Şənbə , 6 Dekabr 2025

hadisə

Naxçıvanda qadının öldürülərək su quyusuna atılması ilə bağlı daha bir şübhəli tutulub

Şərur rayon Oğlanqala kənd sakini Zeynəb İsmayılovanın aprelin 22-də öldürülərək su quyusuna atılması faktı ilə bağlı cinayət işi üzrə daha bir şəxs məsuliyyətə cəlb olunub. “Report”un yerli bürosu xəbər verir ki, Şərur rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə prokurorluq və polis əməkdaşları tərəfindən  davam etdirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Aypara Əsgərova cinayət əməlini 1991-ci il təvəllüdlü qonşusu Firuzə …

Read More »

Məhkəmədə Ermənistanın Şuşanı işğal etməsinə qədər baş vermiş hadisələrə dair sənədlər tədqiq olunub

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşanın işğal olunmasına qədər baş vermiş hadisələrlə bağlı sənədlər tədqiq edilib. Boyukmillet.com xəbər verir ki, dövlət ittihamçılarının tədqiq etdikləri sənədlərə əsasən, işğala qədər Şuşa şəhəri və ətraf kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif silahlarla, o cümlədən raketlərlə və toplarla dəfələrlə atəşə tutulub. Həmin hadisələr zamanı milliyyətcə azərbaycanlı olan şəxslər həlak olub, …

Read More »

Kürdəxanıda obyekt yanır

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyekt yanır. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.  Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Read More »

İrandan Azərbaycana uçuş aparatı ilə 53 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin uçuş aparatı vasitəsilə İrandan Azərbaycan istiqamətində keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.  Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha!” komandası ilə qaldırılaraq xidməti ərazi qapadılıb və sərhəd axtarışı həyata keçirilib. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində “54-BK-650” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillə həmin …

Read More »

Bu gün Əfv Komissiyasının 2025-ci il üçün sayca 6-cı iclası keçiriləcək

Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün sayca 6-cı iclası keçiriləcək. Boyukmillet.com-un xəbərinə görə, ümumilikdə, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə beş iclası olub və 600-dən çox müraciətə baxılıb. Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

Read More »

Azərbaycan səfirliyinin əməkdaşının sərxoş halda qəza törətdiyi bildirilir

Avtomobili idarə etdiyini iddia edən şəxs diplomatik toxunulmazlığını əsas gətirərək spirt testindən keçməkdən boyun qaçırıb Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşlarının qəza törətdiyi bildirilir. Litva mediası Azərbaycan səfirliyinə məxsus avtomobilin Vilnüs şəhərinin mərkəzində törətdiyi qəzanın detalları ilə bağlı məlumat yayıb. Məlumata görə, Azərbaycan səfirliyinə məxsus avtomobil Vilnüs şəhərinin mərkəzində qəza törədib. Sürücünün sərxoş olduğu müəyyən edilib. Bildirilir ki, səfirliyin avtomobili işıqforun qırmızı işığında kəsişməyə …

Read More »

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.  Bildirilib ki, aprel ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 6 …

Read More »

Bakıda 9 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Bakıda 9 kq narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz xarakter alıb. Ucar rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 33 yaşlı Orxan Xəlilov tutulub. Onun sərnişin kimi əyləşdiyi avtomobildən 9 kiloqramdan artıq tərkibinə zərərli maddələr əlavə …

Read More »

Arkadi Qukasyan Xocalı soyqırımı ilə bağlı suallara cavab verib: Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var idi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı, soyqırımı zamanı günahsız insanların məhz azərbaycanlı olduğuna görə sistemli şəkildə məhv edilməsi ilə bağlı suallara cavab verib. Boyukmillet.com xəbər verir ki, o, Xocalıda baş verənlər haqqında ilk dəfə 1992-ci ilin fevral ayında “rəsmi məlumatlar” verilməsi nəticəsində …

Read More »

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Boyukmillet.com xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ Respublikası …

Read More »