edənlər Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür kursların əhəmiyyətindən danışıb, kursu müvəffəqiyyətlə bitirən məzunları …

Read More »

Azərbaycan Ordusunun hərbçisi qar uçqununa düşərək həlak olub

Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlu qar uçqununa düşərək həlak olub. Boyukmillet.com xəbər verir ki, “Fevralın 8-i saat 17:00 radələrində xidmət yerini özbaşına tərk edən Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Savalan Hüseyn oğlunun qar uçqununa düşərək vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik.Faktla bağlı araşdırma aparılır”, – məlumatda bildirilib. Qeyd edək ki, S.Hüseynov Gədəbəy rayonunun Qalakənd …

Read More »