Özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik rütbəli əməkdaşı kimi təqdim edərək Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədlinin beynəlxalq axtarışa verildiyi məlum olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov bildirib ki, R.Əhmədli əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkumluq həyatı yaşayıb. Onun sözlərinə görə, R.Əhmədli 2021-ci ilin noyabr ayından dələduzluq maddəsi ilə beynəlxalq axtarışa verilib: “Rasim …
Read More »Cəlilabadın keçmiş icra başçısının məhkəməsi başlayır
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə iclası başlayır. Boyukmillet.com xəbər verir ki, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdiriləcək. Qeyd edək ki, N.Zeynalov 2020-ci ilin dekabr ayında Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf …
Read More »Ötən gün qanunsuz saxlanılan 10 silah aşkarlanıb
Ötən gün Azərbaycanda qanunsuz 10 silah aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 4-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Read More »Azad edilən ərazilərdə aşkarlanan silah-sursatın sayı açıqlanıb
İşğaldan azad edilən ərazilərdə aşkarlanan silah-sursatın sayı açıqlanıb Boyukmillet.com xəbər verir ki, 2021-ci il ərzində ərazi polis orqanlarının əməkdaşları tərəfindən tərk edilən hərbi mövqelərdən 225 avtomat, 102 qumbaraatan, 68 pulemyot, 64 tank və piyada əleyhinə idarə olunan raket sistemləri, 10 minaatan qurğusu, 8 hava hücumundan müdafiə sistemləri, 721 qumbara, 129 mina, on minlərlə müxtəlif çaplı mərmi və patronlar aşkar edilərək …
Read More »Bakı sakininin avtomobilindən 20 kq-dan artıq narkotik götürülüb
Bakı sakininin avtomobilindən 20 kiloqramdan artıq narkotik götürülüb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri – R.Rəhimov və əvvəllər məhkum olunmuş S.Kərimli Qaradağ rayonu ərazisində saxlanılıblar. Şəxsi axtarış zamanı R.Rəhimovdan 9 qram, S.Kərimlidən isə 20 qram heroin aşkar ediib. …
Read More »Füzulidə sərxoş kişi xəstə olan anası üçün çağırışa gələn tibb işçilərini təhqir edib
Füzulidə sərxoş kişi xəstə olan anası üçün çağırışa gələn tibb işçilərini təhqir edib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinə yanvarın 1-də saat 20 radələrində 8 saylı Qayıdış qəsəbə sakini S.Hüseynovun xəstə olan anası üçün çağırışa gələn Təcili Tibbi Yardım Stansiyasının işçilərini təhqir etməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin …
Read More »Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb
Azərbaycan Ordusunun hərbçisi Kəlbəcərdə minaya düşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, əsgər Eyniyev Yusif Süleyman oğlu yanvarın 2-də Bağlıpəyə yaşayış məntəqəsi istiqamətində piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Y.Eyniyev hərbi tibb müəssisəsinə təxliyə edilib. Faktla bağlı araşdırma aparılır.
Read More »Baş Prokurorluq: DSX-nin hərbi qulluqçularının öldürülməsi ilə bağlı cinayət işi başlanılıb
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının öldürülməsi ilə bağlı cinayət işi başlanılıb. Boyukmillet.com xəbər verir ki, Yanvarın 2-də, saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 3 nəfər hərbi qulluqçunun öldürülməsi ilə bağlı məlumat daxil olub. Məlumat əsasında Hərbi Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, o cümlədən digər zəruri …
Read More »“Azəriqaz” “Alov qüllələri”nin qarşısında baş verən partlayışla bağlı məlumat yayıb
Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Alov qüllələri” hotelinin qarşısında baş verən partlayışla bağlı məlumat yayıb. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Report”a bildirib ki, Yasamal rayonu, “Alov qüllələri” hotelinin yaxınlığındakı məşələ nəzarət edən Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən iş aparılıb. “Ehtiyatsızlıq səbəbindən qaz sızması baş verib. Nəticədə partlayış qeydə alınıb. Orada çalışan iki işçinin xəsarət alması barədə məlumat …
Read More »“Alov qüllələri”nin qarşısında partlayış olub, xəsarət alanlar var
Bakıda “Alov qüllələri” hotelinin qarşısında qaz sızmasından partlayış olub, xəsarət alanlar var. Boyukmillet.com-un məlumatına görə, hotelin qarşısında yerləşən sütunun içində olan qaz balonu partlayıb. Nəticədə 2 nəfər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar