Azərbaycan Ordusunun bölmələri tərəfindən guya martın 9-u saat 17:50 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Yayılan məlumatı qəti surətdə təkzib edirik.
Read More »Zakir Həsənov NATO generalını Azərbaycan-Ermənistan şərti dövlət sərhədindəki vəziyyət barədə məlumatlandırıb
Martın 9-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuz Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər, eləcə də Azərbaycan-Ermənistan şərti dövlət sərhədi və Qarabağ iqtisadi rayonundakı cari vəziyyət barədə qonağı məlumatlandırıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat …
Read More »NATO rəsmisi Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı başsağlığı verib
Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuz martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçularına rəhmət diləyib və onların ailələrinə dərin hüznlə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, o, başsağlığını bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşündə çatdırıb. Qeyd edək ki, martın 9-da müdafiə …
Read More »MN: “Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaqla bölgədə süni gərginlik yaratmağa çalışır”
Martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Günəşli, Əzizli yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Zəylik, Mollabayramlı, Yellicə, Yuxarı Ayrım, Daşkəsən …
Read More »Azərbaycanın müdafiə naziri NATO nümayəndəsi ilə görüşüb
Martın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuz ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Türkiyəli qonaq əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını və Türk şəhidliyini ziyarət edib, üzərinə gül dəstələri qoyaraq ehtiram nümayiş etdirib. Sonra …
Read More »“Ermənistan Aİ-nin mülki missiyasında yanlış rəy formalaşdırmağa cəhd edir” – RƏSMİ
“Ermənistan silahlı qüvvələri mövqelərimizi sistematik atəşə tutmaqla Ordumuzu cavab atəşi açmağa təhrik edir və bununla da şərti sərhəddə fəaliyyət göstərən Avropa İttifaqının mülki missiyasının nümayəndələrində yanlış rəy formalaşdırmağa, eləcə də bölgədə süni gərginlik yaratmağa cəhd edir”. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Bir daha bildiririk ki, Ermənistan tərəfindən törədilə biləcək təxribatlara və bunun nəticəsində baş verəcək insan təlafatına görə bütün …
Read More »MN: Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan erməni silahlı dəstələrinin növbəti dəfə istifadə etməsi qeydə alınıb
Martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələrinin bu yoldan hərbi təyinatlı daşımaları həyata keçirmək məqsədilə növbəti dəfə istifadə etməsi Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin texniki müşahidə vasitələri ilə qeydə alınıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Martın 7-də gün ərzində Ermənistan silahlı qüvvələri və qeyri-qanuni …
Read More »Hərbi liseydə orta ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə toplantı keçirilib
Azərbaycanın Müdafiə Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması və hərbi xidmətə cəlbediciliyin artırılması məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə toplantı keçirilib. Toplantıda Müdafiə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin nümayəndələri, eləcə də orta ümumtəhsil məktəblərinin hərbi rəhbərləri iştirak ediblər. Toplantı iştirakçıları əvvəlcə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ərazisindəki Heydər Əliyev Mərkəzini ziyarət …
Read More »Ermənilər Azərbaycan Ordusunun bölmələrini minaatanlardan atəşə tutub
Martın 5-i saat 15:00-dan martın 6-sı saat 03:10-dək Azərbaycan Ordusunun mövqeləri 19 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Aşağı Şorca, Əzizli, Zərkənd, Yuxarı Zağalı yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf, Kəlbəcər rayonunun Yellicə, Mollabayramlı, Yuxarı Ayrım və Gədəbəy rayonunun Göyəlli yaşayış məntəqələrində yerləşən mövqelərini …
Read More »MN: Ermənistan tərəfi növbəti dəfə təxribat törədib
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli Bəyanatın bəndlərinin yerinə yetirilməsi …
Read More »