Bazar , 28 Aprel 2024

Hərbi

MN: S-300 raketləri döyüşə hazır vəziyyətə gətirilib, şərti düşmənin zərbələri dəf edilib

S-300 raketləri döyüşə hazır vəziyyətə gətirilib, şərti düşmənin zərbələri dəf edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi bu ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrinin şəxsi heyəti ilə məşğələlər keçirilir. Məşğələlər zamanı həyəcan siqnalı ilə qaldırılan S-300 “Favorit” zenit-raket komplekslərinin divizionlarının döyüş heyətləri texnikanın …

Read More »

MN: Sabah gənc əsgərlərin andiçmə mərasimləri qapalı şəraitdə keçiriləcək

Vətəndaşlardan daxil olan çoxsaylı sorğuları nəzərə alınaraq sabah, fevralın 18-i Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə qapalı şəraitdə keçiriləcək. Boyukmillet.com  xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Qeyd edilib ki, valideynlərin, eləcə də ictimaiyyət və media nümayəndələrinin andiçmə mərasimlərində iştirakı məhdudlaşdırılacaq. “Qeyd olunanları nəzərə alaraq vətəndaşlarımızdan bu …

Read More »

MN: Hərbi vəzifəlilərin praktiki vərdişləri təkmilləşdirilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlinin iştirakı ilə “N” hərbi hissəsində keçirilən təlim toplanışı davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Təlim toplanışı çərçivəsində hərbi vəzifəlilərə atıcı silahların, qumbaratanların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilir. Bundan başqa, təlim sahəsində silahların döyüşə hazır vəziyyətinə …

Read More »

Azərbaycan generalları komandoların sərt qış şəraitində hazırlığını izləyib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və nazirliyin digər rəhbər heyəti komando hərbi hissələrindən birində olublar. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildeirilib ki, hərbi hissənin komandir-rəis heyəti ilə görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordumuz qarşısında qoyduğu …

Read More »

Ermənilər Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub

Ermənistan Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən mövqelərini atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, fevralın 16-sı saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüb.

Read More »

Azərbaycan Ordusunda andiçmə mərasimləri virusa yoluxmaya görə qapalı keçiriləcək

Fevralın 18-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri qapalı şəraitdə keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi və TƏBİB birgə məlumat yayıb. Məlum olduğu kimi, Azərbaycanın müxtəlif regionlarında qızılcaya, eləcə də mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları qeydə alınır. Hazırda ölkəmizin səhiyyə qurumları tərəfindən əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir. Əhalinin …

Read More »

Ermənistanın təxribatı nəticəsində yaralanan əsgər hadisənin necə baş verdiyindən danışıb

Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Pərviz Xəlilzadə hadisənin necə baş verdiyindən danışıb. O, “Report”a açıqlamasında bildirib ki, həmin vaxt sərhəd döyüş mövqeyində xidmətdə olub. “Düşmənin qarşıdakı postunun müşahidəsini aparırdıq. Bu zaman ermənilər atəş açdı. Güllə mənə dəydi və yerə yıxıldım”, – hərbi qulluqçu söyləyib. P.Xəlilzadə bildirib ki, hazırda …

Read More »

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 12 il keçir

Hərbi sahədə aparılan islahatların nəticəsi olaraq Prezident İlham Əliyevin 13 fevral 2012-ci il tarixli fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb. Dövlət Xidməti Müzəffər Ali Baş Komandanın müəyyənləşdirdiyi məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. Xidmət yaradıldığı gündən fəaliyyət istiqamətinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, müddətli həqiqi …

Read More »

DSX “Qisas əməliyyatı” keçirib, ermənilərin döyüş postu darmadağın edilib, ciddi itkiləri var

Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. Bu barədə  DSX-dən bildirilib. Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. …

Read More »