“AzParking” MMC-nin bir qrup əməkdaşı əmək şəraiti ilə bağlı narazılıqlarını bildirir. İşlərini itirmək qorxusu ilə adlarını açıqlamayan parklanma xidməti üzrə bələdçilər iddia edirlər ki, şirkətin direktor müavini Vüqar Əlizadə işçilərə 8 saatlıq iş günü ərzində cəmi bir dəfə tualetə və çay fasiləsinə çıxmağa icazə verir. “Şirkətdə ümumilikdə 800 nəfərə qədər işçi çalışır. Onların 400-500 nəfəri birbaşa ərazidə xidmət göstərir. Həmin …
Read More »Baş idarə əməliyyat keçirib, 30 kq-dan artıq narkotik ələ keçirilib
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Qaradağ və Cəlilabad rayonlarında keçirilən tədbirlər zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən İlkin Səyidli və Cavidan Həsənzadə saxlanılıblar. Onlardan ümumilikdə 30 kiloqram 590 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana …
Read More »Cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastik vedrənin içərisində xüsusi üsulla gizlədilmiş 5 ədəd mobil telefon aparatı, 3 ədəd elektrik qidalandırıcı, 1 ədəd qulaqcıq və 1 ədəd bıçaq aşkar olunub. Faktla bağlı …
Read More »Oğuzda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən bir ailənin üzvləri tutulub
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, tədbirlərlə bir ailənin 4 üzvü- əvvəllər də ağır cinayətə görə məhkum olunmuş 65 yaşlı Məmmədsaad Məmmədov, oğlu 34 yaşlı Orxan, arvadı 55 yaşlı Gülnaz və gəlini Dilbər Məmmədovalar saxlanılıb. Onların Xaçmaz kəndində yaşadıqları ünvana …
Read More »İrandan 16 kq narkotikin ölkəyə keçirilməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb
İrandan 16 kq narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilib. Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1989-cu il təvəllüdlü Allahverdiyev …
Read More »Telman İsmayılovun keçmiş mühafizəçisi 14,5 il azadlıqdan məhrum edilib
Moskva Qarnizonu Hərbi Məhkəməsi 2006-cı ildə müğənni Avraam Russoya sui-qəsddə və iş adamları olan Qurşumovların öldürülməsinə köməklik etməkdə təqsirləndirilən Tərxan Eldukayevi – Telman İsmayılovun keçmiş mühafizəçisini 14,5 il müddətinə azadlıqdan məhrum edib. Boyukmillet.com xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib. “Məhkəmə Tərxan Eldukayevi cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14,5 il müddətinə azadlıqdan məhrum edib, cinayət işini …
Read More »Həyətyanı sahəsində 100 kq narkotik yetişdirən Qusar sakini saxlanılıb
Qusarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 47 yaşlı Adil Kərimxanov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya edərək yetişdirdiyi ümumi çəkisi 100 kiloqram olan 117 ədəd çətənə (kannabis) kolu və 28 kiloqram narkotik vasitə olan marixuana …
Read More »Parlamentdə mina terroru qurbanları ilə bağlı tədbirlər olacaq
Milli Məclisdə insan hüquqları, mina terroru qurbanları və beynəlxalq məhkəmə-hüquq institutlarının fəaliyyətinə həsr edilən görüş və tədbirlər keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı məsələ parlamentin İnsan hüquqları komitəsinin payız sessiyası üzrə iş planına daxil edilib. Belə ki, “Mina terroru qurbanlarının beynəlxalq hüquqi platformalara çıxışının təmin olunması” mövzusunda ANAMA ilə birgə görüşlərin keçirilməsi nəzərdə tutulur. Həmçinin komitə “Vəkillik institutu-vətəndaşların insan …
Read More »Biləsuvarda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 6 kiloqram tiryək aşkarlanıb
Biləsuvarda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Muğan bürosuna verilən məlumata görə, Biləsuvar rayonunda 47 yaşlı Eldəniz Nağıyev saxlanılıb. Həmin şəxsdən 6 kiloqram tiryək, heroin, marixuana, əlavə olaraq 255 ədəd müxtəlif növ narkotik və psixotrop maddə tərkibli həblər və 1 ədəd soyuq silah hesab edilən beşbarmaq aşkarlanıb. Araşdırmalarla onun xaricdə yaşayan narkotacirdən əldə etdiyi narkotik …
Read More »Səhiyyə Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin rüşvət almaqda təqsirləndirilən sabiq baş direktoru Saleh Novruzi, sabiq direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin sabiq müdiri Tahir Vəliyevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib. Boyukmillet.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Saleh Novruzinin və Tahir Vəliyevin 10 il, Yadulla Balışovun 10 …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar