Mart ayı ərzində dövlət sərhədində yarım tondan çox narkotik vasitə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 541 kiloqram 132 qram narkоtik vasitə və 17 ədəd narkotik tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
Read More »Yağışdan sonra sürüşmə zonaları aktivləşib- Rəsmi
Son günlər yağan intensiv yağıntılar nəticəsində ölkə ərazisində mövcud sürüşmə sahələrində müəyyən dəyişikliklər qeydə alınıb. Bu barədə Musavat.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır: “Ölkə ərazisində, əsasən Abşeron yarımadası ərazisində yerləşən sürüşmə sahələrində monitorinqlər aparılıb. İlkin nəticələrə əsasən, Fövqəladə Hallar …
Read More »Həbsdə olan jurnalistin evini su basıb
Bakıya yağan yağışlar nəticəsində “Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Fatimə Mövlamlının Binəqədi rayonu, 1-ci mədəndəki ailəsinin yaşadığı evi su basıb. Bu barədə jurnalistin ailəsi sosial mediada paylaşım edib.Ailə bildirir ki, rəsmi qurumlara müraciət etsələr də, hələlik maraqlanan olmayıb. “Bura saxta ittihamlarla, qaçaqmalçılıq ittihamı ilə şərlələnən Fatimə Mövlamlının evidir. Dünəndən bəri aidiyyatı qurumlara zəng edirik, heç bir tədbir görülmür. Qaçaqmalçının evi …
Read More »İrandan Azərbaycana 51 kq-dan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 51 kiloqramdan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, xidmətin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 51 kiloqram 560 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində mart ayının 22-də 41 kiloqram 280 qram, martın 25-də isə 10 kiloqram 280 qram narkotik …
Read More »DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib
Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana aşkar edib. Boyukmillet.com bu barədə DGK-ya istinadən xəbər verir. Bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik maddə müəyyən olunaraq qanunsuz dövriyyədən çıxarılıb. “Kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsinə “Biləsuvar” gömrük postunda kinoloji xidmət itinin köməyi …
Read More »Hörmüz boğazında hücuma məruz qalan yük gəmisi saya oturub
İki həftə əvvəl Hörmüz boğazında hücuma məruz qalmış Tailand bayrağı altında üzən “Mayuree Naree” yük gəmisi İranın Keşm adası sahillərində saya oturub. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Tasnim” agentliyi xəbər yayıb. Agentliyin məlumatına əsasən, gəmi Keşm adasının cənub hissəsində yerləşən Ramçah yaşayış məntəqəsinin akvatoriyasında saya oturub. Heyətin vəziyyəti və ya ekipaj üzvlərinin mümkün təxliyəsi barədə hələlik məlumat yoxdur. Gəmiyə hücum …
Read More »Bu da “dostlarımız”ın bizə bayram hədiyyəsi:Növbə Yenixeber.org-a çatdı…
İnanmaq istəyirəm ki, nəhayət İlham Əliyev, hakimiyyətinin media siyasətinin icrasına məsul şəxslərə “DUR” deyib də, layiq olduqları yerdə oturdacaq..Yenixeberorg.com mediatvaz.com-a istinadla xəbər verir ki, bu haqda baş redaktor İlqar Salmanov özünün FB səhifəsində yazıb:Gözlənilən idi… Aylardır ki, Yenixeber.org olaraq QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “özfəaliyyəti” ilə bağlı araşdırma aparır, “göz deşən” faktlarla məlumatları tirajlayırdıq. Və aidiyyatı dövlət orqanlarını da bu faktları …
Read More »Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edərək fişinq yolu ilə kiberdələduzluq edən daha bir haker şəbəkəsi ifşa olunub. Bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən 23 yaşlı Qurbanşir Qasımov, qardaşı 20 yaşlı Ülkan Qasımov və …
Read More »Bakıda SSRİ bayrağı qaldırmaqda ittiham edilən şəxslər özlərini təqsirli hesab etməyiblər – MƏHKƏMƏ
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən İbrahim Əsədli, Abdulla İbrahimli, Elçin Bayramlı və Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Boyukmillet.com-un məlumatına görə, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttiham olunan şəxslər ittiham üzrə özlərini təqsirli hesab etməyiblər. Növbəti proses aprelin 6-na təyin olunub. Qeyd edək ki, sözügedən şəxsləri 2025-ci …
Read More »Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb
İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu da daxil olmaqla korrupsiyada ittiham olunan 402 nəfərin məhkəməsi başlayıb. Türkiyə mətbuatının yazdığına görə, bütün proses təxminən 12 il davam edəcək. İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanmış 3 800 səhifəlik ittiham aktında İBB daxilində korrupsiya halları, “cinayətkar təşkilat” qurulması və İmamoğlunun bu təşkilatın rəhbəri olması iddia edilir. Ona görə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar