Azərbaycan vətəndaşlarının yanvarın 1-dən müddətli həqiqi hərbi xidmətə növbəti çağırışı başlayıb. “Report”un məlumatına görə, bu gündən 18 yaşı tamam olmuş, Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Eyni zamanda “Hərbi vəzifə …
Read More »Azərbaycan Ordusunun hərbçisi İngiltərədə təltif edilib – FOTOLAR
Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Sənan Əsədov İngiltərənin Sandhurst Kral Hərbi Akademiyasında keçirilən “Kiçik zabitlərin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi kursu”nu müvəffəqiyyətlə başa vurub. Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycanın hərbi qulluqçusu təhsildə qazandığı yüksək nailiyyətə görə təltif edilib.
Read More »Azərbaycan gələn il üçün müdafiə və milli təhlükəsizlik xərclərini daha 159 milyon manat artırır
Azərbaycanda əlavə gəlir potensialının səfərbər edilməsi yolu ilə bir sıra publik hüquqi şəxslərə xərclərini dövlət büdcəsi hesabına deyil, daha çox öz gəlirləri hesabına təmin etmək tövsiyə edilib. Boyukmillet.com xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. “Bunun nəticəsi olaraq, təqribən 159 milyon …
Read More »Azərbaycan əsgərinin güllə yarasından öldüyü bildirilir
Prokurorluq cinayət işi açdığını deyir Müdafiə Nazirliyinin hərbi qulluqçusu, əsgər Cəfərli Tarıverdi Zaur oğlunun odlu silahdan açılmış atəş nəticəsində öldüyü bildirilir. Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyevin məlumatına görə, faktla bağlı Naxçıvan Hərbi Prokurorluğuna məlumat daxil olub. Məlumat əsasında Naxçıvan Hərbi Prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. …
Read More »Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcə pilotların təlim uçuşlarının şərtləri və təhlükəsizlik qaydaları barədə nəzəri bilikləri yoxlanılıb, şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra hərbi pilotlar Su-25 və Su-25 ML hücum təyyarələrinə nəzarət baxışı keçiriblər. …
Read More »Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir
Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu Tağıyevin vəfat etdiyi bildirilr. Müdafiə Nazirliyindən Meydan TV-yə bildirilib ki, hərbi qulluqçu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Hərbçinin Kəngərli rayonunun Xok kəndində dəfn olunduğu bildirilir. Meydan TV hərbi qulluqçunun yaxınları ilə əlaqə saxlaya bilməyib.
Read More »Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb
Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ-nin “U.S. News and World Report” nəşri tərəfindən təqdim olunan məlumatlar əks etdirir.Siyahıda ilk sıralarda Rusiya, ABŞ, İsrail, Çin, Böyük Britaniya, Almaniya, Türkiyə, Ukrayna orduları yer alıb.Eyni zamanda siyahıda Azərbaycan Ordusu 29-cu yerdə qərarlaşıb.“U.S. News and World Report” Azərbaycan haqqında digər məlumatları da təqdim edib.Qeyd …
Read More »Azərbaycan-Türkiyə hərbi-texniki əlaqələrinin genişləndirilməsi müzakirə olunub
Türkiyənin İstanbul şəhərində keçirilən “SAHA EXPO 2024” Beynəlxalq Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisində iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev oktyabrın 22-də Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb. Bu barədə “Report”a Azərbaycanın Müdafiə Sənayesi Nazirliyindən bildirilib. Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, hərbi-texniki sahədə əlaqələrin genişləndirilməsi barədə müzakirələr aparılıb. Danışıqlar zamanı həmçinin beynəlxalq müdafiə tədbirlərinin …
Read More »Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.Boyukmillet.com icmalı təqdim edir: https://www.youtube.com/watch?v=q6VW866oXiE
Read More »Vətən müharibəsi iştirakçısı: Ermənistanın mifləşdirdiyi “Ohanyan” səddi cəmi bir saata yarılıb
Ermənistanın mifləşdirdiyi və keçilməz olduğu düşünülən “Ohanyan” səddi cəmi bir saata yarılıb. Bunu “Report”un Füzuliyə ezam olunmuş əməkdaşına rayonun işğaldan azad olunmasının dördüncü ildönümü ilə əlaqədar təşkil olunmuş mediaturda Azərbaycan Ordusunun Vətən müharibəsində iştirak etmiş zabiti deyib. O bildirib ki, Füzulidə yerləşən Məngələnata yüksəkliyi rayonun işğaldan azad olunması üçün strateji əhəmiyyətli yüksəkliklərdən olub: “Vətən müharibəsində düşmənin qüvvələrini yarmaq üçün ilk əməliyyat …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
