Bazar , 19 May 2024

hadisə

İrandan Azərbaycana 27 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 27 kq-a yaxın narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Bu barədə  Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 26 kiloqram 945 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. Belə ki, dekabrın 4-də saat 19:15-də “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Edişə kəndi …

Read More »

Apelyasiya məhkəməsi Milli Məclisə işə düzəltmək adı ilə vətəndaşdan pul alanla bağlı qərar verib

Dələduzluğa görə 5 il müddətinə azadlıqdan məhrum edilən Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Ümumi şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışmış Hökümə Əliyevanın apelyasiya şikayəti təmin edilməyib. Apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılıb.Qeyd edək ki, O, 2021-ci ildə öz ərizəsi ilə BŞİH-dəki vəzifəsindən azad edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Hökümə Əliyeva barəsində Cinayət Məcəlləsinin …

Read More »

Bakıda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb

Bakının Yasamal rayonunda “Kalaşnikov” avtomatı və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən növbəti tədbir nəticəsində əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Yevlax rayon sakini Şakir Şadmanov Yasamal rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və …

Read More »

Goranboyda qadın ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb

Goranboy rayonu Xoylu kəndində qadın ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. Boyukmillet.com xəbər verir ki, 1979-cu il təvəllüdlü Fərmanova Gülmirə səhər saatlarında mətbəxdə olan qaz sobasını yandırmaq istəyən zaman kiçik partlayış olub. O, hər iki əlin və üz nahiyəsindən yanıq xəsarətləri alıb. Qadın Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Read More »

Ermənistanda sabiq korpus komandiri külli miqdarda korrupsiya işində ittiham olunub

Ermənistan Müdafiə Nazirliyinin sabiq korpus komandiri, general-mayor Qriqori Xaçaturov külli miqdarda korrupsiya işində ittiham olunub. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan dövlət ittihamçısı Q.Xaçaturov barəsində Apellyasiya protesti verib. Bu gün keçirilən məhkəmə iclasında vəsatət rədd edilərək barəsində zaminlik və inzibati nəzarətin tətbiq edilməsi barədə qərar qəbul edilib.

Read More »

Azad edilmiş ərazilərdə ötən ay 475 mina, 4 106 partlamamış sursat aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun “X” hesabında paylaşım edilib.Bildirilib ki, azad olunan ərazilərdə noyabrın 1-dən 30-dək olan müddətdə 247 tank əleyhinə mina, 228 piyada əleyhinə mina, 4 106 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.Həmçinin 7 143 hektar ərazi minadan təmizlənib.

Read More »

Nərgiz Absalamova həbs olundu

“Abzas Media”nın əməkdaşı, ötən gün saxlanılan Nərgiz Absalamova həbs olunub. Boyukmillet.com xəbər verir ki, Xətai Rayon Məhkəməsində onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, daha öncə “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eləcə də saytın direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər

Read More »

“8 Noyabr” metrostansiyasında şərti yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyi (FHN) və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “8 Noyabr” stansiyasında təlim keçirilib. Boyukmillet.com xəbər verir ki, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib. Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “8 Noyabr” stansiyasında yerləşən platformaaltı kabel kollektorunda şərti qısaqapanmanın …

Read More »

Ötən gün vətəndaşlardan 52 silah, 3 qumbara götürülüb

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir. Noyabrın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 3 ədəd qumbara, 3 patron darağı, 465 ədəd müxtəlif çaplı patron və 51 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər. Keçirilən əməliyyat tədbirləri ilə 1 avtomat, 1 tapança, 2 patron darağı, 4 tüfəng …

Read More »

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə 17 il 6 ay həbs cəzası verilib

Dövlətə xəyanətdə təqsirləndirilən Aydın Zəkiyevə hökm oxunub. Boyukmillet.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə elan edilib. Hökmə əsasən o, 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Qeyd edək ki, Aydın Zəkiyevin Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə …

Read More »