Güclü yağış nəticəsində ekskavatora sığınan 1 nəfər həyatını itirib, 3 nəfər yaralanıb Ağsunun Kalva kəndində güclü yağışın yaratdığı sel ekskavatoru aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışdan qorunmaq məqsədilə ekskavatorun içərisinə sığınıblar. Lakin bir qədər sonra gələn selin təsirindən ekskavator aşıb. Hadisə nəticəsində ekskavatorun içindəkilərdən biri – 1982-ci il təvəllüdlü Ayətullayev …
Read More »FHN: Yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb
Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunanlarla bağlı nazirliyin qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin …
Read More »Dövlət qurumlarına məxsus pulları mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilən Rüfət Nurəddin oğlu Kərimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Boyukmillet.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, onun barəsində 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib. İttihama görə, Rüfət Kərimov 2017-2022-ci illər ərzində təsisçisi və faktiki rəhbəri olduğu çoxsaylı şirkətlərə dövlət qurumları …
Read More »İrandan PUA ilə keçirilən narkotiki götürmək istəyənlər saxlanılıb
Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd xəttinə yaxın sahədə sərhəd naryadı tərəfindən pilotsuz uçuş aparatının (PUA) hərəkəti və əraziyə kiçik həcmli bağlama ataraq İran istiqamətində geri qayıtması müşahidə edilib. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində …
Read More »İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitənin gətirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana gətirilməsinin qarşısı alınıb. Bu barədə DSX-dən bildirilib. Belə ki, aprel ayının 8-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin …
Read More »“Tərtər işi”ndə adı keçən Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub
Təqdimat Milli Məclisdə səsverməyə çıxarılaraq qəbul edilib Keçmiş hərbi prokuror Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. Bu barədə təqdimat Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Layihə səsverməyə çıxarılaraq qəbul edilib. Bunun ardınca Xanlar Vəliyev Milli Məclisdə and içib. Baş prokurorun müavini, Hərbi prokuror Xanlar Vəliyev səlahiyyət müddəti başa çatdığı üçün aprelin 8-də təqaüdə göndərilmişdi. O, 1995-ci ildən hərbi …
Read More »Xankəndidən olan zərərçəkmiş: Köçəryan bizim kombinatda dəzgahları yağlayırdı, sonradan komsomol katibi oldu
Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş Nazeykə Atakişiyeva ifadə verib və sualları cavablandırıb. Boyukmillet.com xəbər verir ki, 1954-cü ildə Xankəndi şəhərində anadan olmuş və orada yaşamış N. Atakişiyeva ermənilərin Xankəndidə yaşayan azərbaycanlılara münasibətinin yaxşı olmadığını, 1988-ci ilin fevralından isə bu münasibətin çox pis şəkildə dəyişdiyini bildirib. N.Atakişiyeva Xankəndidə yerləşən Qarabağ İpək Kombinatında toxucu işlədiyini, Robert Köçəryanın həmin …
Read More »Sabirabadda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Sabirabadda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sabirabad rayonu, Həşimxanlı kəndində yerləşən yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma …
Read More »Naxçıvanda əsgərin qətlinə görə ittiham olunan komandirə cəza istənilib
Naxçıvanda itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı məhkəmə istintaqı başa çatıb. Boyukmillet.com xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində keçirilən prosesdə prokuror çıxış edərək təqsirləndirilən polkovnik Samir Həziyevin 5 il, hərbi hissənin tibb xidməti rəisi işləmiş, tibb xidməti kapitanı Aydın Quliyevin isə 4 il azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı həmçinin A.Quliyevin məhkəmə zalında həbs olunmasını …
Read More »Melikset Paşayan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz hərbi xidmət keçdiyini etiraf edib
Bakı Hərbi Məhkəməsində aprelin 10-da davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Melikset Paşayan dövlət ittihamçılarının suallarını cavablandırarkən Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz şəkildə hərbi xidmət keçdiyini etiraf edib. Boyukmillet.com xəbər verir ki, Ermənistan Respublikası silahlı qüvvələrində xidmət etmiş M.Paşayan ona “Kalaşnikov” silahı təhkim olunduğunu bildirib. Bir neçə istiqamətdə, o cümlədən Ağdam rayonunun Sarıcalı, Güllücə və digər kəndlərində döyüş …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
