Cümə , 12 Dekabr 2025

Hərbi

MN: “Ermənistanın Azərbaycan Ordusunun guya atəşkəsi pozması barədə yaydığı məlumat yalandır”

Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb”, – müdafiə qurumundan bildirilib.

Read More »

Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb

Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb. Müdafiə Nazirliyindən bildirilib ki, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir. Azərbaycan Ordusunun …

Read More »

Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də bu ölkənin Müdafiə Qüvvələrinin komandanlığını ziyarət edib, hərbi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. General-polkovnik K.Vəliyev fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. Sonra general-polkovnik K.Vəliyev Gürcüstanın …

Read More »

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Gürcüstana rəsmi səfərə gedib

Sentyabrın 28-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Gürcüstana rəsmi səfəri başlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır

Read More »

Anım Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-də Anım Günü ilə əlaqədar Müdafiə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Hər iki nazirliyin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri, ANAMA əməkdaşları, şəhid ailələri və müharibədə sağlamlıqlarını itirən vətəndaşlarımızın iştirakı ilə keçirilən tədbirdə 1000-dən artıq Eldar şamı və zeytun ağacı …

Read More »

Vətən müharibəsində şəhid olan və yaralanan sərhədçilərin sayı açıqlanıb

Vətən müharibəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 47 hərbi qulluqçusu şəhid olub, 197 nəfər yaralanıb və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev rəsmi mətbuata müsahibəsində bildirib. E.Quliyev qeyd edib ki, Vətən müharibəsinin döyüş əməliyyatları zamanı rəşadət və şəxsi igidlik nümunələri göstərmiş 12 nəfər Azərbaycan sərhədçisi (onlardan …

Read More »

Elçin Quliyev: “DSX-də işğal altındakı torpaqların azad edilməsinə hazırlığa 2005-ci ildən başlanılıb”

“İşğal altında olan torpaqların düşmən tapdağından azad edilməsinə hazırlıq işlərinə Dövlət Sərhəd Xidmətində 2005-ci ildən başlanılıb. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında gerçəkləşdirilən mühüm ideya və yanaşmalar Azərbaycan sərhədçilərinin düşmən üzərində böyük zəfərin əldə olunmasında yüksəksəviyyəli iştirakına zəmin yaratdı”. Boyukmillet.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev rəsmi mətbuata müsahibəsində deyib. “Vətən …

Read More »

“Anım Günü” ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, sentyabrın 27-də “Anım Günü” ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, nazirliyin rəhbərliyi və digər hərbi qulluqçular tərəfindən Fəxri xiyaban və Şəhidlər xiyabanları ziyarət olunacaq, Ulu Öndərin, eləcə də Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülərək xatirələri ehtiramla yad ediləcək. Tədbirlər …

Read More »

Kəlbəcərdə ermənilərin basdırdığı daha 379 mina aşkarlanıb

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri Kəlbəcər rayonunda ermənilərin basdırdığı daha 379 mina aşkarlayıb. Boyukmillet.com xəbər verir ki, aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 24-ü və 25-i tarixlərində rayonun Alagöllər ərazisində və digər istiqamətlərdə 370 ədəd piyada əleyhinə PMN-Э və 9 ədəd tank əleyhinə TM-62 minası aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

Read More »

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Heydər Əliyev adına Hərbi İnstitutda və Cəmşid Naxçıvanski adına hərbi liseydə 2022-ci il sentyabrında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhlarının daim uca tutulması məqsədi ilə “Şəhidlər ölməz – Vətən bölünməz!” adlı anım tədbirləri keçirilib. Boyukmillet.com xəbər verir ki, nazirliyin və ictimaiyyətin nümayəndələrinin, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri …

Read More »