Çərşənbə , 11 Mart 2026

hadisə

Maşının nömrəsini dəsmalla gizlədən saxta qazi həbs olundu

Bakıda avtomobilin nömrəsini gizlədən şəxs həbs olunub. Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. 34 yaşlı Astara rayon sakini Vüqar Əzizov (ad və soyad şərtidir) özünə məxsus “Niva” markalı avtomobilin dövlət qeydiyyat nişanını dəsmalla gizlədib. Yol patrul xidmətinin əməkdaşları ona yaxınlaşaraq, bu əməlinin səbəbini soruşanda və sənədləri tələb olunanda, onun ümumiyyətlə sürücülük vəsiqəsinin olmadığı məlum olub. Bu səbəbdən ona avtomobilin …

Read More »

Naxçıvanda insanları işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb

Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları insanları işə düzəltmək adı altında dələduzluq edərək aldatmaqda şübhəli bilinən 53 yaşlı İlqar Əliyevi saxlayıblar. “Report”un yeri bürosu xəbər verir ki, aparılan araşdırmalarla İ. Əliyevin müxtəlif şəxslərə dövlət qurumlarına və özəl sektora “işə düzəltmə” vədi verərək ümumilikdə 29 min manat pul vəsaitini ələ keçirdiyi, lakin vədlərinə əməl etmədiyi və əldə etdiyi vəsaiti mənimsədiyi müəyyən edilib. …

Read More »

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 13 kiloqram narkotik aşkarlanıb

Bakının Nəsimi rayonunda narkokuryerlikdə şübhəli bilinən 38 yaşlı Elvin Əliyevdən 13 kiloqram narkotik aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, ondan qanunsuz olaraq əldə etdiyi 13 kq 700 qr narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və hissələrə ayıraraq paytaxt …

Read More »

Türkiyə sahillərində Rusiya tankerinə HÜCUM

Rusiyanın “Midvolqa 2” gəmisinə pilotsuz uçuş aparatı ilə hücum həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiyanın Dəniz və Çay Nəqliyyatı Agentliyindən TASS-a bildirilib. “Dekabrın 2-də səhər saat 8:00-da Qara dənizdə Rusiyanın “Midvolqa 2″ gəmisinə pilotsuz təyyarənin hücumu barədə məlumat daxil olub. Gəminin üst konstruksiyasına cüzi ziyan dəyib, lakin su sızması olmayıb”, – agentlik qeyd edib. “Rosmorreçflot” itkilərin olmadığını və gəminin Türkiyənin …

Read More »

Azərbaycan gömrükçüləri 276 min manatlıq brend malların ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb

Dövlət Gömük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən böyük həcmdə kommersiya təyinatlı malların şəxsi istifadə məqsədilə keçirilmə halı aşkarlanıb. Boyukmillet.com Komitəyə istinadən xəbər verir ki, Ankara-Bakı aviareysilə gələn sərnişin “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etməklə kommersiya həcmində olan qızıl-zinət əşyaları və geyimləri ölkə ərazisinə keçirməyə cəhd göstərib. Gömrük əməkdaşlarının risk əsaslı gömrük nəzarəti zamanı sərnişin gömrük yoxlamasına dəvət …

Read More »

Cəmil Həsənli DTX-ya çağırılıb

Milli Şuranın sədri Cəmil Həsənli dindirilmək üçün Dövlət Təhlükəsizlik Xidmətinə çağırılıb. Boyukmillet.com-un məlumatına görə, o, Prezident Aadministrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə şahid qismində cəlb edilib. Qeyd edək ki, Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib. O, sosial şəbəkə hesabında bildirib ki, bu gün guya “qızının ailəvi tədbiri ilə bağlı” …

Read More »

Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib

Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib. Boyukmillet.com-un məlumatına görə, o sosial şəbəkə hesabında bildirib ki, bu gün guya “qızının ailəvi tədbiri ilə bağlı” həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş. Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib. Cəmil Həsənlinin həyat yoldaşı ölkəni tərk edib. Maraqlıdır ki, dünən Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli və …

Read More »

Əli Kərimli saxlanılıb, evində axtarış aparılıb

AXCP Əli Kərimlinin DTX  əməkdaşları tərəfindən saxlanılması barədə bəyanat yayıb. Partiyanın məlumatında bildirilir ki, Kərimlinin saxlanılması üçün heç bir rəsmi əsas açıqlanmayıb. Həmçinin, onun evində axtarış aparılıb. “Eyni zamanda, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb, özü isə saxlanılıb. Partiyanın başqa bir neçə nəfər fəalının da saxlanıldığı haqda məlumatlar var. Bəyan edirik ki, Əli Kərimlinin saxlanılması sırf siyasi motivlidir. …

Read More »

Azərbaycan sərhədində 90 milyonluq heroin aşkarlandı – FOTOLAR

Bu ayın əvvəlində Astara gömrükçüləri İrandan Estoniyaya gedən tranzit yükündə dəyəri 90 milyon ABŞ dolları olan böyük miqdarda heroin müsadirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, bu təhlükəli narkotiklərin aşkar olunması ABŞ səfirliyi nəzdində Hərbi Qrup tərəfindən 2021-ci ildə Dövlət Gömrük Komitəsinə təqdim edilmiş dəmir yol vaqonlarının stasionar tipli yoxlama baxış sistemi …

Read More »