Bazar ertəsi , 8 Dekabr 2025

hadisə

Tanınmış YAP-çı qadın tutuldu

Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva barəsində olan dələduzluq faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.Boyukmillet.com xəbər verir ki, o, məhkəmənin qərarı ilə, həbs edilib. Qeyd edək ki, A.Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Gənclər təşkilatının sədr müavini və YAP Binəqədi rayon təşkilatının qadınlar şurasının sədri olub. O, Xaləddin İsgəndərovun icra başçısı olduğu dövrdə bələdiyyə sədri vəzifəsində çalışıb.

Read More »

FHN-də Zəfər Gününə həsr olunan tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 8 Noyabr – Zəfər Gününə həsr olunan təntənəli mərasim keçirilib. Boyukmillet.com “Report” -a istinadən xəbər verir ki, mərasimdə fövqəladə hallar nazirinin müavinləri – tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Etibar Mirzəyev, nazirliyin məsul vəzifəli şəxsləri, Akademiyanın müəllim və professor heyəti, Vətən müharibəsində döyüşmüş FHN əməkdaşları, ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rəhbərliyi, FHN Akademiyasının kursantları və …

Read More »

DTX əməliyyat keçirdi – Müasir İncəsənət Muzeyinin direktoru saxlanıldı

Boyukmillet.com xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb. Xəyyam Abdinovun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. X. Abdinov həbs olunmazdan bir neçə gün öncə işdən çıxarılıb.

Read More »

Azərbaycanda 11 yaşlı ananın dünyaya gətirdiyi körpə ölüb

İmişli rayon sakini olan on bir yaşlı ananın qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi uşaq bu gün dünyasını dəyişib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Neonotologiya şöbəsindən bildirilib. Məlumata görə, körpənin ölümünə səbəb ciddi tənəffüs çatışmazlığı və ürəkdə olan anadangəlmə qüsur olub. Qeyd edək ki, 11 yaşlı ananın körpəsi həmin xəstəxananın Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı …

Read More »

Özlərini QHT rəhbəri kimi təqdim edərək orduya dəstək adı ilə pul yığan şəxslər saxlanılıb

“Özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək “Zəfər Günü”ndə orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər DİN əməkdaşları tərəfindən müəyyən olunaraq polis idarəsinə gətiriliblər”. Boyukmillet.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. “Hazırda araşdırmalar gedir. Əlavə məlumat veriləcəkdir”,- o vurğulayıb.

Read More »

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib, saxlanılan var

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müxtəlif şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində növbəti əməliyyat həyata keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Baş İdarəyə Beyləqan rayonu Şahsevən kənd sakini Zamiq Əhmədlinin yaşadığı evdə xeyli sayda silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs yaşadığı …

Read More »

Yuxarı Qarabağ kanalında qadın meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyin (FHN) “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Həsənli kəndi ərazisindən keçən hissəsində aşkar edilən naməlum qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Boyukmillet.com xəbər verir ki, müraciətlə əlaqədar nazirliyin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri göstərilən əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Read More »

Narkotik satanlara qarşı əməliyyat keçirilib, 3-ü qadın olmaqla 17 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışının təşkil edilməsi və narkopritonlar yaradaraq xüsusən gəncləri narkotik vasitələrdən istifadə etməyə və narkokuryerliyə cəlb edən şəbəkə üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir. DİN Mətbuat Xidmətində bildirilib ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron …

Read More »

Azərbaycanda icra başçısının sabiq xanım müavini məhkəmə zalında həbs olunub

Neftçala Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə sabiq müavini Gültəkin Sadıqova məhkəmə zalında həbs edilib. Boyukmillet.com xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən prosesdə Gültəkin Sadıqova 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon …

Read More »

Türkiyədə Azərbaycan Prezidentini təhqir edən telekanala inzibati cəza verilib

Türkiyənin Ali Radio və Televiziya Şurası Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının müraciəti əsasında “Kudüs” TV-də yayımlanan “Üçüncü Göz” proqramını araşdırıb. Bu barədə Boyukmillet.com “Milliyyet”ə istinadən xəbər verir. Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin efirdə təhqir olunmasının müəyyən edilməsindən sonra kanal cərimə edilib.

Read More »