Bazar , 19 May 2024

hadisə

Narkotik həbləri Bakıya daşıyaraq satışını təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik tərkibli həbləri Bakı şəhərinə daşıyaraq burada satışını təşkil etmək istəyən narkoşəbəkənin üzvləri Yardımlı rayonu ərazisində saxlanılıblar. Onlardan 10 000 ədəd metadon həbi aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, hər ikisi əvvəllər məhkum olunmuş Bakı …

Read More »

Şuşada mina partlayıb, xəsarət alan var

Dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində elektrik təsərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, həmin şəxs ayağından xəsarət alıb. O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib. Araşdırma aparılır.

Read More »

Horadizdə əkin işləri aparan traktor minaya düşüb, xəsarət alan var

Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb. O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib. Faktla bağlı araşdırma aparılır.

Read More »

Ötən gün vətəndaşlardan 3 avtomat, 23 tüfəng götürülüb

Ötən gün vətəndaşlardan 3 avtomat, 23 tüfəng götürülüb Dekabrın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat, 1 tapança, 1 qumbara, 4 patron darağı, 106 ədəd müxtəlif çaplı patron və 13 ədəd müxtəlif markalı tüfəng təhvil alıblar. Eyni zamanda qanunsuz saxlanılan 1 ədəd qumbara, 1 tapança, 10 tüfəng, 8 ədəd müxtəlif çaplı patron götürülüb.

Read More »

FHN: “Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə məlumat daxil olmayıb”

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, zəlzələ Bakı şəhəri və ətraf ərazilərdə hiss olunub. “Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə …

Read More »

DİN: “Zəlzələ ilə bağlı dağıntı və təlafat barədə məlumat daxil olmayıb”

Zəlzələ ilə bağlı Bakı şəhəri və ətraf ərazilərdən hər hansı dağıntı və təlafat barədə Daxili İşlər Nazirliyinə (DİN) məlumat daxil olmayıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi isə bütün hərəkət iştirakçılarını yollarda son dərəcə diqqətli və təmkinli olmağa çağırır. İdarədən bildirilib ki, baş vermiş zəlzələdən sonra küçə və prospektlərdə hərəkətliliyin daha da artdığını nəzərə alaraq polis əməkdaşları zəruri tədbirləri ərazi …

Read More »

Qurban Yetirmişli: “Zəlzələdən sonra afterşoklar olacaq”

“Zəlzələdən sonra afterşoklar olacaq. Ancaq ola bilsin ki, hiss olunmasın”. Bunu “Report”a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, bugünkü zəlzələ iyul ayında Xəzər dənizində baş verən ocaqda qeydə alınıb: “Zəlzələ həmin yerdədi, həmin qırılma boyudur. Həmin zaman da 6-7 afterşok olmuşdu. Heç biri də hiss olunmamışdı”.

Read More »

Kəlbəcərdə saxlanılan erməni diversantın cinayət işi üzrə məhkəmə prosesinin ilk baxış iclası keçiriləcək

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesinin ilk baxış iclası keçiriləcək. Boyukmillet.com verir ki, cinayət işi Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə araşdırılacaq. Bugünkü məhkəmədə prokurorun ittiham aktını elan etməsi gözlənilir. Q.Voskanyanın hüquqlarını vəkil Dilsuz Məmmədov müdafiə edir. İş üzrə 5 nəfər zərərçəkmiş var. Qeyd edək ki, avqustun …

Read More »

İrandan Azərbaycana 40 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsi İrandan Azərbaycana 40 kiloqramdan çox narkotik keçirilməsinin qarşısını alıb. Bu barədə  DSX-dan məlumat verilib. Bildirilib ki, dekabr ayının 5-də saat 11:40-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Bartaz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran …

Read More »

Azərbaycanda 4 milyon manat dəyərində olan narkotik vasitə dövriyyədən çıxarılıb

Baş Narkotiklərlə Mübarizə İdarəsi son 45 gündə “qara” bazarda dəyəri 4 milyon manat olan 132 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb. Bu barədə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları son 45 gündə Bakı və …

Read More »