Cümə axşamı , 16 Aprel 2026

hadisə

DİN: “Vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən yeniyetmə məcburi müalicədədir”

Afiyəddin Cəlilovun nəvəsi olduğu bildirilən və vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən yeniyetmə A.C. sağlamlığında olan psixoloji problemlərlə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. O bildirib ki, yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır: “Onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur”. Qeyd edək ki, A.Cəlilov …

Read More »

Xankəndidə pulemyot, avtomat və qumbara aşkarlanıb

Polis əməkdaşları Xankəndidə silah-sursat aşkarlayıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 31-də Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 5 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 3 qumbara alışdırıcısı, 42 ədəd patron darağı, 2256 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Read More »

Bakıda silahlı, eləcə də evlərdən və avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb

Bakının Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları silahlı, eləcə də evlərdən və avtomobillərdən oğurluq edən şəxsləri saxlayıblar. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Həyata keçirilən tədbir zamanı Balaxanı qəsəbəsi sakini, 1987-ci il təvəllüdlü Niyətağa Əliyev saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” tapançası, patron darağı və 5 ədəd patron aşkarlanaraq götürülüb. Keçirilən növbəti tədbir zamanı …

Read More »

Mahnı sifarişi üstündə DSX-nin baş gizirini öldürməkdə təqsirləndirilənlərin məhkəməsində zərərçəkmiş ifadə verib

Paytaxtda mahnı sifarişi və söyüş üstündə Dövlət Sərhəd Xidmətinin (DSX) baş gizirini qətlə yetirməkdə, digər əməkdaşını isə bıçaqlamaqda təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurrahmanovun cinayət işi üzrə məhkəməsi davam etdirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Camal Həsənov dindirilib. O bildirib ki, əlbəyaxa dava zamanı özü 4 bıçaq yarası …

Read More »

Ötən gün vətəndaşlardan qumbara və silah götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan qumbara və silah götürüb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 1 alışdırıcı, 3 ədəd müxtəlif markalı tüfəng, 1 ədəd patron darağı və 6 patron təhvil götürüblər. Həmçinin, ötən gün qanunsuz saxlanılan 4 ədəd …

Read More »

Sumqayıt sakinində “Kalaşnikov” avtomatı aşkarlanıb

Sumqayıt sakinində silah-sursat aşkarlanıb. “Report”un yerli bürosu məlumat verir ki, polis əməkdaşları tərəfindən 1978-ci il təvəllüdlü Heydərov Səttar Heydər oğlunun üzərindən 1 ədəd 5,45 mm-lik “Kalaşnikov” markalı avtomat və ona məxsus daraq, 36 ədəd 5,45 mm-lik güllə aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Read More »

Binəqədidəki partlayış-yanğınla bağlı “Bakı Ağac Emalı” ASC-nin rəhbər şəxsləri həbs olunub

Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı 2 nəfər şəxs həbs olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. İlkin istintaq tədbirləri nəticəsində …

Read More »

Binəqədidə 10 nəfərin ölümü ilə nəticələnən partlayışın səbəbi məlum olub – RƏSMİ

Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğının səbəbi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. İstintaqla müəyyən olunub ki, partlayış taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində …

Read More »

Abşeronda 4 narkokuryer saxlanılıb, 15 kiloqram narkotik aşkarlanıb

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, Novxanı, Məhəmmədli və Hökməli qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Babayev, Nərgiz Həsənova, Nadir Məmmədov və Səbir Məmmədov saxlanılıblar. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Onlardan, idarə etdikləri avtomobillərdən və yaşadıqları evlərdən ümumilikdə 15 kiloqram, o cümlədən 9 kiloqram marixuana, 4 …

Read More »

Həftəsonu ölkə ərazisində 16 kq narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 27-28-də 16 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 11,9 kiloqrama yaxın marixuana, 510 qramdan çox heroin, 1,2 kiloqramdan çox tiryək, 2,2 kiloqramdan çox metamfetamin, həmçinin 65 ədəd çətənə bitkisi və 52 ədəd metadon həbləri olub. Bu istiqamətdə qətiyyətli …

Read More »